Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Könül Xasıyevanın "dilənməyi" - İntiqam VALEHOĞLU yazır Adalet.az | Könül Xasıyevanın "dilənməyi" - İntiqam VALEHOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Könül Xasıyevanın "dilənməyi" - İntiqam VALEHOĞLU yazır

52364    |   2019-02-24 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündür hər kəs Könül Xasıyevanın müğənni Mətanət Əsədovanın ad günündə oxumasından danışır, yazır, pozur. Biri deyir, Könül Xasıyevaya o hərəkəti yaraşdırmadım, o biri söyləyir ki, həmin hərəkət elə Xasıyevanın əyninə biçilib, başqa biri sənətkarı dilənçi adlandırır. Təbii ki, bu cür fikir müxtəlifliyinin içərisində doğrunun hansı olduğuna qərar vermək də çətindir. Amma Könül xanımın sənəti və şəxsi keyfiyyətləri barədə bir az danışsaq, yəqin ki, sizin də daha doğru seçim etmək imkanınız olacaq.

Məsələn, deyilənlərə inansaq, Könül Xasıyeva tələbə olarkən bir neçə gün dərsə gəlmir. Arif Babayev xəbər göndərir ki, ona deyin, dərsə gəlsin, gəlməsə qovula bilər. Uzun axtarışlardan sonra Könül Xasıyeva Arif Babayevə xəbər göndərir ki, qardaşım vəfat edib. Tələbə yoldaşları beşdən-üçdən atışıb bir avtobus tuturlar ki, Şəkiyə-hüzr məclisinə getsinlər. Gedirlər, məlum olur ki, heç kim rəhmətə getməyib. Sadəcə, Xasıyevanın başı toylarda pul qazanmağa qarışdığı üçün "optimal bəhanə" fikirləşib. Sadəcə, görünür ağlı kəsməyib ki, kimsə durub Bakıdan Şəkiyə gələr.

Heç kimə sirr deyil ki, Xasıyeva öz tələbə yoldaşlarının əksəriyyətindən, hətta hamısından daha tez məşhurlaşıb. Məsələn, Könül məşhur olanda Nüşabə Ələsgərli, Könül Kərimova, Gülüstan Əliyeva, Zakir Əliyev tanınmırdı. Deməli, Könüldə pul olanda bu adını çəkdiyim sənətçilərin heç birinin bəlkə də nəinki yaxşı imkanları, heç dolanmağa pulu yox idi. Soruşa bilərsiniz ki, o pullar hara getdi, kimə xərcləndi? Cavab çox maraqlıdır və bəlkə də çoxlarınız ilk dəfə bu barədə eşidəcəksiniz. Təxminən iki il əvəl Xasıyeva bir gürcü ilə tanış olur. Gürcü deyir ki, gəl, biznes quraq. Xalq artistimiz də bir milyondan artıq pulu gürcüyə verir ki, sən işləri qur, hazır olanda mənə xəbər eləyərsən. Gürcü də bir az astagəl adamdır. Düz iki ildir işi qura bilmir ki, bilmir. Burası zarafatdı. Gürcü aradan çıxıb, rəhmətlik Kamil Məhərrəmov demiş, pullar da mələyib. Kimsə deyə bilərmi ki, Xasıyeva indiyədək həmin milyondan bircə manat hansısa dosta, qohuma, tanışa, ehtiyacı olana əl tutub. Şəxsən mən bir neçə məlumatlı adamdan soruşmuşam, gördüm deyən olmayıb.

İndi qayıdaq Xasıyevanın Əsədovanın ad günündə oxumasına. Əslində, burada qəbahət yoxdur. Amma xalq artistimiz elə gəncliyindən o qədər pulgirdir ki, özünü saxlaya bilməyib ona verilənlərdən imtina etməyi bacarmadı. Kimsə deyə bilər ki, səhhətində problem var, xəstədir, övladı nasazdır. Bütün bunları mən də bilirəm. Əgər bir milyona sahib olan sənətkarın gözü yenə də doymursa, tanımadığı gürcüyə o pulu verib, iş qurmaq istəyirsə, deməli, mənim eşitdiklərim, sizin də az öncə oxuduqlarınız yanlış deyil.

Bu arada Könül xanımın bir şakəri barədə da danışmaq yerinə düşər. Məsələn, onun səhhətinin ən ağır vaxtlarında zəng vurmuşam ki, Könül xanım, necəsiniz, nə dərdiniz var? Özümü təqdim etmişəm və televiziyadan olmadığımı bilən kimi telefonu qapadıb. Elə səhəri gün ATV-də Yusif Ağayevin verilişində peyda olub.

Hə, yadıma düşmüşkən bunu da qeyd edim. Xasıyeva atasının qırxı çıxmamış oxuması barədə səsləndirilən tənqidlərə cavab verərkən Gülyanaq Məmmədovanı "güllə qabağına" verib. Deyib ki, məni nöş qınayırsız, Gülyanaq da atasının qırxı çıxmamış mənim məclisimdə oxumuşdu. Gülyanaq Məmmədova da deyir ki, bəli, atamın ili çıxmamış oxumuşam, amma qırx mərasimindən əvvəl məclislərə getməmişəm. İntəhası üzü gəlmir desin ki, Xasıyeva gözünün içinə qədər yalan deyir.

Bütün hallarda Xasıyevanın sənəti yetərincə böyükdür, dəyərlidir, sanballıdır. Amma nə yazıq ki, bir çox sənətkarlar kimi, Xasıyevanın da şəxsi keyfiyyətləri barədə eyni sözləri demək olmur.

İntiqam VALEHOĞLU




İmza:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK