ANA SƏHİFƏ / YAZARLAR

ÇİNDƏ ÇİNLİLƏR TÜRKLƏRİ QIRIR...

TÜRKİYƏDƏ DƏ TÜRKLƏR BİR-BİRİNİ

18755    |   2011-02-24 17:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə Türkiyənin Cumhurbaşkanı sayın Abdulla Gül Çinə rəsmi səfərə getmişdi. Bu səfəri xoş qarşılandı. Dəfələrlə yazmışam ki, Türkiyə onu barmağına sarıyan Avropadan üzünü Şərqə çevirməlildir. Ən azı ona görə ki, Şərqdə 220-230 milyon türk yaşayır və bunların beş dövləti (Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan), iki yarım dövləti (Başqurdustan, Tatarıstan), bir muxtar dövləti (Uyğur-Xan Muxtar Vilayəti) var. Bundan başqa da mən Sibirdə və Mancuriyada yaşayan türkləri hələ bu siyahıya salmıram. Və onu da bilirəm ki, əgər 75 milyonluq Türkiyə Avropadan üz döndərsə, Avropa Türkiyənin dalınca düşəcək. Çünki Avropa Türkiyə kimi bir dövləti əlindən buraxmaq istəməz. Deyirlər qadın kölgə kimidir, sən üstünə getdikcə səndən qaçar, sən geri dönərsən arxanca düşər. Elə Avropa da bir qadındır Türkiyə üçün. Üstünə getdikcə ondan qaçır. Bir durun, bir geri dönün, onda görəcəksiz ki, qadın Avropa kişi Türkiyənin arxasınca nə sülənir?!
   
   Qəzetimizə Türkiyədən bir əməkli subay (zabit) daima yazılar göndərir. Vedat Kuşaklı adlı bu qardaşımız çox önəmli məsələlərə toxunur. Ötən şənbə Vedat bəyin qəzetimizdə "Cumhurbaşkanının Çin ziyarəti" adlı maraqlı bir yazısı dərc olunmuşdu. Vedat bəy həmin yazıda sayın Cumhurbaşkanı Abdulla Gülə yeddi sual ünvanlamışdı. Çox ciddi və Türk dünyası üçün önəmli suallar idi.
   Son günlər Çinin Uyğur-Xan vilayətində (indən belə Uyğurustan yazacağıq) baş verən olaylar Vedat Kuşaklının nə qədər haqlı olduğunu sübut edir.
   Vedat bəyin sayın Cumhurbaşkanına verdiyi suallardan biri:
   - Bu ziyarətdən Doğu Türküstandakı qardaşlarımız üçün necə, nə kimi faydalar görülə bilər? Türküstanlı qardaşlarımıza bu ziyarətin faydası oldumu?
   Vedat bəy daha sonra yazır: "Alman, rus, çinli, amerikalı, ingilis bizim ölkəmizə ziyarətə gəldiyində burada yaşayan soydaşlarının bütün haqq və hüquqlarını, ehtiyaclarını, şikayətlərini bir paket halında yanlarında, bərabərlərində gətirirlər". Onu deyim ki, Doğu Türküstan deyəndə Uyğurustan nəzərdə tutulur.
   Yəni Vedat bəyin sorğusu budur ki, siz Çinə səfər edəndə özünüzlə belə bir paket götürmüşdünüz?
   Təbii ki, yox. Çünki həmin ərəfədə iki uyğura böhtan atılaraq çinlilər tərəfindən öldürülmüşdü. Hadisələr zirvə nöqtəsindəydi.
   Və əgər sayın Abdulla Gül Çin dövlətinin başçısı ilə, hökumət rəhbərləri ilə Çində yaşayan 50 milyondan çox türkün taleyini masaya yatırsaydı yəqin ki, hadisələr türklərin qırğını ilə nəticələnməzdi.
   Buyurun, son iki gündə Çində 156 türk öldürülüb, 900-ə yaxını yaralanıb. Bu hələ rəsmi açıqlamadır. Yəqin ki, ölən və yaralananların sayı daha çoxdur. Qırğın davam edir. Bu rəqəm nə qədər olacaq, bu qırğın nə vaxtadək davam edəcək - ondan heç Tanrının da xəbəri yoxdu. Çünki Tanrı artıq bu dünyadan üz çevirib. Çünki bu dünyada insanlar yeni bir Tanrı uydurublar - ABŞ. Və dünyanın bu yeni Tanrı idarə edir. Və bu yeni Tanrı da İslamın və türklərin düşmənidi. Nə isə, bu ayrı söhbətdi.
   Bəli, Çində türkləri qırırlar. Türkiyə isə sayın Abdulla Gülün Ermənistanda futbolu seyr etdiyi kimi hadisələri seyr edir.
   Niyə? Çünki Türkiyədə türklər özləri bir-birini qırır. Başları uydurma Ergenekona, Genel Kurmayın kağız parçası adlandırdığı saxta bir bəlgəyə, Ərdoğan-Baykal söyüşməsinə, hökumət-Türk Silahlı Qüvvətlərinin savaşına qarışıb.
   Bu dəfə Tanrı Türkü qorusun yazmıram. Özü-özünü qorumayan milləti Tanrı necə qorusun ki?
   Kiçik bir arayış. Çinlilər özlərinə xan deyirlər. Və Pekinin də keçmiş adı bildiyiniz kimi, Xanbalıqdı.
   Özlərini xan adlandıran millətə çinli, ölkəyə isə Çin deyən ilk dəfə türklər olub. Türk dilində "çin" sözünün iki mənası var və hər iki mənası da çinlilərə yapışır. Türk dilində "çin" sözünün bir mənası çoxluq, bir mənası isə doğru deməkdir. Türklər qonşuluqlarında yaşayan millətin sayının çoxluğuna və dürüstlüklərinə görə onu belə adlandırırdı.
   Türk sözünün də iki mənşəli var. Çin dilində bu sözün bir neçə anlamı var: davakar, savaşçı, igid, bir də kobud. Həmişə qonşularının onlara tez-tez hücum elədiyini, hətta tikdikləri Çin səddini belə aşıb bu ölkəni işğal edənləri də çinlilər türk adlandırıblar.


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK