nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı - FOTO Adalet.az | Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı - FOTO

7515    |   2018-10-31 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hindistanın Baş naziri Narendra Modi dünyada ən hündür heykəlin - Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin (1875-1950) abidəsinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq "Birlik abidəsi" adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür. Abidənin müəllifi tanınmış hindistanlı heykəltəraş Ram Vanci Sutardır.

Heykəlin tikintisi 33 ay çəkib. Patelin fiqurunun içində iki sürətli lift quraşdırılıb. 150 m yüksəklikdə isə eyni vaxtda 200 turist qəbul etmək olur. Abidənin ayaq hissəsində siyasətçiyə həsr olunmuş muzey yaradılıb.

Abidənin inşası üçün ümumilikdə 210 min kubmetr beton, 18,5 min ton metal konstruksiya, o cümlədən 6,5 min ton polad armaturdan istifadə olunub. Heykəl sürəti 180 km/s-dək olan qasırğalı küləyə və 6,5 maqnitudalı zəlzələyə davamlıdır.




İmza:
SON XƏBƏRLƏR
2020-02-23
2020-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK