Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət Mədətoğlu: "ELƏ SEV Kİ..." Adalet.az | Əbülfət Mədətoğlu: "ELƏ SEV Kİ..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət Mədətoğlu: "ELƏ SEV Kİ..."

Əbülfəz Ülvinin köhnə kitabı barəsində gecikmiş söz

3223    |   2018-10-08 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir yazı adamı mənim düşüncəmə görə, özünü, öz həyatını kağıza köçürür. Yəni yazdıqlarının əsas qəhrəmanı özü olur. Bax, bu mənada bir oxucu olaraq mən də həmsöhbət olduğum kitabın qəhrəmanıyla, yəni müəllifiylə daxilən rahatlıq içində dərdləşirəm. Bilirəm ki, oxuduğum şeirin, nəsr əsərinin müəllifi tam səmimi bir həmsöhbətdir. Lakin bunu da etiraf etməliyəm ki, bəzən kosmopolit, həyatdan, hətta xəyaldan da uzaq, bir az yumşaq desəm, fantastik düşüncələri bədii sözə çevirmək, onu oxucuya sırımaq meylləri də olur. Kimlərsə özlərini yox, özgələrini yazmaqla guya hansısa bir ədəbi qolu təbliğ etməyə, onun nümayəndəsi olmağa çalışır. Təbii ki, bu da hər kəsin öz seçimi, öz işidi. Mənim kiminsə seçiminə qarşı çıxmaq səlahiyyətim yoxdur, heç bu iddiada da deyiləm. Amma bir oxucu olaraq bütünlüklə inandığım, səmimi saydığım sözün yanında olmağa üstünlük verirəm. Bu qəbildən olan əsərləri oxuyanda özümü rahat hiss edirəm. Deməli...

Dəyərli həmkarım, dostum Əbülfəz Ülvinin şeir dünyası, ümumiyyətlə, bədii yaradıcılığı məni həmişə özünə çəkib. Hətta onun sosial şəbəkədə paylaşdığı şeirlərinin demək olar ki, heç birini gözdən qaçırmamağa çalışıram. Çünki Əbülfəz Ülvi sözə son dərəcə həssaslıqla yanaşan, onu son dərəcə həzin bir şəkildə ifadə etməyi bacaran şairdi. Onun şeirlərində həyat, reallıq elə bil ki, sözə hopub. Sanki rəssamdı. Duyğunu qələmlə yox, fırçayla çəkir. Bax, bu mənada şeir həm səs, həm də rəsm olur. Yəni həm oxuyub o səsi dinləyirsən, həm də bu şəkli görürsən. Bax, elə buna görə də şair dostumun fikirlərilə baş-başa qalmaq mənə həmişə xoş olur. Çünki:


Necə yurd salmısan sinəmdə görən,

Qoyma saçlarımı bəyaza verəm.

Səndə sevgi çoxdur, ya məndə görən,

Gərək bir gün bunu taraza verəm.


Məni heç nə yıxmaz, sənsizlik yıxır,

Öz işıq yolunu öz əlin tıxır.

O anlar qəlbim də başına çıxır,

Bilmirəm, yerinə nə əza verəm.


Zənnimcə, bu şeiri oxuyan oxucu sözlərin təkcə gücünü yox, həm də onun çiyninə aldığı yükü də məmnunluqla özününküləşdirir.

Və hiss edir ki, bu sözlər elə onun öz içində, öz dilində də var.


Sadəcə, onu ifadə etmək bacarığı Əbülfəz Ülvidədi. Şeir də onda alınır, onda yadda qalır, onda sevilir. Və yaxud:


Sənə ürəyimdə saray qurmuşam,

Çıx qəm sarayından, ah sarayından.

Bu saray üstündür, min yol duymuşam,

Soltan sarayından, şah sarayından.


Bax, burda yaxşı seç ağı qaradan,

O səni, sən onu qoyma xar olsun.

Elə et küsməsin Ulu Yaradan,

Başının üstündə daim var olsun.


... Orda muğayat ol bax, ürəyindən,

Gətirə bilməsən sevgi həyata.

O zaman, xoşluqla çıx ürəyimdən,

Getməyim cərrahi əməliyyata.


Bax, bu misraların özündəki fikrə yanaşma, yəni o fikri görüb ifadə etmək ustalığının özü artıq Əbülfəz Ülvinin sözü özünə tabe etmək imkanını göstərir. Oxucu görür ki, söz Əbülfəz Ülvinin qələmində haldan-hala düşür və hər halında da yeni bir məna, yeni bir çalar ifadə edir. Bu da sözün təkcə dilçilik baxımından sinonimlərini yox, poeziya baxımından sözün rəngarəngliyini, yəni bir sözün özündəki müxtəlif görüntüləri, müxtəlif mənaları, hətta müxtəlif anlayışları da oxucu qarşısına çıxarmaqdı. Cərrahiyyə əməliyyatla insan öz içindən sevdiyini, sevgisini çıxara bilərmi? İlk baxışdan, yəni fizioloji anlamda bu gerçəklik deyil. Amma Əbülfəz Ülvi bunu poetik şəkildə oxucuya elə çatdırır ki, oxucu həmin istəyin gerçək ola biləcəyinə şübhə etmir.


Özü də bu fikirləri ifadə edəndə Əbülfəz Ülvi özünün dediyi kimi sözbazlıq eləmir, sözü şeirə çevirir.


Sən də don geyinmə buzdan, nahaqdan,

Söz de, sözü salma gözdən, nahaqdan.

Sözbazlıq yaratma sözdən, nahaqdan,

Sözdən şeir olur, sözbazlıqdan yox.


Bu gün kifayət qədər sözbazlıq edib onu ədəbiyyat nümunəsi kimi oxucuya təqdim edən yazarlarımız var. Əslində onlar yazar yox, hardasa yazı yazanlardı. Əbülfəz Ülvi də məhz bu qəbildən olanları nəzərdə tutub sözdən şeir yazanları alqışlayır, onların uğuruna sevinir, sözbazlıq edənləri isə qamçılayır.

Mən şair dostumun ötən il işıq üzü görmüş "Elə sev ki..." kitabı ilə baş-başa qalarkən bir daha əmin oldum ki, Əbülfəz Ülvi oxucunun axtardığı şairdi. Oxucunun ürəyinə yol tapmış, onunla hisslərini, duyğularını, düşüncələrini bölüşən söz adamıdı. Bu, oxucu kimi, bir dost kimi məni sevindirir və inanıram ki, həmişə də belə olacaqdır. Çünki:


Məndə ürək vurur, mən qəlb qırmıram,

Qəsdə su səpirəm, qəsdə durmuram

Qohumdan, qardaşdan, yaddan sormuram,

Özün de, kiminki çaş ürək oldu?

Zənnimcə, "Ürək oldu" şeirindən sizə təqdim etdiyim bu bənd özü oxucuya kimin hansı ürəyin sahibi olduğunu deyir. Mən də öz növbəmdə Əbülfəz Ülviyə "Ürəyin var olsun, qardaş!" deyirəm.





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK