ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda yeni tikilən pullu yolun istifadəyə veriləcəyi vaxt bilindi

20535    |   2018-05-08 16:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb: "İran sərhədinə qədər uzanacaq yolun kənarlarında maneələrin qarşısını almaq məqsədilə çəpərlənmə işləri də aparılıb. Hazırkı Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq. Yeni yolun pullu olması nəzərdə tutulur".

A.Nəcəfli bildirib ki, tikinti işləri sürətlə davam etdirilir: "Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulub".

O əlavə edib ki, ümumi uzunluğu 204 kilometr olan yol 2 gediş və 2 gəliş zolağından ibarət olacaq: "Yol boyu hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə çəpərləmə işləri aparılıb. Bu məqsədlə yolun 55 əsas kənd və qəsəbədən keçən hissəsində körpü və birləşmələr inşa edilib".

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. Avtomobil yolları dövlət agentliyi tərəfindən tikintisi aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 39 kilometr azalaraq 204 km-ə düşəcək.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK