ANA SƏHİFƏ / YAZARLAR

ŞİLLƏTERAPİYA

Fəridə RƏHİMLİ

6411    |   2018-09-14 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Eşitdiyimə görə, Taylandda bir seansı 350 dollara başa gələn şillə terapiyası növü mövcudmuş. Bu masajın özəlliyi ondaymış ki, şillə üzdəki qan dövranını sürətləndirir və dəri sağlam, gənc qalır. 

Çinlilərin, taylandlıların bu üsulunu indi eşidərkən, bizim ulu babalarımızın nə qədər uzaqgörən olduqlarını anladım! Sən demə, bu döyülmə heç də cahillik, mədəniyyətsizlik, qadına qarşı zorakılıq əlaməti deyilmiş! Qadınlarımızın illər öncə qorxu ilə, təlaşla qarşıladıqları bu münasibətlə onlar özləri də bilmədən, kişiləri tərəfindən davasız, dərmansız müalicə olunurmuşlar, xəbərləri yoxmuş! Və bunun sayəsində də gənc qalır, gənc ölürmüşlər... Sizə elə gəlməsin ki, bizdəki şilləterapiya keçmişdə qalıb. Xeyr! İndi də davam etməkdədir. O terapiyanı hər gün qəbul edən o qədər qadınlarımız var ki... Bunun özəlliklərini anlmayanlar isə, adını qadın zorakılığı, zəif cinsə qarşı işgəncə qoyub, haray - həşir salıblar. Daha bilmirlər ki, belə ailələrdəki qadınlar nəinki cavan qalır, hətta şilləterapiya başlarında da davam etdiyindən, ağılları da cavan qalır, hətta uşaq ağlından artıq inkişaf etmir. Buna tam əminəm. Çünki ağıl bir az inkişaf etmiş olsaydı, bircə dəfə başını qaldırıb, nə üçün döyüldüklərini soruşar, haqlarını tələb edərdilər (Heç olmasa, bu terapiya üçün təşəkkür edərdilər!). Maraqlıdı, əyyaşlıqla məşğul olan, arvadın qazandığı qəpik - quruş hesabına qarnını doyduran, əsəbiləşəndə isə, onu və balalarını min bir zəhmətlə qazanıb yedizdirəni, elə balalarının gözü qarşısında təpik altına salan bu kişiləri nədən evdə saxlayırlar bu qadınlar? Hətta, bu üzdən boşanıb, yenidən nikahsız olaraq bir yerdə yaşayan və bu vərdişini davam etdirəni də tanıyıram. Bu qadınları heç cür anlaya bilmirəm. Sənə dəyər verməyən, hörmət etməyən, çətin, ağır günlərində sənə dayaq durmayan, ad gününü belə, xatırlamayan, yeri gəldi - gəlmədi söyüşlə səni təhqir edən kişi ilə necə bir yerdə yaşamaq olar? Üzündəki, gözünün altındakı göyləri "qapıya dəyib" deməklə, bu əyyaş "qapını" nə qədər müdafiə etmək olar? Axı həyat yoldaşı - həyatdakı dar günün də, xoş günün də yoldaşı deməkdi! Əməyini istismar edib, səni adam yerinə qoymayan kişini nə deyib, evdə saxlayırsan ki, bədbəxt qadın? "Bədbəxt" yerinə məmnuniyyətlə, axmaq yazmaq istəyirəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınları bu zorakılıqlardan xilas etmək üçün yollar axtarırlar. Ancaq məncə, o yol qadının öz içindən keçir. Müasir dövrdə bir parça çörəyini qazanıb, başını saxlamaq, balalarını dolandırmaq eləmi çətin işdir? Həm də əyyaş kişinin səni dolandıracaq nə qazancı olacaq ki? Mənəvi dayaq da deyil. Bəs nədir o səninçün, kimdir... Bəzən bu mütiliyə səbəb qadınların "adı, nəfəsi üstümdə olsun" kimi absurd düşüncələri, namus keşikçiləri tərəfindən məzəmmətlənmələrindən qorxmalarıdır. Həyat insana bir dəfə verilir. Onu necə yaşamaq yolunu müqəddəs kitabımız göstərir. Düzgün yolu seçib, o yolla addımlamaq hərənin öz seçimidir. Bu yolda çətinliklər, səhvlər də olacaq, şübhəsiz. Ancaq hər yanlış da düzgün yolu tapmaq üçün bir sınaqdır, tramplindir. Hər kəs vicdanla, namusla öz yolundadırsa, ətrafın nə düşünməsi əhəmiyyət kəsb etməməlidir. Əksər vaxtlar bu, namus keşikçiləri "ev xanımı" olan həyat yoldaşını addıma bir "çöl xanımları"na dəyişərək, özlərinin namussuzluqlarını ört -

basdır etmək üçün canfəşanlıq edir, başqalarını misal çəkirlər. Amma müqəddəs kitabımızda böhtanın, qeybətin, zinanın nə cəzalara gətirib çıxaracağını təsəvvür etmək belə, qorxuncdur. Sən doğru addımını at, Allah köməyin olacaq! İkinci Dünya müharibəsi illərindən bu günə kimi ərini gözləyib, o həsrətlə dünyadan köçənlər oldu. Xəstə həyat yoldaşına bütün ömrünü həsr edib, yaşayanlar da var. Amma səninki başqa şeydi. Sən bütün hüququnu, azadlığını, arzularını dəyərsiz birinə qurban verirsən. Səni nəyə bənzədirəm bilirsənmi: Həyət evində yaşayarkən kənddən mənə üç - dörd toyuq gətirmişdilər. Bir müddət onları tordan düzəldilmiş bir kvadratmetr ölçüdə yeşikdə saxladım. Belə öyrəşdilər və bir gün onların qapısını açıb, buraxdım və işimlə məşğul olmağa getdim. Bir - iki saat keçmiş olardı, onlara dən vermək üçün qayıdanda hələ də o dar qəfəsdən çıxmadıqlarını gördüm... 

Onlara bənzəyirsən - ağılsız, qoyulduğu yerə öyrəşib qalan, kiminsə komandasıyla hərəkət edən zavallı canlı... Axı yaradan səni müti yaratmayıb. Səni yaradılanların əşrəfi sayıb. Sənə haqlar verib. Səndən hərəkət, məndən bərəkət, - deyib. Bu mənim sənin barəndə düşündüklərimdi. Bəlkə sənin mənim haqqımda daha maraqlı, məntiqli düşüncələrin var, bilmirəm. Amma bütün düşüncələrə rəğmən o dəqiqdir ki,Tanrı bizi toyuqdan, ümumiyyətlə bütün yaradılmışlardan çox-çox ağıllı və şərəfli yaradıb. Sənə də veribsə, ağıldan istifadə et!..

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK