deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: REKLAM Adalet.az | Faiq QİSMƏTOĞLU: REKLAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: REKLAM

2990    |   2019-01-22 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyanın hər yerində reklamlar olur və bu gün də var. Çünki bir çox şirkətlərin və insanların çörək pulu elə bu reklamlardan çıxır. Ona görə də reklama heç kəs bir şey deyə bilməz və bu reklamlar da qanunla tənzimlənir. Təbii ki, buna da yenə heç bir kəs qulp qoya bilməz. Əgər hər hansı məhsulu və eləcə də hər hansı sənət adamını – məsələn, müğənnini, həkimi, tay nə bilim kimi reklam edirlərsə, buna da normal baxmaq olar.

Ancaq bizim məmləkətdə "Müsyö Jordan Dərvişi Məstəli Şah”dakı dərvişin dili ilə demiş olsaq, onun barıtını çox eləyirlər. Və barıt da çox olanda yenə görürsən ki, aləm dəydi bir-birinə. Heç vaxt brend məhsulun, istedadlı müğənninin, peşəkar həkimin və digər sahədə nüfuz qazanmış şəxsin reklama o qədər də ehtiyacı yoxdur.

Məsələn, mənim bir kordiloq-həkim dostum var. Adını və soyadını deyib reklam etmək istəmirəm. Heç onun reklama da ehtiyacı yoxdu ha. Hə vaxt o xəstəxanaya getsən, başqa kordioloqların qəbulunda uzaqbaşı bir-iki xəstə görərsən. Ancaq onun kabinetinin ağzında ən azından 20-30 pasiyent durur və həkim dostum da 20-30 xəstəni çox diqqətlə qəbul edir, müayinədən keçirir və müalicə yazır. Gözü-könlü tox olan dostumuzun heç xəstələrdən də bir o qədər umacağı olmur. Başqa həkimlər kimi 10-15 dərman yazıb resepti xəstəyə vermir. Ən yaxşı halda bir-iki dərman yazar və xəstə də çox asanlıqla gedib o ucuz dərmanı tapar.

Bu dəqiqə Azərbaycan televiziyalarında ən çox reklam və təbliğ olunan müğənnilər və həkimlərdi. Özü də bu müğənni və həkimlərin çoxu heç də digərlərindən fərqlənmir. Çünki nə onların elə istedadı var, nə peşəkarlığı, nə də təcrübəsi. Müğənni var ki, eyni gündə 4 özəl kanalda çıxış edir, gündəmdə qalır. Və bu reklam olunmaq da elə-belə özbaşına mümkün deyil. Onun üçün reklam olunan müğənni özəl kanala hər dəfə çıxışı üçün filan qədır pul ödəyir. Filan qədər pul ödəyir ki, "toy tutsun” və toydan qazandığı pulla özünə bir gün qazansın. Reklam olunan müğənnilərin çoxu "bozbaş” müğənnilər, yaxud da "palatka” müğənnilərdir. Gündəmdə qalmaq olar, amma hər gün efirdə reklam olunmaq o demək deyil ki, bu müğənni sevilən müğənnidir.

Məsələn, mən iki müğənni tanıyıram ki, onlar illərdir ki, efirdə görünmürlər. Hər ikisi istedadlı və canlı oxuyan ifaçılardı. Onun biri Xumar Qədimova, digəri isə Almaz Saraylıdır. Almaz Saraylını heç tanımıram da, həyatda da görməmişəm. Ancaq o müğənniyə mənim çox böyük "simpatiyam” var. İstedadlıdır, canlı oxuyur, efirdə geyiminə-keçiminə və səhnə mədəniyyətinə önəm verir. Babalı deyənlərin boynuna, onu tanıyanlar bildirir ki, Almaz Saraylının reklama ehtiyacı yoxdur. Çünki həddindən çox toyları olur və gəlib televiziyalara da pul xərcləmək istəmir. Elə bizim müğənnilərin də ən böyük dərdi toy dərdidir.Ətək-ətək pul xərcləyirlər ki, toy tutsunlar. Tutanlar da var, tutmanyanlar da. Allah işlərini avand eləsin!

Özəl kanalların birində aparıcılıq eləyən bir müğənni var. Ona da hörmətimiz kifayət qədərdi. Amma bir dəfə olsun belə canlı ifasını görməmişik. Bəlkə də hardasa oxuyub, biz bilmirik.

Bir dəfə müsiqiçilərdən biri deyir ki, hər gün reklam olunan müğənnini dedilər ki, toya gətir, yaxşı da pul verirdilər. Mən də o müğənnini götürüb apardım rayona toya. Rayon toyları da bilirsiniz də necə keçir. Səhər saat 10-dan başlayır, axşam saat 3-ə qədər davam eləyir. Apardığım müğənni birinci mahnını canlı ifa edib sonra fonoqrammaya keçdi. 2-3 saatdan sonra toy yiyəsi bunu bildi və az qaldı məni öldürsün. Dedi ay dəyyus, sənə bir ətək pul vermişik ki, gəlib burda müğənni qarışıq bizi dolayasınız? Durun, şələ-şülənizi yığışdırın, çıxın bu toyxanadan. Sənin gətirdiyin müğənni də başına dəysin, sən də. Biz də şələ-şüləmizi götürüb getdik. Deyilən pulun heç dörddə birini vermədilər. Tay ondan sonra bir də həmin müğənni ilə rayona toya getmədim.

Həkimlər də həddindən çox televiziya kanallarında reklam edilir. Və əhalinin də böyük bir hissəsi o reklama inanıb onların yanına gedirlər. Əvvəllər 3-4 xəstəsi olan həkimin reklamdan sonra yüzlərlə xəstəsi olur. Zarafat deyil, televiziyada o həkimi tez-tez reklam edirlər. Düzdür, bunların arasında layiqliləri də var. Heç kəs onlara şəbədə qoşa bilməz. Amma elələri də var ki, reklam olunur, tanınır, sonra camaat onun yanına qaçır. Bəzən də şəfa tapmaq istəyənlər gedib o həkimin yanında cəfa tapırlar. Xalq dilində demiş olsaq, "kabab iyinə gedənlər görürlər ki, eşşək dağlayırlar”.

Tanışlarımdan biri o reklam olunan həkimin yanında əməliyyat olunub. Əməliyyatdan öncə bütün qan analizləri verilib və onda heç bir hepatit çıxmayıb. Ancaq əməliyyatdan sonra həmin xəstəyə həkimin səhlənkarlığı üzündən hepatit keçib. İndə həmin xəstənin adamları da əməliyyatdan əvvəlki və sonrakı qan analizlərini saxlayır. Yazıq pasiyent də reklama həvəsiyib "məşhur” həkimin yanına getdi və axırda da hepatitə yoluxdu. İndi həmin pasiyent xəstəxanada hepatitdən müalicə olunur. Yazımızın əvvəlində qeyd etdik ki, keyfiyyətli ərzaq və sənaye məhsulunun, eləcə də peşəkar sənət adamlarının reklama ehtiyacı yoxdur. Təəssüf ki, bizim millət ya savadsızlıqdan, ya da öz hüquqlarını bilməməkdən bu cür reklamlara daha çox maraq göstərir. Nəticədə isə reklama aldanan insanların bu və ya digər dərəcədə başları ağrıyır. Yenidən həlli çətin olan problemlə üzləşirlər və uzun müddət də bu problemi dəf etməyə çalışırlar. İradəli, mübariz, savadlı insanlar bu çətinliklərə sinə gərməyi bacarırlar. Ancaq zəif və maddi durumu mürəkkəb olan adamlar isə süni yaradılmış problemin qurbanına çevrilirlər.

Hər halda, bu gün cəmiyyətin maariflənməsinə, savadlanmasına və ağı qaradan seçməsinə çox böyük ehtiyac var. Əhali arasında da bu ideyaları televiziyalar və KİV-lər aparmalıdır. Amma gəlin onunla razılaşaq ki, özəl televiziya kanalları milli maraqları, milli dəyərləri, milli mənafeləri öz maraqları naminə çox vaxt qurban verməli olurlar. Yaxşı, onları başa düşmək olar. Bəs onda çoxsaylı insanların kortəbii surətdə bu cür reklamlara uymasına nə ad vermək mümkündür. Sadəcə olaraq, bu məsələlərdə əhali daha diqqətli olmalı, hansısa reklama uymamalı və həmin insanaları tanıdıqdan sonra əlaqə yaratmalıdırlar.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK