Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yaramız qaysaqmı tutub? Adalet.az | Yaramız qaysaqmı tutub? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yaramız qaysaqmı tutub?

Vüqar Abbasov, Niderland.

34530    |   2018-05-11 18:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ç. Çaplinin sözlərindən biri çox xoşuma gəlir. Təxminən belə deyib ki, yağışlı havada bayırda gəzməyi sevirəm, onda göz yaşlarını kimsə görmür. Bizlər uşaqlıqdan belə öyrəndik ki, kişi ağlamaz, ağladıqca kiçilər. Ancaq nə gizlədim, yağışlı havada gəzməyi mən də sevirəm, ağlamasam da, sevirəm.

Torpaqlarımızın işğalda olması məni (çoxlarımız kimi) hər zaman üzüb. Niderlandda yaşadığım illərdə isə bu hissi sadəcə üzüntü ilə ifadə edə bilmərəm. İndi özümü, torpaqları itirilmiş biri olaraq, alçalmış, ləyaqətini itirmiş kimi hiss edir və xalq olaraq hazırkı işğal durumunu necə qəbul etdiyimizi anlaya bilmirəm. Çöldə-bayırda, işdə, dükanda erməni ilə rastlaşanda özümü kiçilmiş hesab edirəm və inanın, həmən vaxt ölmək əlimdə olsa, xəcalətimdən ölərəm. İşğal günlərimizdə sosial şəbəkələrdə qurulmuş ağlaşmaları gördükcə məhv oluram. Anım günlərində şəhidlərin məzarları önündə çəkilmiş şəkilləri görəndə dəli olmaq həddinə çatıram. Hər il "növbəti ilimizi Qarabağda keçirdək" sözlərini eşidəndə özümə nifrət edirəm. İşğalda olan torpaqlarımızın adına adlandırdığımız restoranları gördükcə, Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikdiyimizlə təskinlik tapdığımızı xatırladıqca paramparça oluram. ATƏT-in Minsk Qrupunun adı, danışıqlar və s. isə heç deyiləsi deyil. "Lazım"a da nifrət edirəm, neçə vaxtdır gəlməyi lazım bilmədiyi üçün.

Bu kimi məqamlarda etiraf etməyi sevməsəm də (ki, "özünü göstərir" - deyə düşünənlər ola bilər), edəcəyəm: Niderlandda yaşadığım illərdə bütün bunları düşünmədiyim, bu hissləri keçirtmədiyim çox az günlər olub. Bu gün (yazı 8 may tarixində yazılıb) isə o günlərin ən dəhşətlilərindən oldu mənim üçün. Şuşanın işğalından ötən 26 il. Nə qədər dəhşətlidir! Öz-özümə düşünürəm ki, Şuşası və bütövlükdə Qarabağı işğalda olan bir məmləkətin işdən çıxarılan məmurlarından bir çoxunun dövlətdən milyonlar oğurladığı məlum olursa, biz növbəti ilimizi Şuşada, Qarabağda keçirdəcəyimizə inana bilərikmi? İnanırıqmı və inanırıqsa, bu inamımızda nə qədər səmimiyik? Şuşanı geri almaq üçün bu günə qədər danışmaqdan başqa nə etdik? Elə yuxarılar özü "Qarabağ," "Şuşa" şüar və tələbləri ilə mitinqlər təşkil edə və sonra böyük güclərə: "Bu vəziyyət belə davam edə bilməz. Xalq öz torpaqlarını tələb edir" - deyə bilməzdimi? Bilərdi, ancaq etmədi. Niyə etmədi? Niyə etmir? Bütün bunları düşünmək qəlbimi elə sıxdı ki, özümü evdən bayıra atdım, Niderland yağışlı ölkədir, bəlkə yağış yağar və yağışda gəzərəm deyə. Tərslikdən (ki, çox vaxt burda gün üzünə həsrət qalırıq), çox zaman yağışlı olan Niderlandda gün çıxmışdı, yağışdan isə əsər-əlamət belə yox idi. Yenə də, qəlbən ağlasam da, üzümə gülüş verib qonşumla salamlaşdım və içəri keçdim.

"Keçmişin keçmiş olması üçün, zamanın keçməsi kifayət etmir" - deyib dahilərdən hanısa. Şuşanın, bütövlükdə Qarabağın nə vaxtsa bizlər üçün keçmiş olacağına inanmaq çox çətindir. Nə qədər zaman keçsə də oralar bizim üçün keçmiş ola bilməz, olmamalıdır. Bizlərin bu qeyrətsizliyi qəbul edəcəyimizə inanmaq istəmirəm; biz bu qədər qeyrətsiz ola bilmərik. Biz, gələcək nəsillərə özümüzü söydürə bilmərik. Siz deyin, bilərikmi?

P.S. Hamımıza növbəti ağlamağı, sevinc göz yaşlarını ən qısa zamanda Şuşada axıtmağı arzu edirəm və o zaman yağış yağmasa da olar.

[email protected]





İmza:

YAZARIN ARXİVİ

2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2018-12-13
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK