hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏNSİZ KEÇƏN 40 GÜN Adalet.az | Faiq QİSMƏTOĞLU: SƏNSİZ KEÇƏN 40 GÜN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SƏNSİZ KEÇƏN 40 GÜN

Böyük insan, böyük ziyalı, böyük jurnalist Məcnun Namazəliyevə...

4979    |   2019-01-30 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qırx gün necə gəlib keçdi heç hiss olunmadı. Elə bil 40 gün deyil, beş gün bundan əvvəl Məcnun müəllim Allah dərgahına qovuşub. Günlərin, həftələrin belə tez gəlib keçməsini hiss eləməsək də, ancaq onun yoxluğunu hər an, hər saat, hər gün hiss etmək mümkündür. Ən azından ona görə ki, Məcnun Namazəliyev nəinki Bəhmənlinin, Füzulinin, Azərbaycanın böyük ziyalısı, böyük jurnalisti və böyük insanı idi. Bu cür böyük insanların yeri hər zaman, hər an görünür və onlar bizdən uzaqlaşdıqca belə dəyərli kişilərin nə qədər qiymətli insan olduğunu bir daha dərindən dərk edirik...

Yaxşı insanları Allah-Təala da çox istəyir. Və çox istədiyindən onlara hər şey bəxş edir. Bu insanlara Ulu Yaradan istedad verir, savad verir və ən nəhayət, hər adamda olmayan bir işıq, bir nur bəxş edir. Və bu işığı, bu nuru da həmin insanlar ömrünün son anına qədər yaşadır, başqalarına ötürürlər. Həm danışıqları, həm səmimiyyətləri, həm də qeyri-adi qabiliyyətləri ilə elin, obanın arasında böyük nüfuz, sevgi qazanırlar. Bax, gözəl insan, gözəl ziyalı və gözəl də jurnalist olan Məcnun Namazəliyev belə dəyərli şəxsiyyətlərdən idi.


Bu gün Füzulidə kimdən soruşsan onun barəsində ancaq xoş sözlər deyə bilər. Məsələn, deyə bilərlər ki, Məcnun müəllim çox ağsaqqal adam idi və hamıya böyük sevgiylə yanaşırdı. Hətta xoşu gəlməyən adama belə yaxşılıq eləməyi bacaran kişi idi. Məcnun müəllim eldə, obada, lap Bəhmənlinin özündə qohumu ilə yada heç bir fərq qoymazdı. Yəni onun evinin qapısı da, işlədiyi kabinetin özü də insanların üzünə həmişə açıq olub.

Zarafat deyil, Məcnun Namazəliyev düz 50 ildən çox Füzulidə çıxan "Araz” və "Qayıdış” qəzetlərinin redaktoru olub. İcra hakimiyyətində şöbə müdiri işləyib və həmişə də öz sadəliyini, səmimiyyətini saxlamağı bacarıb. O, atası Surxay kişinin qoyduğu yolla gedib. Çünki onun atası rəhməytlik Surxay kişi də Bəhmənlinin, Füzulinin ağsaqqallarından olub. Yəni o ağayanalıq, xeyirxahlıq və əməlisalehlik onlara nəsildən-nəsilə - babadan ataya, atadan oğula və oğuldan da nəvələrə ötürülüb.

Başqa cür də ola bilməz. Nəsli-nəcabəti, kökü olan adamlar tarixən bu yolu tutublar. Onlar dünyasını dəyişsələr də, el-oba arasında o yaxşılıqları, o xeyirxahlıqları həmişə onları yaşadıb və camaata sevdirib.

Yanvarın 29-da Məcnun Namazəliyevin Allahın dərgahına qovuşmasından 40 gün keçdi. Ancaq tam səmimiyyətlə deyirəm, bu 40 gündə Məcnun müəllim hər gün, hər an yada salındı, xatırlandı. Və uzun illər keçəcək, yenə yada salınacaq, yenə xatırlanacaq. Onu xatırladan var-dövləti deyil, bir gün işığı kimi həmişə insanlara hərarət verəcək əməli-saleh işləridir.

Onun 40 məclisində də bir gün qabaq iştirak etdik. Daha doğrusu, yaxın qohumum, ağır seyidlərdən olan seyid Əbdürrəhim, seyid Əsgər, Mürvət Qafarov, qardaşım Elxan, əmim oğlu İnşallahla onların evində olduq. Oğlu Nurəddin (Allah onu saxlasın, özü də, səsi də Məcnun müəllimə bənzəyir və çox vaxt onun səsini eşidəndə elə bilirəm ki, Məcnun müəllimin səsidi) bizi həyətdə qarşıladı.

Həyətdəki çadırda oturmaq istəsək də, dedi ki, müəllim, ora soyuq olar, qalxaq evə və biz də evə keçdik. Qızları mənimlə həmişə olduğu kimi səmimi görüşdülər. Sonra masa arxasında əyləşdik. Süfrəyə çay gətirdilər. Mürvət kişi ilahiyyət elmini yaxşı bilir və "Quran”ı da mükəmməl öyrənib. O, "Fatihə” surəsini oxudu və biz də ürəyimizdə o surənu təkrar elədik, sonra da salavat çevirib Allah-Təaladan Məcnun müəllimin ruhuna rəhmət oxuduq. Onsuz da Məcnun müəllim rəhməti bu dünyada qazanmışdı. O, bu dünyada axirəti üçün çox şey toplamağı bacarmışdı. İndi o, Allahın dərgahındadı və orda da əməli-saleh işlərinə görə ruhu rahatdır.

Mən Məcnun müəllim sağlığında tez-tez zəng vurardım. Rəhmətə gedəndən sonra onun mobil nömrəsi söndürülmüşdü. Oğlu Nurəddinə və dörd qızına dedim ki, o nömrəni bağlı saxlamayın, biriniz işlədin. Çox sağ olsunlar, elə qızlarından biri də o nömrəni işlədir. Bir dəfə cümə axşamlarının birində həmin nömrəyə zəng vurdum, qızı qaldırdı məni tanıdı. Mən də hal-əhval tutub Allahdan Məcnun müəllimə rəhmət dilədim. Deyəsən bu söhbətim Məcnun müəllimin qızını bir qədər toxdatdı.

Biz insanların üç böyük varlığa borcu var: Allaha, valideynə və bir də müəllimə! Məcnun Namazəliyev mənim mənəvi müəllimim olub. Elə yazı-pozunu da o mənə aşılayıb. Düşündüm ki, heç bir şey eləyə bilməsəm də bu balaca cızma-qara ilə müəllimimin heç olmasa böyük borclarımdam cüzi bir hissəsini qaytarım. Onsuz da nə Allahın, nə valideyinin, nə də müəllimin borcunu heç kim qaytara bilməz. Və o cümlədən mən də qaytara bilmərəm.

Sadəcə olaraq, bu yazını qələmə almaqla düşünürəm ki, Məcnun müəllimin doğmalarına, yaxınlarına və onu sevənlərə bu yazı bir təsəlli ola bilər. Və ən vacibi isə böyük insan, böyük ziyalı, böyük jurnalist Məcnun Namazəliyevin ruhu şad olsun! – deyirik. O ruhun Allah dərgahında şad olması, rahat olması elə bu dünyada onu sevənlərin dərdinin yüngülləşməsi və təsəlli tapmasıdır...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-10
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK