Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AFFA-nın işi "qaloş piri"nə qalıb - Eminquey yazır Adalet.az | AFFA-nın işi "qaloş piri"nə qalıb - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AFFA-nın işi "qaloş piri"nə qalıb - Eminquey yazır

8555    |   2019-06-12 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın ən bədbəxt futbol azarkeşləri bizik. Milli yığman ola və sən gedibən hansısa sarıbaşın, qarabaşın yığmasına azarkeşlik edəsən. Bir dəfə də olsun ağzını açıb ürəkdən "Azərbaycan” deyə qışqıra bilməyəsən. Asan deyil. Nə qədər məşqçilər gəldi-getdi milli yığmamızdan. İndi gəl aqil ol, nakam getmə də.

Sovet vaxtı dodağın üstündə nazik bığ saxlayardı kişilər. Yüz ölçüb, bir biçmək gərək idi o bığı saxlamaqçun. Adama baxırdın, bığı həm var idi, həm də yox idi. Həmişə o cür bığ saxlayanları görəndə gülmüşəm. İndi Azərbaycan futbolu da o bığ kimidir, həm var, həm də yox. Otur, bax, gül, ağla. Milli yığmanın oyunları kino indsutriyasına etirazdır. Görürlər ki, nə normal dram filmləri çəkilir, nə də kommersiya, ikisini birləşdirib oyunları ilə tragikomik bir film göstərirlər bizə. Gülürük də, ağlayarıq da.

Bu adamların boşuna maaş almaqlarını-zadı qoyuram bir qırağa.

Bu soxasoxda ən çətin iş futbol şərhçilərimizin boynuna düşür.

Futbol başlayır.

Şərhçi həvəslə, coşquyla şərhə başlayır. Böyük ümidlərlə oyunun başlamağını elan edir, komandamıza uğurlar arzu edir. Və elə hər şey də bundan sonra başlayır. Bu əla əhval ruhiyyə cəmi bir neçə dəqiqə çəkir. Oyun boyu bir-birini başa düşməyən futbolçularımızın topdan qorxmaqlarından tutmuş, hara-gəldi zərbə vurmaqlarına kimi – bütün bunları şərhçilərimiz görməsək də əminəm, yumruqlarını sıxa-sıxa şərh edirlər. Və içlərindəki bu hirsi biruzə vermirlər. İşin ən kədərli tərəfi isə budur ki, oyun ərzində bir neçə epizodda təhlükə yaratmağa nail oluruq. O zaman şərhçimizin coşqusu artır, "budur, futbolçularımız hücumdadır” deyə səs tonunu qaldırır, qaldırır, qaldırır, elə bilirsən ki, bu dəqiqə qol olacaq və anidən ya zəlzələdən, ya vəlvələdən ya futbolçumuz topu itirir, ya da dəxli olmayan yerə zərbə vurur. Beləcə şərhçinin təzəcə qaynamaqda olan coşğusu nakam sönür. Yavaş-yavaş hesab böyüyür, məsəlçün, Slovakiya bizə 5 qol vurur. Hətta şərhçilərimiz bu coşğuya o qədər ac olurlar ki, 5 qol yeyib cavabında 1 qol vuranda belə, elə qışqırarlar ki, sanki 10 qol vurmuşuq. Neyləsinlər?

Gündüz Abbaszadə oyun zamanı bir söz dedi, elə kədərləndim ki...

"Slovakiya futbolçularının aldatmadığı bircə mən qalmışam”.

Ürəyim ağırıyır, vallah. Yazıqdı bizim şərhçilər. Nə qədər davam edəcək bu zülm? Onların hansını həkimə aparsanız, nevroz diaqnozu ilə müalicə yazarlar. Psixoloqa dərdlərini danışsalar, deyərlər ki, müəllim, siz gedin heç kim olmayan bir yerdə, ya dağ başında, ya meşədə ürəkdən qışqırın. Stresə xeyirdir, mənfi enerjilərinizi canınızdan çıxaracaq.

Hətta güman edirəm ki, milli yığmamızın oyunlarına şərhçi təyin olunmaq, şərhçilərimizin ən arzuolunmaz iş günü olur.

TƏKLİF:

Əzizim, AFFA! Hərçənd ki, sənin adını OFFa qoysaydılar daha yaxşı olardı. İllərdir bizə "off” dedirtməklə məşğulsunuz. Və həm də ki, dünyəvi dövlətik. Dünya dilində danışmaq da ki dəbdir. Adını da dünya dilinə uyandır. Ingilislərdə "OFF” çəkilçi olsa da, biz onu texnika dili ilə "sönmək” kimi qəbul etmişik. Məlum, siz də sönmüsünüz.

Təklif edirəm ki, heç bir zada yaramayan bunca pul xərcləməklərdən, məşqçi gətirməklərdən sonra, üz tutasınız Miribiş pirinə. O qaloş sürtən kişidən rica edəsiniz ki, futbolçularımız üçün 11 cüt qaloş versinlər. Meydançada ora-bura boş-boş qaçmaq üçün 1000 manatlıq butsilərə ehtiyac yoxdur. Bəlkə bu qaloşlar futbolçularımıza fövqəlgüc bəxş elədi. Həm də dünya mətbuatında sensasiya olar. Hamı bizdən yazar. Heç olmasa, məğlubiyyətimizlə yox, qeyri-adiliyimizlə dünya mətbuatında Azərbaycanın adını ucaldarıq.

Sonda məndən futbolumuz haqqında soruşan dostlarımı sözümü qadınların ənənəvi cümləsi ilə bitirirəm:

"O nədi, sən Allah?! O boyda kişilər bir topun dalınca dəli kimi o yana qaçır, bu yana qaçır”.

Səsinizi eşidirəm, deyirsiniz:

"Vallah, heç düz-əməlli qaça da bilmirlər!”



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK