Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KÖNÜL TƏQVİMİ Adalet.az | KÖNÜL TƏQVİMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÖNÜL TƏQVİMİ

İradə TUNCAY

10382    |   2019-04-21 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən hardan gəldin çıxdın buralara, ay oğlan? İllər keçib axı. Qorxudan böyümüş gözlərin də heç dəyişməyib. On yaşımın sarsıntısı – arıq, çəlimsiz, ürkmüş, yediyi qapazlardan bir az da büzüşmüş oğlan uşağı. Sinif-sinif gəzdirirlər onu, direktor deyib ki, bütün aşağı-yuxarı sinif şagirdləri üzünə tüpürsünlər, bufetdən bulka oğurlayıb. Sidq ürəklə tüpürən uşaqlar, "ar olsun"- deyib qışqıran müəllimlər - iyrənc. Unutmadım heç…


Bəlkə də indi böyük oğrulardandı o uşaq, tüpürənlər də alqışlayırlar onu. Bəlkə də yox...

***
Odam və yatağım. Qaranlıq düşəndən təkadamlıq kameraya çevirirəm. Nəzarətçisi də, məhbusu da özüm. Burda hamıdan gizlidi – bütün qorxularım, düşüncələrim. Niyə fikirlisən sualı yox, gözündən axanı görən yox...

Kimi ürəyinə axıdır, kimi üzünə... deyirlər. Bəlkə ürəyinə axıda bilsən, gizlətməyə hacət olmaz?.. Və bu hücrədə Yuxarılardan gələcək edam hökmünün icra olunacağını gözləyib də keçmişin qatlarını açmağa imkan olmaz?.. Ölüm, ixtiyarlanmaq qorxusunu bu qədər yaşamazsan? Nə vaxtsa hamı üçün gələcək gün... Qəribə duyğudu - keçmişi xatırlayıram canlıdı. Gələcək gün deyirəm – ölüm, qocalıq gəlir ağlıma...

İndi bu sıradan yuxusuz gecələrdən birində yenə olumlu-ölümlü fikirlər sarıb məni. Rahat-rahat əzab çəkmək üçün ən ideal ərazi – odam və yatağım. Səhərəcən çabala səndən bezgin yatağın içində, o üz-bu üzə.

İşığı keçirirəm, gözlərim qaranlığa öyrəşməyə başlayır. Qaranlığın sükutuna yanaşı otaqdakı televizorun səsi qarışır. Hələ bir xeyli vaxt həmin səs də, qaralıb-ağaran işıqlar da odamın sərhədlərini pozacaqlar.Bir anın içində gözüm öyrəşdi qaranlığa, indi unuda bilmədiklərimə heç nə mane olmayacaq. Ehtiyatla, ayaqlarımı qoruya-qoruya yaxınlaşıram yatağıma. Nə böyük görünür, Tanrım, yuxu axtardığım bu məkan? Yatağı pulnan almaq olur, yuxunu hardan alacam? Gecəynən səhər arasındakı vaxtı saata baxıb bəlirləyirəm, itirdiyim zamanı hardan alacam?



***

Planetdi vallah, yatağım. Gecə planeti. Hələ ki səthi düppədüzdü. Bir azdan səhərə gedən yolun bürüşdürüb yaman günə qoyacağı mələfə dağ-dərəyə, vulkanlara dönüləcək. Qütblərə ayıracam onu. Yastığım dörd cəhətin dördünü də gəzəcək. Hünəridi kimsə mane olsun unutmağa. Əlimin, ayağımın toxunmadığı yerlər də buzlaqlar. Səhərə qədər onlar da yerlərini dəyişəcəklər. Azar, vallah, bu planetin içində adam. Xəritə lazım idi, xəritə... Əlimdən tutub gəzdirəcək kimsə gəlmir bu planetə. Nəhəng əzab yatağı - xəritəmdə qeyd edim bütün nöqtələri. Miqyas nə olacaq görəsən – ağrının acıya nisbəti? Və ən yaxın məsafədən ən uzaq yaddaş nöqtəsinə gedəcək sözlər olacaq, deyəsən mayak. Bəzən söz... Bəzən rəqəmlər... Hansısa bir günün səninçün dəyəri var, unutmursan... Özlüyündə fikirləşirsən – filan ilin, filan günündə... deyirsən. Önəmli sayırsan axı... Əvəzində "Sabah da həmin günün sonrası gələcək" deyirlər... Qəribədi, çox qəribədi... Keçmişi xatırlamaq istəyirsən, lap yaxın keçmişi – "Lazım deyil, eyni çaya iki dəfə girmək olmaz"- deyirlər. Halbuki nə çayın səsini, nə suyun sərinliyini unutmaq mümkün deyil...

Gələcək haqqında düşünmək istəyirsən, yaxın gələcək – "Lazım deyil, bizdən asılı deyil, Tanrı bilər"- deyirlər... Bəs, axı bu gün keçmişdən, xatirələrdən və gələcək ümidlərdən oluşur... Filmotekamın rəflərində mutlu sonla bitən aşk filmləri yox. Tanrım, çıxmaz sokak...

Boş ver, unuda bilmədiklərin əlindən tutub aparacaq səni hara desən. Keçmişi xatırlama! - deyirlər. Niyə? Nə varsa ordadı... Bütün canlı-cansız nə varsa... Otyeyən, ətyeyən, yırtıcı... Ovçu olanlar, ov olanlar...
Və gəlir gözümün qabağına pəncərənin qarşısında corablarını dartıb qaydaya salan qızcığaz… Bir neçə saniyə sonra özünü boşluğa atacaq qızcığaz….


Qızcığaz, qızcığaz, qulaq as bir an,
Məhbəs qanununu anlamayırsan…


Musa Cəlil də yadıma düşdü. O, quşcuğaz yazmışdı "Moabit dəftəri”ndə... Nə fərqi var – o da quş kimi uçub getdi…

***

Çaplinin bir filmi var – bəlkə xatırlayarsınız. Acdı adam və gördüyü adamlar da gözünə toyuq kimi görünür...
Oğlumun bir dostu yolda maşın vurmuş bir adamı xəstəxanaya çatdırmışdı. İnsanlıq etmişdi... Sonra başına o qədər oyun açdılar ki... Ona da toyuq kimi baxmışdılar. İnsanlığının müqabilində.
O qadına da sistem toyuq kimi baxıb həmişə. O da itirib insanlığın...
Hələ indi necə soyacaqlar onu... Direktoru deyirəm...

***
Məndə belə bir təəssürat var ki, yaşadığımız dövr Yer kürəsinin indiyə qədər keçib gəldiyi inkişaf yolunun bütün özəlliklərini özündə cəmləşdirib. Ətrafımızda dinozavrlar da var, birhüceyrəlilər də, həşəratlar da. Güclülər zəifləri yeyir. Uyğunlaşa bilib rəngdən-rəngə düşə bilənlər xata-bəlanı öz üstlərindən sovuşdura bilirlər. Kaynazoyun son dövrü insanın yaranıb formalaşdığı dövrdü – antropogen. Alimlər yəqin ki, elmi araşdırmalara əsaslanıb fikir yürüdürlər – yeni dövr yeni yaranacaq məxluqatların adı ilə adlandırılacaq. Siz bilən nə ola bilər?

Dövrümüz isə əvvəlki coğrafi dövrlərin özəlliklərini saxlamaqdadır. Mezozoyda dinozavrlar yaşayıb, kaynazoyda bizlər. Onlardan çoxmu fərqlənirik? Robot düşüncəli, dinozavr iştahalı, buqələmun xislətli canlılar yeni dövrün canlıları sayıla biləcəkmi? Zəmanənin rejim, formasiya dəyişmələrinin şokundan hələ özümüzə gələ bilməmişik. Hansı dəyişikliyin bizə xeyiri olub ki? Alimlər deyirlər yeni dövr gəlir. Bir təskinlik var – fərziyyələrə görə, dinozavrlar, mamontlar çox yekə olduqlarından məhv olublar, bir dövrdən o biri dövrə keçə bilməyiblər. Yəni nə demək istədiyimi anladınız. Bəzi hallarda xırım-xırda olmağın da faydası var.

Təbiətdə baş verən kataklizmlər - zəlzələlər, vulkanlar böyük dağları-dərələri, yarğanları da yaradır, kiçik təpələri də. Qayıdaq yenə Yasamal dağlarına. Hündür, başı qarlı, əzəmətli dağlarla müqayisədə bu təpəciklərin nə gözəlliyi gözə görünür, nə də yaşıllığı. Amma söykəndiyi, arxalandığı dağlar var. Ona görə də bu təpələrə təpə yox, sıra dağlar deyirik, böyük dağların xırda zəncirləri, arxalı dağlar. Sonra qulağıma bir məsəlin əks-sədası gəlir – "Arxalı köpək qurd basar". İt olanda nə olar, itin də gərək yiyəsi olsun. Heç sahibi ilə birlikdə gəzən qarnıtox itlərin görkəminə fikir vermisiniz? Ya da zibilliklərdə eşələnib sümük axtaran, uşaqların daş-kəsəklə vurub şikəst elədikləri yiyəsiz itlərə diqqət eləmisiniz? Onların gözlərinə baxmısınız? Bu gözlər sizə heç nəyi xatırlatmır ki? Baxımsız qalıb, saralıb-solan ağacları, sahibinin od-alov altında qoyub qaçdığı tənha, yiyəsiz evlərin pəncərəsini xatırlatmır ki? Xaraba kəndləri, şəhərləri, viranə qəlbləri, ürəkləri xatırlatmır ki? Alçaq dağları yaratdığını zənn edən bir məmurun buz baxışları ilə üzləşib, nazlı-ədalı katibənin qəbul otağından kor-peşman qayıdanda heç özünüzü bu itlərin yerində hiss eləməmisiniz ki? Bütün cansız əşyalar da, canlı varlıqlar da yiyəsiz olanda bir-birinə oxşayır.

Son vaxtlar təkcə alimlərin yox, siyasətçilərin də çıxışlarını intensiv izləyirəm. Görünən budur ki, Yer kürəsində həm də yeni dünya müharibəsi gedir. Özü də bu dəfə siyasətçilər öz tarixi səhvlərini düzəldiblər. Bundan öncəki iki böyük müharibə Avropanın ərazisində gedib, indi Şərqi yerlə-yeksan edirlər. Özü də toy-bayramla. Neçə illərdi Şərq yiyəsiz itlərin durumundadı. Hərə bir daş atır. Neçə milyard əhalisi olan bu böyük planetdə yaşamağa yer, içməyə su tapmayan, vətənində vətənsiz qalan millətlərin hayqırtısını heç kim eşitmir. Super millətlərin super maraqları üzündən qaçqın düşərgələrində yaşayıb öz halal haqqını tələb edənə terrorçu deyirlər. Böyük dövlətlərin də, böyük adamların da prinsipi budur. Amma günlərin bir günü qaralar da zəncirini qırıb yaşam haqqını istəyə bilər. Tale birinə süpürgə verir, birinə hakimiyyət. Amma bəzən taleyin ironiyası yerdəyişmələr də edir. Çinin sonuncu imperatoru bir vaxtlar taxtda oturduğu sarayın həyətini süpürməyə məhkum olunmuşdu. Günlərin birində onun da güvəndiyi dağlara qar yağdı. Allahım, niyə kimsə ibrət almır?

Böyük zirvələrin ətəyinə yapışıb sıralanan təpələr nədənsə mənə qoluzorlu adamın çoxsaylı qohum-əqrəbasını xatırladır. Amma vulkanik proseslər davam edir. Təbiətdə də, cəmiyyətdə də. Sahibsiz, yiyəsiz itlərə daş atmayın, dağlara bəzən qar da yağır.

Tarixi vərəqləmək həm də yaddaşı təzələməkdir. Bu da insanı dünənə, keçmişə yenidən baxmaq, olanlara və olmuşlara yenidən qiymət vermək imkanı yaradır. Çox qəribədir, gəlib keçəni götür-qoy edəndə qərara gəlirsən ki, tarixi hadisələr də insan taleyinə bənzəyir….

***


Kvazimodanın ürəyi yandı...

***
-Padre!

- Görünür, bunun nə demək olduğunu lazımınca başa düşməmisən. Bunu başa düşməyin də çətindir, çünki çox cavansan. Sən yaşda olsaydım mən də başa düşməzdim, Artur! Sən mənim üçün öz oğlum kimisən, bunu anlayırsanmı? Sənə baxmaqdan doymuram, gözümün işığısan. Səni yanlış bir addım atmaqdan çəkindirmək, həyatını qorumaq üçün mən ölməyə də hazıram. Ancaq indi acizəm... Mən səndən tələb etmirəm ki, söz verəsən... Səndən xahiş edirəm, dediklərimi yaddan çıxarma, ehtiyatlı ol. Qəti qərara gəlməmişdən əvvəl yaxşı fikirləş.

Bu atası olduğunu bilməyən Arturun Montanelli ilə söhbətidi. Yeniyetmə Arturun. Sonra"gözümün işığı”dediyi adama inamın ölməsi Arturu da intihara aparır. Hamı üçün ölür... Rivares kimi qayıdır və yenə onlar bağlı olduqları həqiqətlərin əsiri olurlar... Bu ideyalar, bu həqiqətlər nə qədər insanı intihara aparıb görəsən? Ya da itkin insanlar siyahısına salıb?!

***

Ömrümüz boyu o qədər direktorlarımız olub ki....

***
Könül təqvimi də gündəlik təqvimə bənzəyir. İşğal günləri çox, xoş günləri də elə-belə...






İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK