ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: PULUN YOXSA, YIXIL ÖL!

16589    |   2018-06-08 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biz Sovet dövrünün insanlarıyıq. O dövrdə, o zamanda bizə öyrətmişdilər ki, pul əl çirkidi. Əsas məsələ insanın mənəvi toxluğu və bir də dünya malında gözü olmamasıdı. Elə ki, illər keçdi və bizim çörəyini yeyib, suyunu içdiyimiz Sovet hökuməti dağıldı, bax onda bu dediklərimiz də bir sabun köpüyü kimi yoxa çıxdı. Ki elə bildik yuxudan təzə oyanmışıq. Bu yuxu bizi elə bir aləmə aparmışdı ki, orda biz çox şeylər görmüşdük. O şeyləri görmüşdük ki, bir haqqı-salama təmənnasız olaraq ağır işi aşırardılar… o şeyləri görmüşdük ki, kimsə birinə xahiş eləyəndə heç vaxt ondan bir şey ummazdı… O şeyləri görmüşdük ki, biri başqasına dağ boyda yaxşılıq eləyəndə belə onun qarşılığını, onun əvəzini heç vaxt ummazdı…

Deyəsən axı hər şey dəyişib. İndi nə xahişə baxan var, nə qohumluğa, nə də dost-tanışlığa. Əgər kiməsə işin düşsə, xüsusən də vəzifəli şəxslə hər hansı məsələylə bağlı bir dolaşıq problem yaşasan, dünya dağılsa da, həmin məsələ «mən ölüm», «sən ölüm»lə heç vaxt həllini tapan deyil. İnanmırısınız? Gedin hər hansı bir vəzifəli məmurun yanına, görün sizin işi təsmənnasız həll eləyəcək, ya yox?! İmanımı yandıra bilmərəm. Eləsi ola bilər ki, o işi aşırsın. Bu da beş mindən, on mindən bir nəfər çıxa bilər.
… Çox tanınmış bir adam xəstələnir və onu aparırlar hansısa özəl klinikaya. Hansı ki, həmin klinikada da onu yaxşı tanıyırlarmış. Ancaq pulu olmadığına görə, klinika onu qəbul eləmir. Və həmin adam da elə xəstəxanınan foyesindəcə dünyasını dəyişir…

Belə baxanda özəl klinikalar şəxsi insanlara məxsusdu. Və onlara da mütləq pul ödəməlisən. Bax, birdən pulun olmadı, yaxud da arxanca gələnin tapılmadı, onda həmin insanın taleyini yaşamağa məcbursan. Biz həm də müsəlmanıq. Yəni İslamı qəbul eləmişik. Axı, bu özəl klinikaların da sahibləri elə müsəlmandılar. Çox nadir halda pulu olmayıb ağır vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlər ola bilər. Dünya dağılacaq? Onu klinika qəbul eləyə bilməz? Onsuz da həmin xəstənin adamları gəlib o pulu ödəyəcək. Bax, burda gərək insanın ürəyi olsun, ürəyi! Və bir də başının üstündə Allahı yaddan çıxarmasın. Ürəyi və başının üstündə Allahı olan klinika rəhbəri inanmıram ki, ölümcül vəziyyətdə xəstəyə həkimlər tərəfindən yardım göstərilməsinə razı olmasın.

Axı bayaq dedik, özəl klinikalar ayrı-ayrı imkanlı adamlara məxsusdur. Elə özəl klinika var ki, bir gündə yüz minlərlə manat pul qazanır. Noolar, bu yüz minin içində bir ağır xəstəyə yardım edilsə, məgər həmin klinika kasıb düşəcək? Və bir də indiki özəl klinikaların əksəriyyətinə qiymətlərin çox yüksək olmasına görə yaxın düşmək olmur. Deyək ki, pullu və imkanlı adamlar həmin özəl klinikaların xidmətindən istifadə eləyə bilirlər. Amma təqaüdlə, az əmək haqqıyla yaşayan insan çox çətin ki, bu klinikalardan yararlana bilsin.

Məsələn, elə müayinələr, müalicələr var ki, xarici ölkələrdəkindən, konkret olaraq İrandakından dəfələrlə bahadır. Adi bir MRT elətdirmək üçün ən azından 150-180 manat pul ödəməlisən. Daha baha qiymətə müayinələr də var, onları yada salmaq istəmirik. Eyni zamanda, dövlət xəstəxanasına gedirsən, səni müayinə edən həkim deyir ki, gedərsən özəl klinikalara, qandan filan analizləri verərsən və filan da aparatdan keçərsən. Bax onda pulu az olan və olmayan insanların gözü böyüyüb nə boyda olur, onu bir Allah bilir və bir də həmin gözü böyüyən insanlar.

İndi bu adamın pulu yoxsa, başına haranın daşını qoymalıdır? Yıxılıb ölməlidir? Heç dövlət xəstəxanaları da az aşın duzu deyil. Onların adı dövlət xəstəxanasıdı. Gəlin gedək hər hansı bir dövlət xəstəxanasına həkim müayinəsindən keçək. Müxtəlif aparatlarda müayinə edilək. Görək onu pulsuz eləyirlər? Hansı ki, dövlət xəstəxanalarında hər şey pulsuz olmalıdı. Düzdür, o dövlət xəstəxanalarında çox vicdanlı, savadlı və hətta deyərdim dünya səviyyəsində həkimlər var. Heç onlara da çox vaxt baş həkimlər göz verib işıq vermirlər ki, onların dediklərini yerinə yetirə bilmirlər. Yəni əl əli yumur, əl də üzü. Ona görə də baş həkimlərin heç bu cür həkimlərdən xoşları da gəlmir. Guya indi hansı təmiz, vicdanlı işçidən müdirlərin xoşu gəlir? Müdirlərin əksəriyyətinin xoşu o işçidən gəlir ki, alıb verməyi yaxşı bacarır. Və müdir də iclaslarda digərlərini danlayır ki, bax, görürsən, filankəs səndən yaxşı işləyir, sən iş bacaran deyilsən. Ona görə də səni çıxarıb onu həmin yerə qoyuram.

Axı, özəl klinikalardan danışırdıq. Bizim özəl klinikaların rəhbərləri elə düşünürlər ki, Azərbaycanda da əhalinin əksəriyyəti xarici dövlətlərdəki kimi yüksək əmək haqqı alır. Elə bu nöqteyi nəzərdən də onlar hər şeyin qiymətini kəllə-çarxa qaldırıblar. Düzdür, bizdə də yüksək əmək haqqı alanlar var. Amma bu o demək deyil ki, yüz minlərlə təqaüdçü, milyonlarla az maaş alanlar bu məsələləri həll etmək gücünə malikdilər. Biz də təklif edərdik ki, özəl klinika rəhbərlərinin bir qədər bu Ramazan ayında ürəklərinə mərhəmət düşsün, endirimlər eləsin ki, imkansız adamlar gedib orda müayinə və müalicə olunsun.

Axı özəl klinikalar bizdə, konkret olaraq Bakı şəhərində çoxlu saydadı. Elə ən yaxşı rəqabət də bizim fikrimizcə, müayinə və müalicələrdə endirimlər etməkdi. Və bu endirimlər nəinki Ramazan ayında, hətta bütün ilboyu əlamətdar günlərdə və bayramlarda həyata keçirilməlidir. Çünki bu həm də bir Allah sevgisi olar. Təəssüf ki, bizim imkanlı adamlar bu barədə qətiyyən düşünmək istəmirlər. Bəlkə düşünənlər var, onlara da imkan vemirlər.

Özəl klinikaların birində çalışan çox savadlı, vicdanlı həkim dostum deyir ki, dəfələrlə mən bu məsələni rəhbərlik qarşısında qaldırmışam, o isə mənə tərs-tərs baxıb deyib ki, camaata yazığın gəlir, onda pul alma. Mən də çox vaxt imkansız adamları özəl klinikada deyil, dövlət xəstəxanasında təmənnasız olaraq müayinə və müalicə edirəm. Elə onların elədikləri dualar mənim bəsimdi.

İstedadlı şair Əlisəmid Kürün məşhur bir misrası yadıma düşür: «Adam cibindən üşüyür». Doğrudan da insanın cibində pulu olmayanda, xeyirə-şərə gedə bilməyəndə, o ilk növbədə soyuqdan yox, cibindən üşüyür. O cib ki, bu gün çoxlarımızda boşdu… O cib ki, bizi hələ ki, isidə bilmir… Allaha and olsun Əbülfət Mədətoğlunun da mənim kimi cibi boşdur. Və o da cibindən üşüyür. Ancaq Əbülfət Mədətoğlunun çox böyük, çox isti ürəyi var. Elə bu isti ürək onu üşüməyə qoymur.

Belə çıxır ki, bu gün bütün insanların taleyini ancaq pul həll eləyir. Nəinki belə çıxır, bu həqiqətən də dediyimiz kimidi. Balaca uşaqdan da soruşsan, o da belə fikir səsləndirəcək: «Pulun yoxsa, evdən çölə çıxa bilməzsən. Avtobusa minərsən, pul verməzsən sürücü səni düşürər. Bazara gedərsən, əliboş qayıdarsan. Marketə baş çəkərsən, səbətin boş olar…»

Deməli, pul yoxsa həyat sönür. Pul varsa, çox şeyə nail olmağı bacaracaqsan. Hətta savdın, ağlın və vəzifən olmasa belə, pulun varsa nəinki yadlar, hətta qohum-əqraba sənin üçün əldən-ayaqdan gedəcək və məclislərdə yuxarı başda əyləşdirəcəklər. İndi özünüz düşünün və papağı günə yandırmayın. Bir də ayılıb görəcəksiniz ki, 70-80 haqlamısınız, nə eviniz-eşiyiniz var, nə oğlunuza-qızınıza gün ağlamısınız, nə də dava-dərmana pul tapırsınız. Bax onda pulun yoxdusa, yıxıl öl!..

P.S. Sovet dönəmində də hərdən pul sıxıntıları olurdu. Dəyərli, satirik şairimiz Rüfət Zəbioğlu bununla bağlı gözəl şeirlər yazıb. Onun hərəsindən bir misra: «Pulun varsa giriş, pulun yoxsa sürüş!». «Sənə pul göstərərəm, Yalta bilərsən Ələti!..»




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK