ANA SƏHİFƏ / YAZARLAR

Yalanı da elə danışın ki, inandırıcı olsun

2308    |   2018-10-28 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanlar bəzən adamın gözünün içinə baxa-baxa yalanı elə deyirlər ki, üzünə deməsən də içində "ay axmaq, yalanı da danışanda elə danış ki, üz-gözünə bulaşmasın da” deyirsən. Yalan danışmaq yaxşı bir şey olmsa da o da bir istedaddır. Güclü zəka tələb edir. Yadımda qalan üç qısa əhvalatı beynimin künc-bucağından eşələyib çıxartdım. Amma bunları oxuyub yalan danışmaq eşqinə düşməyin, inciyərəm.

Eynşteyn konfranslara həmişə sürücüsü ilə gedərmiş. Sürücüsü onun danışdıqlarını hərbəhərf əzbər bilirmiş. Sualları da, ona verdiyi cavabları da. Bir gün yenə bir konfransa gedərkən sürücüsü Eynşteynə deyir:

- Xeyli vaxtdır, konfranslarınızda arxa sıralarda oturub sizi dinləyirəm. Hardasa deyəcəyiniz şeyləri nöqtəsinə kimi əzbər bilirəm.

Eynşteyn ona gülümsəyərək bir təklif edir:

- Yaxşı, indi gedəcəyimiz yerdə məni heç kim tanımır. Gəl, bugün geyimlərimizi dəyişək və mənim yerimə sən danış. Mən də arxa sırada oturub səni dinləyim.

Belə də olur. Sürücü həqiqətən də şəhanə bir çıxış edir və bütün suallara doğru cavab verir. Elə yerinə oturmaq istəyirmiş ki, mərdiməzar bir professor o günə qədər konfransda fizikadan heç vaxt verilməyən bir sual verir. Sürücü özünü itirmədən "belə bir bəsit sualı verməyiniz çox gülüncdür, indi arxa sırada oturan sürücümü çağıracam, bu sualın cavabını hətta o da verəcək” deyə Eynşteynə işarə edir.

Təbii ki, Eynşteyn gəlir və suala gözəl bir şəkildə cavab verir. Professorun da, orada olan hamının da ağzı açıq qalır.

***

Bir gün padşah dəllalların hamısını yanına çağırır və deyir:

- Mənə yalan danışa bilənə bir küp dolusu qızıl verəcəm.

Bu elanı bütün xalqa eşitdirmək əmrini verir. Əlbəttə ki, yalan yaxşı bir şey deyil, amma padşah bununla insanların zəkasını yoxlayırmış. Yarışma vaxtı yetişir və padşah yarışmaçıları bir-bir hüzuruna çağırır. Biri özündən əmin şəkildə yalanını söyləyir.

-Bir quş şiri qapıb yuvasına götürdü.

Padşah:

- Bunun nəyi yalandır ki? Quş qartaldır, şir də quzu boyda bir bala. Qapıb götürər də.

İkinci gəlir:

- Qonşu ölkədə bir eşşəyi kral seçdilər.

Padşah:

- Ölkənin kralı pəncərədən baxanda tacı başından tərslikdən gəlib aşağıdakı eşşəyin başına düşüb. Tac kimin başındadırsa kral da o olur da.

Üçüncü gəlir:

- Göy üzünə bir ox atmışam, 6 aydan sonra geri qayıtdı.

Padşah:

- Atdığın ox bir ağacın üstünə düşüb. Ağac payızda yarpaqlarını tökür və ox yerə düşüb.

Beləcə padşah hər yalana bir doğru cavab tapıb hamını dilxor edib. Am.ma sonuncu yarışmaçıdan başqa.

Sonuncu:

- Padşahım, siz mənim atamdan bir küp qızıl borc almısınız. İndi onu sizdən almağa gəlmişəm. Əgər bu yalandırsa mükafatımı verin, yox əgər yalan deyilsə, borcumu qaytarın.

***

Padşah bir köləsiylə gəmiyə minir. Təbii ki, gəmidə başqa adamlar da var idi. Kölə isə heç vaxt dəniz görməmişdi deyə qorxusundan ağlamağa, titrəməyə başlayır. Onu sakitləşdirmək istəsələr də alınmır. Padşahın kefi pozulur. Adamlardan biri ortaya çıxır və padşaha köləni necə sakitləşdirə biləcəyini deyir. Padşah razılaşır.

Yaşlı kişi əmr edir ki, köləni dənizə atsınlar. Kölə bir neçə dəfə suya batır, çıxır və onun saçından tutub gəmiyə dartırlar. Kölə gəmiyə çıxır və bir küncə çəkilib kirmişcə oturur. Padşah bu işə xeyli təəccüblənir və bu işin sirrini yaşlı kişidən soruşur. Kişi cavab verir:

- Kölə heç suda boğulmağı dadmamışdı və gəmidə sağ-salamat olmağın nə olduğunu bilmirdi.

***

Keçmişdə bir filosof həmişə həqiqətləri dediyi üçün kralın əsəbiləşməyinə səbəb olurdu. Axır bir gün kral filosofun ölümünə fərman verir. Ölməmişdən qabaq filosofun ağlı ilə məzələnmək üçün deyir:

- Ölməmişdən qabaq son dəfə bir cümlə deməyinə icazə verəcəm. Dediyin bu cümlə doğru çıxsa, başın kəsiləcək. Yalan çıxsa asılacaqsan. Filosof o dəqiqə bir cümlə deyir və hər iki yolla ölümdən canını qurtarır.

- Məni asıb öldürəcəksiniz.

İndi onu asmağa aparsalar, filosofun dediyi doğru çıxacaqdı. Əgər onun başını kəsməyə aparsaydılar, onda da dediyi yalan çıxacaqdı. Beləcə onu nə asa bildilər, nə də başını kəsə.





İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK