deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİZİ DEYİRLƏR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: BİZİ DEYİRLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: BİZİ DEYİRLƏR

Daha doğrusu, səni və məni - amma niyə?..

6076    |   2018-10-19 15:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, yazının başlığını oxuyanda son günlərin populyar mahnısı yadınıza düşəcək və hətta bəziləriniz zümzümə də edəcəksiniz. Mən bunu təbii sayıram. Və hətta hardasa sevinirəm də ki, siz yazını xoş əhval-ruhiyyə ilə oxumağa başlayacaqsınız. Axı, mənim əksər yazılarımda nostalji hisslər, kədərli notlar artıq bir çoxunuzu bezdirib. Hətta bununla bağlı ərkli oxucularımın, dostlarımın iradlarını da eşitmişəm. Amma neyləyim ki, böyük söz adamının - Çingiz Aytmatovun təbirincə desək və unudulmaz Yusif Səmədoğlunu xatırlasaq, onda hər ikisinin müxtəlif formada ifadə etdiyi bir məntiqi dilə gətirməli olacam:

- DƏRD GƏLƏNDƏ BATMANLA GƏLİR...

Hə, söz-sözü çəkir deyirlər. Elə musiqi də özündə sözü yaşatdığına, çatdırdığına görə, hardasa o da çevrilib söz olur səsin hesabına. Və bu da gətirib musiqinin də bir-birinin davamı olmasına çıxarır. Yəni söz sözü çəkdiyi kimi, musiqi də musiqini çəkir... Bax, bu anlamda mən səndən, məndən deyilən o musiqinin avazı altında bir az gəzişmə etdim. Otaqda var-gəl yox, sözün meydanında, sözün sətirləri, misraları arasında. Və gördüm ki, kimsə mənə pıçıldayır:

- Nahaq yaxanı kənara çəkirsən. Sizdən də deyirlər, elə səndən də, ondan da...

Qəribə gəldi mənə bu pıçıltı. Gəzişməni dayandırıb düşünməyə başladım. Düşündüyüm anda da təbii ki, mövzunun əlifbası Sən idin. Ona görə də Səni gətirdim gözlərimin önünə. Və bax, həmin o an bizdən deyilənlər döydü qapımı. Bildim ki, gələn onlardı. Öncə qapını açmaq istəmədim. Sonra pəncərədən daxil oldular. Və onların səsi açıq-aşkar doldu otağıma. Bu səslərin içərisində ən guru "SEVGİ" sözünü birnəfəsə dilqəfəsə qoymadan bağıran idi. O, hamını üstələmişdi...

Doğrusunu deyim ki, xoşuma gəldi onun sevgi deməyi. Çünki içimdə olanı deyirdi, ürəyimdə gəzdirdiyimi səsləndirirdi. Axı bu dünyaya məni bağlayan məhz həmin o sözdü. Həmin o sözün sənə aid olmasıdı. Sən məni nə qədər görməsən də, məndən uzaq dayansan da hamı səni görür. Səni gördüyü yerdə məni də görür. Deməli, deyilənlər doğrudur... Deməli, "səni deyirlər, məni deyirlər" burda yerinə düşür, burda gerçəkliyə çevrilir. Və mən də yaddaş səhifəsinə üz tutub sənin məni necə gördüyünü onlara demək istəyirəm.


Mənə tərəf baxırsan

Ancaq kədər görürsən...

Bu kədəri sən ancaq -

Mənim qədər görürsən!..


Dəyişib göz vərini

Çəkirsən gözlərini...

Susursan, sözlərini -

Mənə hədər görürsən...


Çox istədim sevilim

Səndə sənə çevrilim...

Təsadüf, ya de, bilim -

Məni qədər görürsən?


***

Həyatın bütün məqamları hər kəs üçün bir bucaq altında görünür. Necə deyərlər, onu mənalı görən, onu özünə yaxın buraxan, hətta özününküləşdirən Allah bəndələri də var, onu öz istəklərilə mənalandırırlar, öz istəklərinə uyğunlaşdırırlar.

Bilmirəm, ya bədbəxtlikdi, ya xoşbəxtlikdi, amma hər nədisə, mən hər şeyi necə var elə görməyə adət etmişəm... Və necə görmüşəmsə də ona qollarımı o cür açmışam... ona qapımı o cür tanıtmışam... Və elə bu yolla da gedirəm.

Ona görə də ayağıma dəyən daş da məni özümə qaytarır. Və mən israrlı olaraq bu yolu gedəcəyimə də içimdə inanıram. Daş da öz işini görür. Amma "hər atılan daşın" dalınca yüyürməzlər də deyiblər aqillər. Deməli, mənə toxunan, dəyən və yaxud ayağıma ilişən daşların sayının tutduğum mövqedə, dayandığım yerdə heç bir kəsəri, gücü yoxdur. Bir az da kobud ifadə eləsəm, bu, "çaxçaxın baş ağrıtması" kimi bir şeydi. Nə isə...

Hə, əvvəldə vurğuladığım kimi, otağıma dolan o səslər hardasa sənin, mənim, tində-bucaqda, pıçapıçlarda, mənalı baxışlarda hiss etdiklərimizdi, duyduqlarımızdı. Ona görə də mən o səsləri otaqdan çıxarmağa, qovmağa cəhd etmirəm. Bir də ki, od olmayan yerdən tüstü çıxmaz ki. Deməli, nəsə var ki, bu səslər də yaranıb də. O "nəsə" elə mənim sənə yazdıqlarımın, sənə ünvanladıqlarımın əks-sədası da ola bilər. Axı mən bütün yazılarımın sənə aid olduğunu, daha doğrusu, sənin söylədiklərindən ibarət olduğunu özünə də demişəm, yazılarımda da yazmışam. Bax, bu mənada deyilənlərə hardasa haqq qazandırmağın özü də etiraf olur. Gəl, bu etirafı birlikdə edək. Çünki:


Əlim

əlinin içində

qocalsın...

adım -

dilinin ucunda...

gözüm

gözünün içində

açılsın...

dadım dilinin ucunda

yaşadığımı.

Telim

telinin içində

ağarsın...

sözüm

sözünün içində

göyərsin...

əlin,

dilin,

telin

xəbər aparsın

ürəyin eşitsin,

öyrənsin

ruhumu yaşatdığını

dizinin ucunda...


Bax, bu misraların nə demək olduğunu, kimdən danışdığını, kimi dediyini mən necə gizlədim? El gözündən də heç nəyi gizlətmək olmur. Görür, duyur və deyir, o populyar nəğmədə deyildiyi kimi: səni və məni...

***

Payızın saralan yarpaqları mənə hardasa qürubu da xatırladır. Batan günəşin qürubundan söhbət getmir. Burda söhbət ömrün üzü qışa doğru sürüşməsindən gedir. Özü də torpaq sürüşməsi kimi yox, uzun, sal daşların sürüşməsi kimi. Adətən bu sürüşmələr tək-tək, necə deyərlər, nadir hallarda təsadüf edilən sürüşmələrdi.

Bəlkə də müqayisə yerinə düşmür və yaxud da uğursuzdu. Ona görə bu fikrə gəlirəm ki, özümü qayaya, daşa, salbuza bənzətməyim bəzi oxucularıma yekəxanalıq kimi görünə bilər... özündən razılıq, müştəbehlik kimi təsir bağışlayar. Amma inanın ki, heç belə bir fikrim yoxdur və olmayıb da. Sadəcə olaraq, indi ölkə paytaxtının müəyyən qütblərindəki sürüşmələr, çökmələr yadıma saldı o fikri. Və mən də təkrar-təkrar vurğuladığım kimi sözün sözü çəkdiyinə bel bağlayıb həmin sürüşmə məsələsinə toxundum. Və düşünürəm ki, "sürüşmə" ifadəsində haqlıyam. Ən azından ona görə ki, ömrün sürüşməsinin qarşısını kəsmək və yaxud da geri qaytarmaq mümkün deyil. Yaydan çıxan oxu bəlkə də ikinci bir yayla vurub yerə salmaq olur. Amma deyilən sözü, dildən qopan ifadəni geri qaytarmaq mümkün deyil. Bax, ömrün sürüşməsi də belədir. Ona görə də bu sürüşən ömrün şirin məqamlarını dəyərləndirmək, ona məna vermək, onunla xəyal qurmaq və hətta yatıb yuxu görmək özü də bir gözəllikdir. Düşünürəm ki, "Qollarımın yuxusu" bu dediyimə sübut ola bilər. Axı o yuxunu sən görmüsən... o yuxunu mən yozmuşam...


Qollarımın üstündə

Yuxun şirin oldumu?!

Bu şirinlik yuxuna -

Gələn sirrin oldumu?!


Duydunmu ürəyimi

Ürəyinə köçdüyün...

Qollarımın üstüylə -

Yar sərhəddin keçdiyin?!


Yuxu da gördünmü sən

Qollarımın üstündə?!

Qolumda görünmüsən -

Dedim, bundan küsdün də!..


Mən xəyal etdiyimi

Sən dəliliyə yozdun...

Qollarımın yuxusun -

Nahaq yarımçıq pozdun...


Hər gün öz-özümə söz verirəm ki, duyğularımı, düşüncələrimi, yaşantılarımı kağıza köçürməyəcəm, sözə çevirməyəcəm. Bacarsam içimdə yaşadacam, bacarmasam unutmağa çalışacam. Amma neyləyim ki, hər gecə əllərimi başımın altında, gözlərimi tavanda bir-birilə təmasda qoyub gəldiyim qərarı dan yeri sökülməmiş unuduram. Yenə kağıza, qələmə üz tuturam... yenə hər şeyi vərəqlərə köçürürəm...

Doğrudur, bu bir yazı adamı kimi mənim haqqımdı. Amma mən sənin söylədiklərini, sənin ipucu verdiklərini, sənin tərənnümünü və nəhayət, sənin yaşatdıqlarını yazdığıma görə, hardasa günah da çəkirəm. Çünki səndən izin almıram. Deməli, bu hardasa sənin haqqına girmək, sənin olanı səndən xəbərsiz mənimsəmək deməkdir. Yaxşı ki, bunu hüquq-mühafizə orqanları bilmirlər. Yoxsa ki, günümü göy əskiyə bükərlər...

Yaxşı ki, sən də bütün bunlara görə məni məhkəməyə vermirsən. Amma əvəzində daha sərt qərarlar qəbul edirsən. Bu da mənə qarşı olan laqeydlikdə ifadə olunur. Soyuqluğunu bir az da artırırsan, biganəliyini bir az da çoxaldırsan, mən də bütün bunları, yəni baş verənlərin özlərini də misralayıram, sözə çevirirəm, yazılarıma gətirirəm. Yazıları da ki, oxuyanlar oxuyur və bəzən də oxuyanlar oxumayanlara da deyirlər. Onda yenə söhbətin mövzusu biz oluruq... onda yenə səni deyirlər, məni deyirlər...

Yəqin ki, yazının bu nöqtəsinə qədər günahkarın kim olduğunu, niyə bizi dediklərinin səbəbini az-çox təxmin etdiniz. Bunun üçün hər birinizə minnətdaram. Amma bilin ki:


Sönür içimdəki şam

Qaranlığa çökürəm...

Günahları bu axşam -

Dizim üstə tökürəm...


Çeşidləmək istəyim

Bircə anda daş olur...

Günahların üstünə -

Kirpik damır, yaş olur...


Acıların dadını

Dil-damağım hiss edir...

Nəmdi deyə günahlar -

Ürək yaman his edir...


Bəli, bütün hallarda, bütün yerlərdə və məqamlarda gerçək gerçək olaraq qalır. Onu nə qədər gizlətməyə çalışsan da, gün işığı kimi bir yerdən vurub çıxır ortaya. Ona görə də bizim daldalanmağa, gizlənməyə, özümüzü və duyğularımızı pərdələməyə və gizlətməyə cəhdlərimiz küləklə döyüşmək kimi bir şeydi. Buna biz nahaq cəhd edirik. Görünən onsuz da görünür!.. Və bizim bəlkə də görünən o duyğularımız bizim sevgimizin göy üzündən gəldiyinə bir işarədir. Yəni dünyanın o biri üzündən Tanrı mələklərinin yanından qopub gələn sevgidi bu - özümüzə, bir-birimizə, doğmalarımıza və nəhayət, dünyanın bu üzünə!..

Elə yazımı da dünyanın bu üzüylə bağla misraladığım fikirlərlə, daha doğrusu, həmişəki kimi yenə sənə yazdığım, sənə aid olan şeirlə bitirmək istəyirəm. Mən yazmışam ki:


Dərə çəkən dumanam

Ümid sızan gümanam...

Çətin qallam, yubanam -

Dünyanın bu üzündə...


Haqqa açıq əlimlə

Ürək adlı dəlimlə...

Çökdüm "gedim gəlimlə" -

Dünyanın bu üzündə...


Gün günü qatarlayıb

Gör neçə qat tarlayıb...

Həsrətim cadarlayıb -

Qalmayıb su üzündə!..


Ruhum əlləşir göylə

Dinlə məni bir öynə...

Şeirimi suya söylə -

Həm də ki, yu, üzündə...


Hə, indi özün fikirləş, kimdən deyirlər, daha dəqiq kimi deyirlər - Səni və Məni! Yəni bizi! Ona görə də bizi deyənlərin haqlı olduğuna inandınmı? Ümumiyyətlə, şübhən qalmadı ki? Öz-özünə deməyəcəksən ki, səni deyirlər, məni deyirlər! Niyə?!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK