warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Azərbaycanda 10 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı Adalet.az | Azərbaycanda 10 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Azərbaycanda 10 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

4298    |   2019-05-11 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Polis əməkdaşlarının mayın 10-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılıb. Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılmış, ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.



İmza:

Sumqayıtda metaləritmə sexindən 31 ton metal oğurlandı

Gəncədə ƏMƏLİYYAT - Silahlı şəxslər tutuldu

Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Polisdən uğurlu ƏMƏLİYYAT: “Səbiş” ləqəbli narkotacir saxlanıldı

Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutuldu

İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən Masallı sakini saxlanılıb

Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb

Axtarışda olan Türkiyə vətəndaşı Bakı hava limanında yaxalandı

Azərbaycanda 10 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

Ötən gün 28 cinayətin üstü “isti izlər”lə açılıb

DİN: Bakıda qətl törədən və öldürülən şəxslər əvvəllər məhkum olunub

SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK