deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖZÜNƏ DÖNÜŞ Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖZÜNƏ DÖNÜŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÖZÜNƏ DÖNÜŞ

Yaxud yurd yeri bizi çağırır

4132    |   2019-02-01 11:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İnsana öz anadan olduğu yerdən müqəddəs ocaq yoxdur. Çünki gözünü açıb o ocağı görüb, o ocaqda böyüyüb və o ocaqdan da harasa pərvazlanıb. Hara gedirsənsə get, harda yaşayırsansa yaşa, yenə günlərin bir günündə o doğulduğun yerə, o böyüdüyün yurda dönüş edəcəksən. Özün istəməsən də tale səni gətirəcək həmin iməklədiyin, dil açdığın, ata-ana dediyin, ağuşuna atıldığın doğmalarının yanına...

... Hər üçümüz çox hüznlüyük. Seyid Əli Ağanın oğlanları Seyid Əbdürrəhim, Seyid Əsgər və bir də mən maşında Bəhmənliyə gedirik. Seyid Əsgər deyir ki, biz danışmasaq, sussaq, Seyid maşını sürməkdən yorular. Ancaq o qədər hüznlüyük ki, heç danışmağa gücümüz də çatmır. Çünki çox böyük ziyalı və çox böyük əməli-saleh insan olan yaxın qohumumuz, dostumuz və sirdaşımız Həsən Ərşad oğlu Əliyev dünyasını dəyişib və biz də elə həmin məclisə gedirik. Seyid Əbdürrəhim dillənir ki, Faiqin çox maraqlı söhbətləri olur. Dəfələrlə kəndə getmişik, yolda elə şirin söhbət eləyir ki, kəndə çatmağımızı hiss eləməmişik. Yəqin bu dəfə də yolumuzu qısa eləyər; məni sükan arxasında yuxulamağa qoymaz...

Bakıdan Bəhmənliyə 3-4 saatlıq yoldu. Və bu dəfə də söhbətimiz çox şirin alınır. O qədər şirin alınır ki, məsafələrin necə gəlib keçdiyini bir o qədər də duymuruq. Söhbətimizin də əsasını rəhmətlik Həsən Ərşad oğlunun üstündə qururuq. Həm Seyid Əbdürrəhim, həm Seyid Əsgər mən onunla bağlı xatirələrimizdən və Həsən müəllimin əməli-saleh işlərindən danışırıq. Seyid Əsgər deyir ki, birinci dəfədir ki, yol gedəndə belə rahat mənzilbaşına çatıram və heç kəsdən qeybət olunmadığını görürəm...

... Kəndə çatırıq. Yas yerinə getmək istəyəndə Seyid Əsgər yenidən dillənir ki, indi orda günorta olduğu üçün qohum-əqrəba çörək yeyir, onları narahat eləməyək. Dönək burdan mənim qızımgilə, bir tikə çörək yeyək, sonra ora gedərik. Onun dedikləri ilə razılaşırıq və Seyid Əsgərin qızıgilin evinə dönürük. Daha doğrusu, qohumu Akifgilin evinə. Maşın həyətə girir və həyətə girən kimi yeznəsi Akif, qızı və nəvələri Sübhan, Süleyman bizi qarşılayırlar. Mehribanlıqla görüşürük. Seyid Əsgərin Bakıdakı nəvələri Mirmuhəmməd, Mirmehdi, Seyid Əsgər də bal kimi şirindir. İçəri keçirik. Bir neçə dəqiqə ötməmiş masanın üstünə çay gətirilir. Yeznəsi Akif çox mehriban, çox səmimi və zəhmətkeş oğlandı. Adam üçün əldən-ayaqdan gedir. Elə mənim özüm də bu səmimiyyətdən sıxılıram. Amma düşünürəm ki, mən yad adam deyiləm ha, onlarla yaxın qohumam. Çünki Seyid Əbdürrəhimin, Seyid Əsgərin atası Seyid Əli Ağa mənim atamla həm qohumdu, həm də uzun illərin qonşusuyuq. Mənim dayım Dayandur kişi Seyid Əli Ağanın bacısı Bədir xanımla ailə qurub. Biz ona Bədir mama deyərdik. Mənim dayım qızı rəhmətlik Xuramanla da Seyid Əbdürrəhim evlənib. Yəni bizim qohumluluğumuzun kökü çox uzaq bir keçmişə gedib çıxır. Hətta qardaşım Elxan Seyid Əli Ağanı oğlanlarına kirvə tutmuşdu. Bizdə də kirvə qardaş qədər əzizdir...

... Bir qədər keçəndən sonra masanın üzərinə sazan balığının qızartması gətirilir və yanında da pomidor-xiyar turşusu qoyulur. Akif deyir ki, bu balığı yuxarıdakı kanaldan tutublar. O qədər dadlıdır ki, başqa balıqlar bunun kimi ləzzətli deyil. Əlimizi süfrəyə aparırıq və mən əlimi süfrəyə uzatmamışdan Seyid Əsgər o balıqdan böyük bir tikəni mənim boşqabıma qoyur. Avropalılar hər şeyi çəngəl-biçaqla yeyir. Ancaq burda balığı əllə yemək daha ləzzətlidir. Bir neçə tikəni ac olduğuma görə, gözümə təpirəm. O qədər dadlıdır ki, adam bu balığı yeməkdən doymur. Maşallah, masanın da üstündəki iri sinidə bu balıq tikələri bir-birinin üstünə yığılıb. Çəkinmədən yenə qızardılmış balıqdan bir neçə tikəni sümükdən təmizləyir, şirin-şirin yeyirik. Heç elə sümüyü də yoxdur...

... Yeyib doyandan sonra yenidən süfrəyə pürrəngi çay gəlir. Bu çaydan da bir neçə armudu stəkan içirik və yorğunluğumuz canımızdan çıxır. Amma nə yesək də, nə içsək də Həsən Ərşad oğlunun yas məclisi bizə bir hüznlük gətirir. Günortadan sonra yas məclisinə gedirik. Həsən müəllimin oğlu Ərşadla, qardaşları Tehranla, Təbrizlə və Cəbrayılla görüşüb təsəlli veririk. Həm çadırda, həm da daşdan tikilmiş həyətdəki xeyir-şər yerində adam əlindən tərpənmək olmur. Kəndin ağsaqqallarından Talıb kişi və kəndin mollası Abbas yuxarıda əyləşib hərdənbir "Fatihə” verirlər. O qədər adam gəlib-gedir ki, bilmirsən hansı ilə görüşəsən. Amma hamı da bir söz deyir: "Heyf Həsən müəllimdən, çox qənimət adam idi, o eldən getdi”. Təbii ki, bura gələnlərin hamısı yas sahiblərinə bir təsəlli verirdilər. O təsəlli ki, atalar deyib: "Dərd bir yerdə çəkiləndə daha yüngül olur”.

... Yas yerinə qayıdıb Bəhmənlinin üstündəki qəbiristanlığa gedirik. Çünki bu qəbiristanlıq həm də çox müqəddəs bir məkandı. Əksər qohum-əqrəbamız dünyasını dəyişəndən sonra burda dəfn edilib. Mənim babam da, atam da, anam da, qardaşım da burda uyuyur. Eləcə Seyid Əbdürrəhimin əzizləri də bu qəbiristanlıqdadı. Həm də qəbiristanlıq ona görə müqəddəsdir ki, Allahın çox sevdiyi bir seyid, gözəl və böyük ziyalı Seyid Əli Ağa da burda dəfn edilib. O burda dəfn olunandan sonra həm də ziyarətgahlıq yaranıb. Yəni Seyid Əli Ağanın məzarı bütün füzulilər və bəhmənlilər üçün bir ziyarətgahdı. Biz də həmişə qəbiristanlığa yolumuz düşəndə öncə onun məzarını ziyarət edir, "Fatihə” verir və "Yasin” oxutdurub sonra doğmalarımızın qəbirlərini ziyarət edirik.

Seyid Əbdürrəhim Məcid müəllimin nəvəsi molla Məcidlə telefonla danışır. Molla deyir ki, mən yuxarıda binanın yanındayam, qalxın ora! Biz də ora qalxırıq və binanın yanından keçəndə atamın, anamın, qardaşımın məzarına yaxınlaşıram. Mənim ardımca Seyid Əbdürrəhim, Seyid Əsgər və Molla Məcid ora gəlir. Seyid Əbdürrəhim mollaya deyir ki, bu dəfə Faiqin deyil, mənim adımdan həm Qismət əmimə, həm Mirvari xalama, həm də Qürbətə bir "Yasin” oxu, pulunu da özüm verəcəm. Molla Məcid də "Yasin”i oxuyur və ordan rəhmətlik Həsən Ərşad oğlunun məzarına yaxınlaşırıq. Yenidən hər iki seyidin və mənim adımdan molla rəhmətlik Həsən müəllimin ruhuna "Yasin” oxuyur. Ordan yenidən Seyid Əli Ağanın və dayım qızı Xuramanın məzarının üstünə qayıdırıq. Bu dəfə də molla hər ikisinə "Yasin” surəsini oxuyur.

Qəbiristanlıq başqaları üçün deyə bilmərəm, mənim üçün ruhların dincəldiyi və sakitləşdiyi bir yerdi. Hər dəfə bura gəlib rəhmətə gedənlərin ruhuna "Yasin” oxutduranda qəlbim və ruhum sakitləşir, özümü rahat hiss eləyirəm. Deyirlər ki, qəbiristanlıqda olanda və "Quran” oxunanda insanın içindəki şeytan ondan uzaqlaşır. Adam bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu olur. Yəqin bunu çoxları yaxşı bilir...

... Axşamüstü mamam oğlu Təbrizlə yenidən yas yerinə baş çəkirik. Və molla Məcid rəhmətlik Həsənin ruhuna molla Abbasla birgə "Yasin” oxuyur, "Fatihə” verir. Sabahı gün isə onun üç məclisidir. Üç məclisində adam daha çoxdur. Bir azdan adamlar daha da artır. Kəndimizin sayılıb-seçilən, Bakıda və digər yerlərdə yaşayan adamları gəlir. Onların arasında cavan olsa da, ağsaqqallığı və xeyirxahlığı ilə böyük hörmət qazanmış, kəndin bir xeyrindən, şərindən qalmayan Kamran müəllim də gəlib düz Seyid Əbdürrəhimin yanında əyləşir. İki daşın arasında el ağsaqqalı Talıb müəllimlə görüşür və digər adamları da başı ilə salamlayır. Yenə hamımızın qəlbinə bir kədər çökür. Amma elə ki, Həsən Ərşad oğlunun əməli-saleh işlərindən, xeyirxahlığından danışılır, bax onda hamının çiynindən ağır yük götürülür, dərdi yüngülləşir, eləcə də məclis iştirakçıları bir az təsəlli tapırlar.

Bəhmənli ağır eldir. Onun çox qədim və zəngin tarixi var. Və bu Bəhmənlini də həmişə Həsən Ərşad oğlu kimi oğullar respublikamızda tanıdıb. Çünki yaxşı insanlar tək özləri üçün deyil, həm də el-oba üçün yaşayırlar.

... Yas yerindən çıxıb yenidən Seyid Əsgərin yeznəsi Akifgilə qayıdırıq. Seyid Əsgər bildirir ki, bir tikə çörək yeyib yola çıxaq. Bu fikirlə Seyid Əbdürrəhimlə mən də razılaşıram. Yenidən həyətə giririk, Seyid Əsgərin nəvələri Sübhan və Süleyman üstümüzə qaçır. Babalarıyla görüşür. Mən də hər ikisinin alnından öpürəm. Çünki uşaqların üzündən öpmək düzgün deyil. Yenidən içəri keçirik, masanın üstünə tənək dolması, qatıq və evdə hazırlanmış kompot və digər turşular qoyulub. İki daşın arasında Seyid Əsgər mənim boşqabıma dolma çəkir. Bu dəfə yeməyi çəngəllə yeyirəm. Tənək dolması çox ləzzətlidir. Yeməyi elə yeyirəm ki, elə bil acından ölürəm. Yarım saat ərzində toqqamızın altını bərkidirik. Birdən mənə zəng gəlir. Nəvələrimdir. Deyirlər ki, dədə, kəndin girəcəyində səni gözləyirik. Ayağa qalxıb Seyid Əsgərin yeznəsi Akiflə, qızı və nəvələrilə xudahafizləşirik. Seyid Əbdürrəhim qara cipin sükanı arxasında əyləşir və maşınla həyətdən çıxırıq. Seyid Əsgərin nəvələri Sübhan və Süleyman bizə əl eləyir.

... Bir neçə dəqiqədən sonra Bəhmənlinin üstünə çatırıq. Uzaqdan nəvələrim Sədaqət və Tunarın ağ maşında əyləşdiyini görürəm. Onları maşından düşürüb Seyid Əbdürrəhimin maşının arxa salonuna əyləşdirirəm. Hər ikisi seyidlərlə görüşür və biz üzü Bakı istiqamətində gedirik. Ürəyimdən keçənlər isə bunlardır: "Allah sənə rəhmət eləsin, Həsən Ərşad oğlu! Məzarın nurla dolsun! Və bir də bizim yolumuz Bəhmənliyə toya-bayrama düşsün”. Elə bil ki, ürəyimdən keçənləri Seyid Əbdürrəhim və Seyid Əsgər də hiss eləyir. Deyirlər ki, Allah qoysa, bir gün də bax belə bir yerdə bu kəndə Həsən müəllimin oğlu Ərşadın və digər qohumların toyuna gələk...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK