ANA SƏHİFƏ / SİYASƏT

Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşdü

10319    |   2019-06-11 14:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisinin sədriOqtay ƏsədovBakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ilə görüşüb.

Parlamentdən verilən məlumata görə, spiker belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirib.

Qeyd edilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət "Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaq.

Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.

ATƏT PA-nın sədri Georgi Tsereteli Bakıya səfərindən və növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu bildirib. O qeyd edib ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.

Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söyləyib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqladı.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəriBahar Muradovaiştirak edib.




İmza:

Zahid Orucdan müharibə anonsu

Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi

Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

Aqil Abbas: “O qədər ixtisar olunası yer var, niyə kitablardan yapışıblar”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək

Bu gün Milli Məclis maska taxmamağa görə cərimələri ikinci oxunuşda müzakirə edəcək

Gürcüstanı həvəsləndirən Ermənistan yolu: Münasibətlər, əlaqələr və insidentlər...

BƏLKƏ VƏZİROVLA MÜTƏLLİBOVU QAYTARAQ QARABAĞI XİLAS ELƏSİN?!

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

Adil Əliyev: "Sosial şəbəkələrdə söyüşlə danışanlar məsuliyyətə cəlb olunsunlar"

QARABAĞ DEPUTATLARINDAN VAHİD ƏHMƏDOVA ATƏŞİN SALAM!

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK