nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Eynşteyn oğluna məktubda hansı sirləri açdı? Adalet.az | Eynşteyn oğluna məktubda hansı sirləri açdı? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Eynşteyn oğluna məktubda hansı sirləri açdı?

14950    |   2019-01-10 18:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-da yayımlanan "Böyük amerikalıların uşaqlarına məktubları” adlı kitabda Eynşteyn tərəfindən oğluna yazılmış məktub diqqətimi çəkdi. O, bu məktubda öyrənməyin sirrini açıqlayır. Eynşteyn 11 yaşlı oğlu Hans Albertə "Ləzzət alaraq bir şey edirsənsə və zamanın necə keçdiyini anlamırsansa, bu öyrənməyin ən yaxşı yoludur” deyərək öz formulunu açıqlayır.

O, işlədiyi müddət ərzində zamanın necə keçdiyini anlamadığını və bəzən yemək yeməyi unutduğunu deyir. Elm adamı, piyanoçu və dülgərliyin 11 yaşlı oğlu Hans Albertə hətta məktəbdən belə uyğun olduğunu deyir. Albert Eynşteyni hamı dahi olaraq qəbul edir. İndiyə kimi yaşamış ən məşhur elm adamı olmaqla bərabər teorik fizik, filosof və yazar idi Eynşteyn. Elmə bir çox tövhəsi olmuş Eynşteynin uğur reseptini bilmək istəyirsinizsə, yazını diqqətlə oxuyun.

1. Maraqlarınızın ardınca gedin.

O deyir ki, mənim xüsusi bir bacarığım yoxdur, sadəcə maraqlandığım şeylər var və mən buna böyük həvəslə can atıram. Sizin marağınızı çəkən nədir? Ən çox nəyi bilmək istəyirsiniz? Mənim bilmək istədiyim bəzi insanların niyə bacarıqlı, müvəffəqiyyət qazanan biri olmaqlarıdır. Buna görə də illərlə uğur qazanmaq üçün çalışdım. Əgər maraqlanırınızın arxasında getsəniz, uğur qazanacaqsınız.

2. Əzmkarlığın dəyəri ölçülməzdir.

Eynşteyn "Çox ağıllı olduğuma görə yox, problemlərlə vuruşmaqdan bezmədiyim üçün uğur qazanıram” deyir. Bəlli bir yola çıxmısınızsa, bu yolun sonuna kimi gedəcəyinizə əminsinizmi? Baxın, poçtla göndərdiyiniz pulların məktuba yapışıb qalmağı onun ünvana qədər gedib çatmağından ötrü vacibdir. O pul kimi olun və başladığınız işi bitirin.

3. Bütün diqqətinizi bugünə yönəldin.

"Gözəl bir qızı öpəndə doğru-düzgün maşın sürən biri, öpüşə layiq olduğu diqqəti ver bilmir” deyir Eynşteyn. İki atı eyni anda sürə bilməzsiniz. Nəyisə edə bilərsiniz, amma hər şeyi edə bilməzsiniz. Bugünə diqqətinizi yönəldin və bütün enerjinizi indi gördüyünüz işə verin.

4. Xəyallarınız sizə güc verir.

Eynşteyn deyir ki, "Təxəyyül hər şeydir. Sizi gözləyən gözəlliklərin fraqmanı kimidir. Xəyal gücünüz bilgidən daha vacibdir”. O, gələcəyinizi bəlli edər. Zəkanın həqiqi göstəricisi xəyal gücüdür, bilgi yox. Buna görə də imkan verməyin ki, xəyal gücünüz ölsün.

5. Səhv edin.

"Heç bir səhv etməyən insan yeni nəyəsə cəhd etməyib” deyir Eynşteyn. Səhv etməkdən qorxmayın. Əgər necə oxuyacağınızı bilirsinizsə, səhvlər sizi yaxşı bir yerə gətirə bilər. Uğurlu olmaq istəyirsinizsə, üç qat daha çox səhv edin.


6. Anı yaşayın.

"Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir də” deyir Eynşteyn.

Gələcəyi təmin etməyin tək yolu bacardığınız qədər diqqətinizi, var-gücünüzü indiyə yönəltməyinizdir. İndiki zamanda dünəni, ya da sabahı dəyişə bilməzsiniz. Önəmli olan tək bir şey var, o da bugündür.

7. Dəyər yaradın.

Eynşteynə görə, uğurlu olmağa yox, dəyərli olmağa çalışmaq lazımdır.

Vaxtınızı uğurlu olmaq üçün xərcləməyin, dəyərlər yaradın. Əgər dəyərli olsanız, uğur öz-özünə gəlib sizi tapacaq.

8. Fərqli nəticələr gözləməyin.

Dəlilik, eyni şeyləri edib fərqli nəticələr gözləməkdir. Bunu da Eynşteyn deyir. Hər gün eyni ritmdə yaşayaraq fərqli görünməyi necə düşünə bilərsiniz? Həyatınızın dəyişməyini istəyirsinizsə özünüzü dəyişməlisiniz.

9. Bilgi təcrübələrdən doğulur.

Bilgi məlumat deyil. Bilməyin yol təcrübədən keçir. Bir mövzu ətrafında mübahisə edə bilərsiniz, amma bu sizə sadəcə fəlsəfi bir anlayış qazandırar. Bir mövzunu bilmək istəyirsinizsə, onu təcrübədən keçirin.

10. Qaydaları öyrənin və daha yaxşı oynayın. Eynşteyn deyir ki, oyunun qaydalarını öyrənməlisiniz, başqa yolu yoxdur. Beləcə hamıdan daha yaxşı oynaya bilərsiniz. Etməli olduğunuz iki vacib şey var. Birincisi oynadığınız oyunun qaydalarını öyrənmək, ikincisi isə hamıdan yaxşı oynamağı istəmək. Bu iki qaydaya əməl etsəniz, uğur daima sizinlə olacaq.

Dilimizə çevirən Eminquey


İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı

Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

Niyə məhz “Koronavirus”, niyə məhz Çin? - Araşdırma

Saatı qabağa çəkmək ölümlə nəticələnə bilər

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK