nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Baxmaqdan savayı gözə nə qaldı? Adalet.az | Baxmaqdan savayı gözə nə qaldı? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Baxmaqdan savayı gözə nə qaldı?

21663    |   2018-12-27 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölümdən sonrakı həyat haqqında inamınızdan asılı olmayaraq, ölü bədəninizin hisslərinin eBay internet səhifəsində hərraca çıxarılmasından söz gedə bilməz.

Bu yaxınlarda müştərilərdən biri hansısa Katolik müqəddəsə məxsus sümük hissəsinin satışda olduğu ilə qarşılaşır və onlayn hərrac səhifəsini şikayət edir.

Bu, biz öldükdən sonra fiziki qalıqlarımızın toxunulmazlığı ilə bağlı maraqlı suallar doğurur.

Əlbəttə, tanınmış kəslərin fiziki qalıqlarının müdhiş alver hədəfi olması heç də yeni bir şey deyil.

Əsrlər boyu peyğəmbər və şəhidlərin bədənindən qalan yadigarlara toxunmaq və ya yanında ibadət etmək üçün ziyarətlər düzəldilib.

Bu günə kimi Buddanın dişi (Şri Lankada, Kandidə saxlanıldığı güman edilir), Məhəmmədin saqqalı (İstanbulda sarayda qorunduğu zənn edilir) və İsanın Müqəddəs Göbəyi (Romada Müqəddəs Con Lateran Bazilikasında qorunduğu deyilir) tərəfdarlar tərəfindən ziyarət edilir.

Bəs bizlər necə? Sizi təşkil edən hissələrin başına bu əbədi torpaqdan yox olduqdan illər və əsrlər sonra nə gələcək?

Əksəriyyətimiz heç şübhəsiz, qəbir daşımızın altında qurdlar imkan verdikcə skelet şəklində qalacayıq. Amma hər birimiz yox.

Dünyanın bir də haqqında danışılmağa ehtiyac duyulan narafatedici tarixi var. Bura göz alması və barmaqları, beyin və ürəkləri dinc durmayan fərdlərin əbədi əlamətləri daxildir. Ən maraqlı anatomik sekulyar yadigarları sizə təqdim edirik.

Qalileyin barmağı


Renessans dövrü astronomu Qalileo Qalileyin baş və orta barmağı Florensiyada nümayiş olunur

2010-cu ilin iyun ayında İtaliya, mədəniyyət tarixinin ən xüsusi anlarından birinə şahid oldu. Renessans dövrünün ümdə astronomlarından biri Galileo Galilei-n baş və orta barmaq sümüyü Florensiyanın Elmi Tarix Muzeyi tərəfindən hərracda satın alınaraq alimin artıq nümayişdə olan dişi ilə bir arada təqdim olundu.

Qalileyin nəşi 1737-ci ildə bir qəbirdən digərinə köçürülərkən barmaqlar (dişlərindən biri və fəqərə sümüyü ilə yanaşı) pərəstişkarlar tərəfindən qoparılıb oğurlanır.

Astronomun kəşf etdiyi teleskoplarla birgə nümayiş olunan orqanlar özündən əvvəl heç kimin göylərə bu qədər yaxınlaşmadığı böyük şəxsin bu psevdo-türbəsinə müasir axını daha intensiv edir.

Napoleonun penisi


Deyilənə görə, Napoleon Bonopartın penisi bədənindən ayrıldılmış və nəsildən nəslə ötürülüb

Bəzi sekulyar yadigarlar nümayişdə olduğu halda, digərləri şəxsi qorunur. Misal üçün, Napoleon Bonopartın penisi. 1821-ci ildə ingilis cərrahın bunu etdiyi söylənilir. Yenicə dünyasını dəyişmiş fransız rəhbərin bədəni Atlantik okeanında yerləşən Müqəddəs Helena adasında otopsi olunur. O buraya 6 il əvvəl fransızların Vaterlo döyüşündə britaniyalılara məğlubiyyətindən sonra sürgün edilmişdi.

Uzun illər britaniyalılar bu fərasətli hərbçinin ölçüsünü götürə bilmirlər, lakin, generalın cinsi orqanının kəsilməsindən sonra, onlar bunu bacarırlar. Bu mövzu Britaniyalı karikaturaçılar tərəfindən tez-tez gülüş obyektinə çevrilir və "Bone-a-part" (ingiliscədən hərfi tərcüməsi "parçalanmış") adı altında Napoleon kəsilmiş və ölümə məhkum şəkildə təsvir olunur.

Napoleonun penisi qəribə mədəni əşya kimi nəsildən nəslə ötürülür.

19-cu əsrdə italyan rahibdən 20-ci əsrdə Londonda kitab satan birinə qədər gələn orqanı 1969-cu ildə amerikalı uroloq $2900 ödəyərək alıb şəxsi kolleksiyasına daxil edir və 2007-ci ildə ölümünədək büzüşmüş dərini çarpayısının altında çamadanda saxlayır.

2016-cı ilin iyun ayında deyilənə görə uroloqun içinə Hermann Göringin özünü öldürmək üçün işlətdiyi sianid ampulası da daxil olan tarixi kolleksiyasını bir argentinalı kolleksiyaçı alır. Napoleonun penisinin də qənimətlərin arasında olduğu güman edilir.

Eynşteynin gözləri


Albert Eynşteynin ölümündən az sonra beyni və gözləri patoloq Thomas Harvey tərəfindən kəsilib götürülüb

Napoleonun kiçik komandiri ictimaiyyətdən gizli saxlanan yeganə məşhur əşya deyil. Albert Eynşteynin onilliklər boyu kainat və ulduzlara baxan gözləri 1955-ci ildə ölümündən az sonra bədənindən ayrılır.

Zənn edilir ki, onlar indi daha qaranlıq deşiyə zilləniblər: Nyu York şəhərində qorunduğu bir seyfin içinə.

Məşhur alimin beyini araşdırma (uzun illər çəkəcək) üçün götürüldükdən sonra, gözləri Eynşteynin oftalmoloqu və yaxın dostu Henry Abrams verilir. Abrams 2009-cu ildə 97 yaşında vəfat edir. Zənn edilir ki, Eynşteynin hərraca çıxarılmamış gözləri hələ də qaranlığa tamaşa edir.

Tomas Edisonun son nəfəsi


İçində amerikali ixtiraçı və biznesmen Tomas Edisonun son nəfəsinin olduğu söylənən flakon Henri Ford Muzeyində nümayiş olunur

Saxlanması mümkün olmayanı saxlamaq arzusunun sübutu Diaborn, Miçiqanda yerləşən Henri Ford Muzeyində nümayiş olunur. Orada mantar tıxacla qapanmış və pop-ulduz mikrofonu kimi yanakı formada qoyulmuş test klapanında əfsanəvi amerikalı ixtiraçı Tomas Edisonun son nəfəsi qorunur.

Fonoqrafın, hərəkətli şəkil kamerasının və işıq lampasının məşhur ixtiraçısı 1931-ci ildə Nyu Cerseydəki mənzilində ölür və həkimi yanındakı açıq flakonu onun burnuna tutaraq son verdiyi nəfəsi doldurub ağzını bağlayır.

Sonralar Edisonun oğlu Çarlz (yunanlar kimi) çox güman ki, son nəfəsin ruh ilə birgə getdiyinə inanaraq test klapanını atasının biznes partnyoru və avtomobil maqnatı Forda bağışlayır.

Pancho Villa-nıntətik barmağı 



Meksika İnqilabının generalı Pancho Villa-nın nəşi qəbir oğruları tərəfindən öldürülməsindən üç il sonra tapılır

Heç təəccüblü deyil ki, tanınmış şəxslərin fiziki qalıqları yalan və ya şişirdilmiş fraqmentlərə gətirib çıxardır.

2011-ci ildə bu cür problemli yadigar Texas-da El Paso-da ictimai diqqəti cəlb edir. Belə ki, Deyvin Girov Dükanı (Dave's Pawn Shop) Meksika İnqilabçısı Pancho Villa-nın tətik barmağına sahib olduğunu iddia edir.

Villa sağlığında dəf olunması çətin biri olub. Ölümündən sonra da meyitini tapmaq qəliz olub. Əlbəttə ki, xalq qəhrəmanının güllə dəymiş başına sahib olduğunu hər kəs iddia edə bilər.

1926-cı ildə onun gizli qəbiri qəbir oğruları tərəfindən tapılır və götürülür. Bu onun avtomobilinin tələyə salınması və nişançılar tərəfindən güllələnərək öldürülməsindən üç il sonra baş verir.

Barmağı "büzüşmüş və azacıq əyilmiş" kimi təsvir edən yerli reportyorlardan biri Deyvin Girov Dükanında satışda olan obyektin sanki qəbiri qazaraq özü çıxdığını deyirdi. Barmağın həqiqiliyini təsdiq edən heç bir şey olmasa da, dükanın sahibi yeddi il əvvəl onu əldə edərkən bu hekayənin ona danışıldığını söyləyir.

Beş il keçməsinə rəğmən, Deyvin dükanı hələ də barmaq üçün alıcı tapa bilməyib. Öz Facebook səhifəsində isə dükan "bu cür başqa girov dükanı tapmayacaqsınız" sözünü verir.

Bir kəsin başqa bir kəsdən qalma fiziki orqana sahib olması üçün ilham mənbəyinin nə olduğu müəmmadır.

Ola bilsin ki, bənzəri fraqmentlər ömrün keçə biləcəyi gizli yollar kimi qəbul olunur. Yaxud bəlkə də onlar ölümün sonluq kimi həqiqi olmadığını sübut etmək üçün qəddar totem təki nümunə göstərilir.

"Onun gözlərinə sahib olmaq," Eynşteynin göz həkimi 1994-cü ildə verdiyi müsahibədə deyir, "professorun həyatının bitmədiyi anlamına gəlir. Onun bir hissəsi hələ də mənimlədir."



İmza:Eminquey

Koronavirus qadağası: Bu ölkədə kişilər və qadınlar fərqli günlərdə küçəyə çıxacaq

Qazaxstanlı bodibilder koronavirus səbəbindən kukla ilə toyunu təxirə saldı

Ceyhun Rzayev: İndi ki bütün günü evdəsiz, bəs nağayrırsız?

Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı

Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

Niyə məhz “Koronavirus”, niyə məhz Çin? - Araşdırma

Saatı qabağa çəkmək ölümlə nəticələnə bilər

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK