Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AZƏRBAYCANDA LİNÇ MƏHKƏMƏSİMİ QURULUR?! Adalet.az | AZƏRBAYCANDA LİNÇ MƏHKƏMƏSİMİ QURULUR?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCANDA LİNÇ MƏHKƏMƏSİMİ QURULUR?!

21474    |   2007-02-20 03:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz sivil bir ölkədə yaşayırıq. Bu sivil ölkənin qurulması üçün şəhidlər vermişik və elə bu gün də şəhidlər veririk ki, bu ölkə yaşasın, bu dövlət yaşasın. Əslinə baxsanız, Azərbaycan çox özündəndeyən Avropanın da bəzi ölkələrindən daha sivil, daha demokratikdir. Avropanın göbəyində demokratik ölkə olan Almaniyada irqçilik hələ də davam edir, Avropa Birliyinin üzvü olan Bolqarıstanda irqçilik davam edir, Fransada irqçilik davam edir, İngiltərə də onun kimi və sair və ilaxır. Azərbaycanda yaşayan bütün xalqlar isə bərabərdir və bir kimsə deyə bilməz ki, ən kiçik etnik xalqa qarşı təzyiq var. Hətta torpaqlarımızı işğal eləmiş ermənilərin də nümayəndələri ölkədə çox rahat yaşayırlar, özü də nə az, nə çox, düz 30 min nəfərdilər.
   
   Məsələ nədi?
   
   Belə bir sivil ölkədə bəzən əcayib-qərayib şeylərə rast gəlirsən. Dövlət də buna ciddi əhəmiyyət verməyəndə, çaşıb qalırsan - biz sivil ölkədə yaşayırıq, yoxsa Buşmenistanda?
   
   Rafiq Tağı nə günah eləyib, özü bilər, bir də Qanun bilər. Samir Sədaqətoğlu da nə günah eləyib, özü bilər, Qanun bilər. Amma Nardaran camaatı mitinq keçirib bunlara ölüm hökmü çıxarır. Deyir ki, bunları öldürmək lazımdır, linç eləmək lazımdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində kimisə ölümlə təhdid eləmək xüsusi maddə ilə tövsif olunub. Amma deyəsən CM-dəki bu maddə, bəzi nəzir qutuları kimi, işləmir.
   
   Məsələ nədi?
   
   İndi müəyyən cavanlar var, heç nə ilə barışmırlar. Çində bir Xunveybin hərəkatı var idi, bizdə Xunveybin hərəkatı yoxdu, amma xunveybinlər var. 70-ci illərdə də var idi, o xunveybinlərdən də biri mən idim. Onda lap çox idik, 70-ci illərin xunveybinlərinin içində indi tanınmış yazıçılar, şairlər, jurnalistlər var. Onların içində xalq şairləri, xalq yazıçıları, xalq artistləri var. Onda qəzet yoxuydu, sözümüzü çayxanalarda deyirdik, toyxanalarda deyirdik, yasxanalarda deyirdik. Və bizə də xunveybin deyirdilər.
   
   İndi də xunveybinlər var. Yəqin haçansa onların da içindən tanınmış yazıçılar, şairlər, jurnalistlər, aktyorlar, sənət adamları çıxacaq. Bunlar istedadlı adamlardılar. Onların bizlərdən - 70-ci illərin xunveybinlərindən - fərqi odur ki, indi əllərində qəzet var, jurnal var, televiziya kanalları var, sözlərini daha geniş kütləyə deyə bilirlər. Sərt deyirlər, səhv deyirlər, hirslidirlər, həyatda yerlərini istedadlarına görə tapa bilmirlər. Bunlarla bir dil tapıb danışmaq lazımdır, səhv yoldadırlarsa düz yola dəvət etmək lazımdır, amma day bunları güllələmək olmaz axı.
   
   Məsələ nədi?
   
   "Alma" qəzetində bu xunveybinlərdən biri muğamın əleyhinə nəsə yazıb. Əslində o muğamın əleyhinə yazmayıb, hansısa hirsini, hikkəsini muğamın üstünə töküb. Bu uşaq muğamı sevmir, özü bilər. Məsələn, mən meyxana eşidəndə başım ağrıyır, ya nə bilim rep eşidəndə başım çatlayır. Əlimdə imkanım olsa qadağan eləyərəm. Buna görə məni güllələmək lazımdı? İndi bu gənc də, bu uşaq da, özü də çox qəşəng bir adı var - Yenisey, muğama belə yanaşıb. Qoy muğamsevərlər də (sözgəlişi, son zamanlar muğamın da şitini çıxarıblar) ona mətbuatda cavab versinlər, desinlər, ay bala, sən səhvsən, filan-beşməkan.
   
   Beynəlxalq Mətbuat Mərkəzində bir mətbuat konfransı keçiriblər. Çox yaxşı eləyiblər. Buyurun, sözünüzü deyin, qəzetlər yazsın, həmin bu gəncə nəyisə başa salsınlar.
   
   Dəhşətdi. Azərbaycanın tanınmış sənətkarları Nardaran camaatına müraciət eləyir ki (Nardaran olub bizim ikinci Ali Məhkəmə), bu gəncə ölüm fitvası çıxarsınlar, bu gənci linç eləsinlər. Bu nə deməkdir?! Biz hansı ölkədə yaşayırıq?! Və bir dövlət qurumu da demir ki, bu nə müraciətdi, ölümə təhdid eləyirsiniz. Heç olmasa Allahın bir xəbərdarlığını eləmirlər. İndi sabah bu uşağı vurub öldürdülər, Avropaya da elə bu lazımdı":: "Azərbaycanda fərqli düşünənləri öldürürlər". Özü də kimi öldürürlər - jurnalisti, şairi, yazıçını.
   
   Bəlkə də o gənc muğamı daha çox sevir, nəinki ona ölüm fitvası verənlər.
   
   Samir Sədaqətoğlunun iki azyaşlı uşağı qalıb, evsiz-eşiksiz və ac-susuz. Hansısa bir yazını çap etdiyinə görə insana belə ağır cəza verərlərmi?! Dövlət hər şeydən müqəddəsdir. Qardaşım, bütün günü dövləti söyürlər qəzetlərdə, bu dövlətə xəyanət edirlər, onları cəzalandıran yoxdur, amma Samir Sədaqətoğlu həbsdə yatmalıdır. Dinimizi təhqir eləyib, qırx dəfə də üzr istəyib. Allah bağışlayandır, Allah bütün tövbələri qəbul edir, amma Rafiq Tağının, Samir Sədaqətoğlunun tövbəsini qəbul eləmirlər. Niyə? Bəli, dövlətə söy, millətə söy, para da verəcəklər sənə. Bu nə ideologiyadı, bu qanunlarımıza nə münasibətdi?
   
   İndi Yenisey haqqında ölüm fitvası verdirirlər və hamımız da susuruq. Ziyalılar da susur, bir-iki qəzeti çıxmaqla bütün qəzetlər də susur. Bəlkə qorxuruq ki, bizim haqqımızda da belə bir fitva verərlər? Gəncliyi tərbiyə eləmək lazımdır, öldürmək yox. Və bu gün Yeniseyin ölüm vaxtı yox, tərbiyə vaxtıdır. Əgər gücünüz çatırsa,bununla məşğul olun, ölümə nə var ki? Hərə bir cana borcludur...


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK