ANA SƏHİFƏ / YAZARLAR

İLDIRIM

18201    |   2013-04-20 08:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Göy üzünü bulud almışdı. Belə buludlu havada çölə çıxmaq və harasa getmək adamdan çox şey tələb edirdi. Adətən tənbəl və ərincək insanlar bu cür havalarda bayıra çıxmaz, elə yataqdan tənbəl-tənbəl pəncərəyə tərəf boylanardı. Yataqdan da boylananda görərdi ki, birdən-birə şimşək çaxdı, göy guruldadı və bir leysan yağış yağdı ki, tut ucundan göyə çıx...

Yağışlı havada bəzən saatlarla odun sobasının qarşısında oturub əlindəki maşa ilə ocaqdakı közləri o tərəf, bu tərəfə qoyardı. Elə bilərdi ki, bu közləri o tərəf, bu tərəfə qoymaqla özü-özüylə şahmat oynayır. Amma o özü-özüylə şahmat oynamırdı. Beynindəki düşüncələri və fikirləri yumaq kimi açıb ipin ucunu tapmaq istəyirdi...

İldırım necə çaxdısa, qorxusundan sobaya bir az da yaxınlaşdı. Düşündü ki, birdən bu ildırım gəlib onun evinin üstünə düşsə, görəsən nolar?! Bir neçə dəqiqə keçmədi ki, göy bir də guruldadı, şimşək necə çaxdısa, sanki dünya dağıldı. İldırım onun qapısındakı iri tut ağacının düz ortasına düşdü. Şaqqıltıdan və gurultudan az qala onun qulağı tutulmuşdu. İki barmağı ilə nəsə olubmuş kimi, qulaqlarını tutdu. Elə bildi ki, ildırım ikinci dəfə gəlib onun evinin üstünə düşəcək. Ancaq ildırım artıq tut ağacını iki yerə bölmüş və sonra da onun kötüyünə qədər işləmişdi...

...Pəncərədən baxanda gözlərinə inanmadı. Babasının babası tərəfindən əkilmiş tut ağacını iki yerə bölündüyün görəndə, başına bir qazan qaynar su töküldü. Tər əvvəlcə alnından açıldı, bir dəqiqədən sonra bədəni cum-culuq su oldu. Heç ömründə bu qədər tərləməmişdi. Elə bil ki, yağışın altında qalmışdı və yağış da onu möhkəm islatmışdı. İldırım çaxandan sonra bir leysan yağış yağırdı ki, gəl görəsən!

Bu leysan yağış bir azdan selə də çevrilə bilərdi. Matı-qutu qurumuş halda pəncərədən iki yerə bölünmüş iri tut ağacına elə qəmli-qəmli baxırdı ki, sanki iki yerə bölünən tut ağaçı deyil, onun əsirlikdə olan oğlu Nazim idi. Çünki bu tut ağacı gözünü açan gündən onlara yavanlıq olub. Tut ağacının tutunu yeyiblər, ondan doşab bişiriblər və bütün qonum-qonşuya da bu doşabdan pay veriblər. Bu tut ağacı onların çörək ağacı hesab olunurdu. Yayın gəlməyini onlar çox böyük səbirsizliklə gözləyərdilər.

Çünki uşaqlar ağ tutdan doyunca yeyər, sonra da ağacın budaqlarını möhkəm-möhkəm çırpardılar. Ağacın budaqlarını çırpmamışdan əvvəl tut ağacının dibinə çadırı sərər, ağaca çıxar və budaqları sirkələyrdilər. Bu tut ağacında o qədər adamın gözü vardı ki, ona da yay gələndə tutdan pay düşəcək. Qonum-qonşu da yay gələndə bu tut ağacının yanına gələr, kölgəsində əyləşər, samovarı qaynadıb yaxşı çay dəmləyər və yay gecələrində ən yaxşı sərin yer sayılan tut ağacının altında bəzən səhərə qədər şirin söhbət eləyərdilər...

Həkimlər də deyirdilər ki, Səməd kişinin həyətindəki tut ağacının barının qaraciyərə çox xeyri var. Əgər səhər saat 5-6-da sübh tezdən kim yerindən qalxıb o ağ tutdan üstü şehli bir az yesə, bir aydan sonra qaraciyəri cavan oğlanın ciyəri kimi olacaq. Çünki bu tutda olan vitaminlər və şəfa heç bir mer-meyvədə, bitkidə yoxdu. Hələ onun doşabının dadı?! Aman Allah, kim o doşabdan səhər-səhər bir qaşıq içsəydi, nəfəs yolları açılardı və özünü əla hiss eləyərdi!..

Səməd kişi əlinin dizinə çırpıb dedi:

- Allah sənə lənət eləsin, ay mərdimazar! Zalım oğlu kar Eldar dünən bu tut ağacına elə baxdı ki, köpəkoğlunun gözü dəydi! 70 ildi bu tut ağacına bir şey olmur, kar Eldar ona dönə-dönə baxmağıyla ildırım ağacı bir göz qırpımında iki yerə böldü.

Səməd kişinin həyat yoldaşı Nübar arvad gözlərini qıyıb dilləndi:

- A kişi, Allahsız danışma, olacağa çarə yoxdu! Nə düşmüsən kar Eldarın üstünə. Məgər kar Eldar sənin qapına birinci dəfədir gəlir?! İndiyə kimi kar Eldar bizə bir yüz dəfə gəlib bir şey olmayıb, bu dəfə gəlməynən dünya dağıldı? Düzdü, onun gözündə nəsə var, amma hər şeyi onun üstünə yıxmaq da insafsızlıqdı...

Səməd kişi diqqətlə arvadını dinlədi. Səbrini basıb həmişəki kimi söymək istəmədi. Fikirləşdi ki, arvadı söyər, arvad da qalxıb ona çay verməz. Onsuz da oğul-uşağa etibar yoxdu; əlləri çörəyə çatandan sonra, hamısının başı qarışıb. Yenə qızlar bir az etibarlıdı. Bu oğlanlar ki, var, ikisi də arvadağız çıxıb. Bircə əsirlikdə olan oğlu Nazim ona sədaqətli idi. Ondan da 7 ildir ki, xəbər yoxdu. Elə hər dəfə Qırmızı Xaç Cəmiyyəti onlara bir məktub göndərirdi ki, oğlunız Yerəvandadır, sağ-salamatdı! Bu gün, sabah gətirəcəyik. Səməd kişi əsəblərini cilovlayıb sakitcə:

- Ay Nübar, mən heç kimin babalını yumaq istəmirəm. Vallah dünən kar Eldar tut ağacına elə baxdı ki, qəlbindən qara qanlar axdı. Dedi ki, bəxtəvər sizin başınıza, bu tut ağacı heç vaxt səni və uşaqları çətin vəziyyətdə qoymayıb. Tutundan yemisiniz, doşab bişirmisiniz, hələ oğlun Nazim də ondan yaxşı araq çəkirdi! Bu ağacdan biri də bizim qapımızda olsaydı, dünya dağılmazdı ki?! Bax buna görə, kar Eldarı qınayıram...

Nübar arvad:

- Səməd, Allah-Təala hərəyə bir cür ürək verib: kiminin ürəyi təmizdir, kiminin də ürəyi xain. Adam var ki, bir xeyir iş görürsən, ev tikirsən, yaxud da inək alırsan, gəlib görür, sevinmək əvəzinə, qapqara qaralır. Elə bil ki, onun çörəyini yeyib, pulunu əlindən almısan. Elə o pulla da dediyin şeyləri əldə eləmisən. Ona görə də çox adama fikir vermə. Allah-Təala hər insanı öz əməlinə görə qiymətləndirir. Axı sən "Qurani-Kərim"i oxumusan?!

Səməd kişi:

- Allaha qurban olum, heç vaxt mənim kiminsə varında, dövlətində, evində-eşiyində gözüm olmayıb. Allah-Təala nə veribsə, ona şükür eləmişəm! Uşaqlarımı böyütmüşəm, oxutmuşam, əllərini çörəyə çatdırmışam. Buna görə ulu Yaradana duaçıyam! Bircə ürəyim Nazimdən bərk nigarandı. O da qayıdıb gəlsə, ölsəm dərdim yoxdu. Bir də ay arvad, mənim heç vaxt onun-bunun var-dövlətində tamahım olmayıb. "Qurani-Kərim"də də buyrulub ki, yerin də, göyün də sahibi Allahdır. Allah hər şeyi görür və bilir.

Nübar arvad:

- Ona görə deyrəm dana! Heç vaxt qəlbini qaraltma və kar Eldarın dalıncan da danışma. Düzdü, bu tut ağacı çox bərəkətli və faydalı bir ağac idi. Kölgəsində baban oturmuşdu. Bəlkə o biri baban da onun kölgəsində əyləşmişdi. Biz də düz 50 ildir bu tut ağacının kölgəsində oturub yay gecələrində samovar çayı içir, onun tutunu yeyir, doşabını istifadə eləyirik. İndi tay neyləmək olar?! Allahın işidir. Birdən o ildırım gəlib evə düşsəydi və biz də orda ölsəydik, onda nolardı?! Bax bunun barəsində düşünmək lazımdı...

Deyəsən, Nübar arvadın axırıncı sözü Səməd kişini bərk tutdu. "Əgər ildırım evə düşsəydi və biz də orda ölsəydik onda nolardı?!" Beləcə, Səməd kişi dərindən ah çəkdi və yenə Allahına şükür elədi! Allahına şükür elədi ki, balam, arvad olanda nolar, kişinin qızı düz söz deyir dana! Birdən olmazdı elə, olardı belə: ildırım gəlib düşərdi mənim evimin üstünə, bununla da hər şey bitərdi...

...Səhər namazının vaxtı keçmişdi. Səməd kişi namaza gecikdiyinə görə bir az özünü qınadı, bir az da 70 yaşlı Nübar arvadı. Amma səhər namazına Səməd kişinin gecikməyi Nübar arvadlıq deyildi. İçəri keçib əllərini biləklərinə qədər yudu, sonra da üz-gözünə su vurdu. Dəstənamaz alıb, namaz qılmağa başladı. Hər namazda Allaha dua eləyərdi ki, tezliklə oğlu Nazim qayıdıb gəlsin və ondan sonra Allah özü bilər, nə eləyir! Ömür verə də bilər, verməyə də. Bu Allahın işidi. Bu dəfə də namaz qılanda Allaha dua elədi, hətta gözlərindən yaş da axdı. Çünki ildırımın onların həyətinə düşməsi və tut ağacını iki yerə bölməsi onu bərk qorxuzmuşdu. Buna baxmayaraq, onun Allaha çox böyük məhəbbəti və sevgisi vardı. Heç vaxt haram tikə yeməzdi. Oğlu Nazimə araq çəkməyi də qadağan eləmişdi. Demişdi ki, əgər mən oruc tutub, namaz qılıramsa, bu evdə heç vaxt araq çəkilə və içilə bilməz. Əgər bizim tutdan kimsə araq çəkmək istəyirsə, gedib başqa yerdə işini görə bilər.

Səhər namazını qılıb arvadı səslədi:

- Ay Nübar, samovara köz sal, gəlib özüm qaynadajam. Bu günə də şükür! Elə özümüz sağ-salamatıq, səhərimiz xeyirə açılıb, tay neyləmək olar. Şükür İlahinin məsləhətinə!..

Nübar arvad samovara od saldı və samovar cızıldamağa başladı. Samovar cızıldayanda Səməd kişi özü samovara yaxınlaşdı və növbəti közləri samovara atdı. Yarım saatdan sonra samovardakı su qaynadı və Nübar arvad qəşəng, bir çay dəmlədi. Onsuz da onlar hər səhər, günorta və axşam samovar çayı içirdilər. Amma budəfəki samovar çayının dadı tatamilə başqa cürüydü. Çünki çayı dəmləyəndə Nübar arvad çaynikin içərisinə kəklikotu, qantəpər, çobanyastığı və digər otlardan, çiçəklərdən atmışdı. Onlar heç vaxtı zavod istehsalı olan çayı almazdılar və ömürləri boyu təbii otlardan və güllərdən, çiçəklərdən çay dəmləyib içərdilər. Bu çay da o qədər dadlı olardı ki, onu içməklə doymaq olmurdu...

...Çay dəm alandan sonra Nübar arvad armudu istəkana çaynikdən çay süzdü və gətirib Səməd kişinin qarşısına qoydu. Səməd kişi çaydan bir neçə qurtum içib dedi:

- Ay Nübar, bugünkü çayın içinə nə atmısan ki, belə dadlıdır?!

Nübar arvad:

- Həmişə nə atıramsa, elə indi də onu atmışam. Bircə otlara qantəpəri əlavə eləmişəm. Yəqin onun ətridir ki, səni belə bihuş eləyib!..

Səməd kişi:

- Budəfəki çayın dadı o birilərinkindən fərqlidir. Nə rəhgindən doymaq olur, nə də ətrindən. Bu xoruzquyruğu deyil ey, qeyri-adi bir çaydır. Mən bu çayı yüz xoruzquyruğu çaya dəyişmərəm.

Səməd kişi bir neçə armudu stəkan da çay içdi. Özünü quş kimi hiss elədi. İstədi dəryazı əlinə götürüb həyətdəki yoncalığa girsin və orda ot çalsın. Ancaq fikrindən daşındı. Çünki bir neçə gün bundan əvvəl yoncanı biçəndə bir gürzəyə rast gəlmişdi. Bəxtindən də gürzə onun ayağının altında deyil, dəryazın ağzına ilişmişdi. Otu çalanda dəryazı necə möhkəm vurmuşdusa, gürzəni iki yerə bölmüşdü. Sonra da çərəntini götürüb iki yerə bölünmüş gürzənin başını əzmişdi. Səməd kişi ot çalanda çox belə şeylər görmüşdü. Həmişə də ot çalmağa getməmişdən əvvəl uzunboğaz "sapoğu" geyər və ot çalmağa başlayardı. Çünki bu "sapoğ"un altında ilan qalsa da Səməd kişiyə bir şey eləyə bilməzdi. Uzaqbaşı "sapoğ"un altını, ya da böyrünün dişləmək istəyər və ona da dişi batmazdı...

Səməd kişi bikef halda həyətdəki ikiyə bölünmüş tut ağacının yanında əyləşmişdi. Daha doğrusu, tut ağacının qırılmış iri budağının üstündə oturmuşdu. Fkirləşirdi ki, bu ağacın yerinə başqa bir tut ağacı gətirib əksin. Səməd kişi o tut ağacını gətirib həmin yerdə əksəydi, daha dərdi olmazdı. Düz, 10-15 gün kənddə yaxşı tut ağacı axtardı, amma heç birindən xoşu gəlmirdi. Sonra qonşu kəndlərdən soraqlayıb bir adam tapdı və öyrəndi ki, onun həyətində yaxşı körpə ağ tut ağacı var. Elə həmin kəndə getdi, o ağ tut ağacını da evin sahibindən alıb gətirdi.

İri tut ağacının yerin dərin qatına işləmiş kökünü bellə qazıb çıxardı. Onun yerinə körpə tut ağacını əkdi. Bir vedrə suyu ağacın dibinə tökdü. Cibindən papiros qutusunu çıxarıb arasından bir papiros götürdü. Papirosu yandırıb bir neçə qullab vurdu...

Qonşu uşaqları sevinə-sevinə Səməd kişigilin həyətinə doluşdu:

- Ay Səməd baba, ay Nübar nənə, xəbəriniz var, Nazimi xarici maşında gətirirlər!..

Səməd kişi qulaqlarına inanmadı. Bir istədi ki, dişinin dibindən çıxanı bu uşaqlara desin. Ancaq başını qaldırıb baxanda, gördü ki, Qırmızı Xaç Cəmiyyətinin maşınları onların həyətinə girdi. Maşından əvvəlcə iki qadın və iki zabit yerə düşdü. Pəncərədən oğlu Nazim atasına və anasına baxırdı. Qırmızı Xaçın nümayəndəsi Səməd kişiyə dedi:

- Ay Səməd dayı, gözün aydın, bu da sənin oğlun Nazim! Yeddi ildir sənə söz verirdik, ancaq gətirə bilmirdik?!

Səməd kişinin və arvadı Nübarın sevincindən dilləri tutulmuşdu, gözlərinə inanmırdılar. İnanmırdılar ki, maşındakı onların oğlu Nazimdir. Nazim maşından düşüb atasını və anasını möhkəm-möhkəm qucaqladı. Hər üçü bir-birinə sarmaşmışdı... Hər üçü ağlayırdı... Hər üçünün sevincindən ürkləri yerindən çıxmaq istəyirdi...

Səməd kişi qonaqların ayağının altında nə vaxtandır saxladığı qara quzunu qurban kəsdi. Demişdi ki, oğlum nə vaxt qayıdıb gəlsə, ayağının altında qara quzu kəsəjəm! Həmişə də Səməd kişinin tövləsində qara qoyunlar və quzular olardı. Sevincindən yenə gözləri yaşardı. Əlini yuxarı qaldırıb Allaha dua elədi: İlahi, şükür bu günə! Oğlum qayıdıb gəldi. İlahi, bütün kimsəsizləri, həsrətdə və qəriblikdə olanları bir-birinə qovuşdur...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK