warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏN AĞIR ZƏRBƏ Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏN AĞIR ZƏRBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ƏN AĞIR ZƏRBƏ

2430    |   2019-03-13 13:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siz belə bir zərbəni kimdən almısınız? Yaxın dostunuzdanmı, qohumunuzdanmı, yaxud da arxa çevirdiyiniz hər hansı adamdanmı? Sizdən soruşuram hörmətli oxucu: Ən ağır zərbəni sizə kim vurub: çörək verdiyiniz adammı? Atılıb kimsəsiz qalan və sizə sığınan insanmı? Barmağınızın beşini də bal eləyib ağzına soxduğunuz qohumlarınızmı? Bilmirəm... Bax, bunu siz bilərsiniz. Siz bildiyinizə görə də heç bir şeyi deyə bilmərik...

Bu dünyada elə bir adam yoxdur ki, düşməndən çox süfrəsinin başında əyləşən adamdan zərbə almasın. Adını unutduğum məşhur bir yazıçının məşhur bir əsərində yazılır: "... Mən o adamı zirzəmidən, tullantıların içərisindən axtarıb tapmışdım. Və o adamın gözlərində hər şey sönmüşdü. İynənin ucu boyda işıq qalmışdı. İynənin ucu boyda işığı üfürə-üfürə gurlaşdırdım. Ona çörək verdim... həyat verdim... və əməlli-başlı adam oldu. Adam olandan sonra isə içindəki o intiqam hissi hansı ki, onu kimlərsə atmışdılar, yenidən oyanmağa başladı. Və birdən gördüm ki, yatdığım yerdə başımın üstündə bir hənirti gəlir. Elə bildim evimdə saxladığım itin nəfəsidir. Tez ayağa qalxdım, gördüm ki, həyata qaytardığım və çörək verdiyim o adam bıçağı kürəyimə saplamaq istəyir. Var gücümlə qüvvəmi toplayıb bıçağı onun əlindən aldım. Sonra da onu sakitləşdirib birtəhər stolda əyləşdirdim. Soruşdum ki, mən sənə nə pislik eləmişəm ki, məni bıçaqlamaq istəyirdin. Susdu, dillənmədi... Handan-hana dili açıldı. Dedi ki, bu mənim xislətimdir...”.

Görürsünüz, yaxşılığın müqabilində o adam ona işıq verən, həyat verən və yaşamağa şərait yaradan insanı öldürmək istəyir. Bütün müqəddəs kitablarda buyurulur ki, sən yaxşılıq elə və hətta pislik eləyənlərə yaxşılığını əsirgəmə! Ancaq həyatsa tam başqa üzünü göstərir. Yəni sənin yaxşılıq elədiyin, çörək verdiyin, arxa durduğun adam günlərin bir günündə kürəyinə bıçaq saplayır. Bizdə belə bir deyim var: "Yetimdən soruşurlar ki, kimə pislik eləyərsən, deyir ki, mənə çörək verənə”. Bilmirəm, bu deyim nə dərəcədə haqlı və ədalətlidir; amma bir onu bilirəm ki, elə bu deyimin özündə də bir həqiqət var. O həqiqət ki, çoxlarımız bunu həyatın müxtəlif anında görürük və az qalırıq yerimizdə donub qalaq...

Deyirlər ki, yaxşılıq itmir və pislik də unudulmir. Və kim nə edirsə, gec-tez qabağına çıxır. Sadəcə olaraq, hər şeyin vaxtı var. Yəni bir meyvə müəyyən zaman kəsiyində yetişdiyi kimi, insanın da yaxşı və pis əməlləri nə vaxtsa yetişir və bumeranq kimi onun özünə qayıdır...

... 1990-cı illərin əvvəllərində bir məhkəmə oçerki qələmə almışdım. Oçerkin süjet xətti belə idi: ərlə arvadın uşaqları olmur, onlar da körpələr evindən bir uşaq götürüb övladlığa qəbul edirlər. O uşağı yağın, balın içərisində böyüdürlər. Və uşaq də heç hiss etmir ki, onu böyüdən adamlar doğma valideynləridir, yoxsa ögey. Hər iki valideyn oğlanı böyüdür, pul verib ali məktəbə qoyur, sonra evləndirir və ev-eşik sahibi edirlər. Oğlan bir müddətdən sonra narkotikaya qurşanır. Və gəlib o ata-anasından pul istəyir. Valideynlər də bu pulu çox çətinliklə tapıb verirlər. Artıq hər həftə, hər gün o qoca-ər arvadı boğaza yığır və bir gün də istədiyi pulu tapıb verə bilməyəndə hər ikisini amansızcasına qətlə yetirir. O qocaların nə günahı var idi? Ürəyi yumuşaqlıq və övladına eləyə biləcəyi yaxşılıq hər iki qocaya ölümü hesabına başa gəlir...

Görürsünüzmü, bu da yad uşağın övladlığa götürülməyi. Əgər Allah-Təala sənə bir pay verməyibsə, bununla çox vaxt razılaşmaq lazımdır. Amma bu o demək deyil ki, elə hər övladlığa götürülən də qatil olur. Bu baxır həmin uşağın qanının təmizliyinə. Əgər qan təmiz deyilsə və onun içindəki o xislət nə vaxtsa üzə çıxacaq...

Qəribə də olsa bu gün insanların çoxu elə ən ağır zərbəni yaxınlarından, doğmalarından, lap açığını deyək, kimlərin acığına gəlsə də, çörək verdiyi adamlardan alır. Nə üçün belə olur? Axı kiməsə çörək vermək, əl tutmaq heç də asan deyil. İndiki zamanda heç qardaş qardaşa arxa durmur. Amma görürsən ki, doğmaların atdığı və həyatın dibinə düşən bir adamı yad adam o uçurumdan çıxarır, həyata qaytarır, ona yeni bir həfəs verir, o isə şükür eləmək əvəzinə elə bir qəddarlıq, elə bir vəhşilik göstərir ki, heç yerə-göyə sığmır.

Bu həm də cahillikdən və savadsızlıqdan doğan bir hərəkətdi. Yəni cahil və savadsız adamlar atdıqları addımı heç vaxt dərindən düşünməzlər. Düşündükləri o olar ki, gərək mən onun payını verim. O da kimdi? Həmin adama söykək olan, arxa duran, çörək verən və ən nəhayət, ağzındakı tikəni ona yedirən insan. Ağır zərbəni endirən bu cahil və nadan heç vaxt fikirləşmir ki, nə üçün bu addımı atdı...

Tüfeyli həyat sürən, günlərini sülənməklə əvəzləyən bir insana, bir evə bir qəpik xeyri olmayan, bütün günü orda-burda ağzına gələni danışan və özü bir qəpiyə dəyməyən bu adamlar niyə başını qaldırıb göydə Allahı, yerdə də insanlığı yada salmır? Və düşünür ki, onsuz da onun əməlindən heç kəs xəbər tutmayacaq.

Bir dəfə biri əqrəblə dostluq eləyir. Çayı keçib gəlirlər, əqrəb ona dəymir. Hansı ki, əqrəbə o qədər yaxşılıq eləyir. Düşünür ki, yəqin əqrəb tay xasiyyətini dəyişib, ona görə də onu sancmır. İkinci dəfə çaydan keçəndə yenə əqrəblə görüşür. Bu dəfə əqrəb onu sancır. Dostluq eləyən də deyir ki, bəs mən sənə dağ boyda yaxşılıq eləmişəm, niyə məni dişlədin?! Əqrəb də qayıdıb deyir ki, bizi qınamayın ey, yaxşılıq-zad yadımıza düşən deyil. Sancmaq isə bizim xasiyyətimizdir!..

İndi insan var ki, əqrəb kimi bir şeydir. Səninlə tonlarla çörək kəssə də, uzun illər yoldaşlıq eləsə də, yasda, toyda bir yerdə olsa da, bir gün görəcəksən ki, səni sancdı! Və sənə elə bir zərbə vurdu ki, o zərbəni heç düşmənin vura bilməz.

Ən ağır zərbəni biz gözləmədiyimiz yerlərdən alırıq. Ən ağır zərbəni arxa çevirdiyimiz, dost dediyimiz, çörək kəsdiyimiz insanlardan görürük. Bəziləri bəlkə də bu düşüncələrə görə məni qınayacaq. Deyəcək ki, müəllimin nə vaxtsa dost sarıdan bəxti gətirməyib, ona görə də belə ağrılı-ağrılı danışır. Mən heç bir dostdan zərbə almamışam. Amma yaxınlarımdan zərbə almışam. Necə ki, rinqdə bir boksçu digərinə güclü zərbə endirir. O zərbədən səndirləsəm də Allahın köməkliyiylə nakauta düşməmişəm.

...Və siz də belə zərbəyə hər an, hər dəqiqə hazır olun! Çünki adam qəfil zərbəyə hazır olanda o zərbə nə qədər güclü olsa da yıxılmır və onu dəf edir. Çalışın yaxınlarınızın qəfil zərbələrinin nakautuna düşməyəsiniz. Düşsəniz də tez qalxasınız və onu dəf edəsiniz. Bu dünyanın işini bilmək olmur ha! Bir də görürsən ki, o qəfil zərbə gəldi və səni tutdu. Qəfil zərbələr bəzən sunami dalğaları kimi güclü olur və səni götürüb aparır.

Çörək verəndə, arxa duranda, yaxşılıq eləyəndə bilin kimə sahib çıxırsınız. Anasının əmcəyini kəsənə, aftafa götürənə, məttaha, yaltağa və ikiüzlüyə heç vaxt arxa durmayın. Çünki zalıma arxa durmaq məzluma zülm eləmək kimi bir şeydi...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK