ANA SƏHİFƏ / YAZARLAR

Mən heç yana gedən deyiləm

Nicat Novruzoğlu

12272    |   2018-06-12 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adama nə qədər deyərlər ki, niyə bir yerə çıxıb getmirsən? Bu camaatımızın işi dəhşətdi, faciədi. Niyə məndən canlarını qurtarmaq istəyirlər bilmirəm. Deyim yükəm, yük deyiləm axı. Öz yükümü özüm çəkirəm. Deyim saqqızam, vallah-billah saqqız da deyiləm. Bilmirəm nəmənə zadam ki, görən deyir çıx get burdan. Bütün gedişlərin də hamısı cənnətlə bağlanılır. Gedəssən orda elə olacaq, sonra belə olacaq. Qısası kef edəssən. Ən maraqlısı da odur ki, getmişlər demir gəl, burdakılar dirəşir get.

Mən bu insanlara başa sala bilmirəm ki, mən gedə bilmirəm. Və yaxud da gedə bilmərəm. Anlamırlar. Anlamaq istəmirlər.

Mən deyirəm ki, o saydığınız ölkələr mənim uyğunlaşdığım mühitlə üst-üstə düşmür. Düşməyəndən sonra neynirəm oranı? Neynirəm o kefi ki, kef kimi kef deyil. Ordakı kef deyilən keflə mən kef edə bilmərəm.

Bax, ay camaat, mən gedib o əndirabadi ölkələrdən hansındasa krantı açıb axan suyun şəffaflığını görsəm ürəyim yatar. Hələ onu içsəm ha, inanın ki, böyrəklərim çürüyər, kanallarım tutular. 40 illik qumlu, texniki su içən böyrəklərim məhv olandan sonra neynirəm o kefi? Mənə lazımdı?

Qışda qaza, yayda suya günlərlə həsrət qalmadınsa neynirəm o kefi?

Hələ uşaqlarımı demirəm. Uşaqlarım məni öldürər ki, ay ata, məni niyə repititor yanına qoymursan? İndi mən uşağı nətəri inandırım ki, bala məktəbdə aldığın təhsil elə repititor təhsilidi.

Girən kimi o ölkəyə yəqin ki, sağlamlığımı yoxlayacaqlar. Yoxlaylb sonda bir arayış verəcəklər. O arayış pulsuz olsa mən elə o sağlamlıqxanadaca qalaram. Ürəyim partlayar.

O ölkədəki Elariz sevilmədi, Mətanət şpaqat açmadı, Maral zilə çıxmadı o nə ölkədi?

O ölkədəki işğaldan azad olunan torpaqdan çox maşın şoudan danışmırlar, tüpürüm elə kefə.

O ölkədə Samiraldo var?

Heç orda xaş bişirə bilirlər?

Mən öz dilində danışanları "çuşka" adlandırmayan ölkədə nəfəs belə ala bilmərəm.

Bir ölkədəki yanacaq keyfiyyətsiz deyil, hələ üstəlik satılarkən də qram-qram oğurlanmırsa o ölkədirmi?

Birdən avtobus dayanacaqdan kənarda saxlamadı neynəyəcəm mən? Ha sürücünü söysən də sənə deyir ki, buyurun. Ayə belə də ölkə olar?

Əgər ki, əməkhaqqısı minimumu 130, ortasısa 500 manat ola-ola qoşa seriyalı, zerkalnı rəqəmli maşın nömrəsini 100 min manata satışa qoymadılarsa, o ölkədə mən necə yaşayım?

Bu ab-hava mənim iliyimə işləyib. Məni orda məhv gözləyir. Getməyimlə cənazəm qayıdacaq. Bəs orda mənim ehsanımı kim yesin? Üstümə 2 tonluq daş qoyulmasa mən o torpaqda nətəri yataram?

Sən allah mənə toxunmayın. Çəkin yaxamdan əllərinizi. Öz dünyamda, öz ölkəmdə yaşamaq istəyirəm. Torpağım da olmasa, evim də olmasa, işim də olmasa ləzzət eləyir mənə. Mənim üçün cənnət elə buradı. Belə baxanda elə burda da kef çəkirəm. Özü də hər kəsin çəkə bilmədiyi kefdən.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-22
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi evə piyan gəlir. Arvadı deyinir, niyə piyan gəlmisən, niyə bu qədər çox içmisən.
- Belə az içmişəm:
- Üç nəfərə bir butulka almışdıq.
- Bəs sən niyə bu qədər piyan oldun?
- İkisi gəlmədi də neyləyim...




digər lətifələr
ARXİV
FACEBOOK