Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | UZAQDAN BAXIRAM DAĞLAR GÖZƏLDİR... Adalet.az | UZAQDAN BAXIRAM DAĞLAR GÖZƏLDİR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UZAQDAN BAXIRAM DAĞLAR GÖZƏLDİR...

Fəridə RƏHİMLİ

18664    |   2018-04-06 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onunla şəxsi tanışlığım yox idi. Sadəcə hərdən nəşriyyatın koridorunda rastlaşanda ehtiramla salam verərdim. O da salamımı alardı, tanıyırmış kimi. Amma mən onu gəncliyimdən tanıyırdım. Xarici görünüşündəki əzəməti daxili ilə uyuşan az-az insan olur həyatda. Nümunəsi o idi. Məmməd Araz deyir:

Uzaqdan baxıram, dağlar gözəldir,

Yaxına gəlirəm, qurd düşüb qara...

Böyük şairin mənim də keçirdiyim hisslərlə və təəssüflə yazdığı bu misraları əbəs yerə xatırlamadım. Çox insanlar oldu kənardan rəğbət bəsləyib, yaxınlaşdıqca ikrah hissi duyduğum.

O isə başqa idi. Hər hərəkəti insanlıq, böyüklük nümunəsi, hər işi vicdan, namus ölçülü, hər addımı məsuliyyət, cavabdehlik meyarlı. Yazdığı dəyərli əsərləri, hazırladığı sevilən televiziya verilişləri hər kəsin ürəyinə sevinc, vətən, yurd, torpaq sevgisi, qeyrət, təəssübkeşlik paylayan günəş misallı sevgi mənbəyi idi. Ümumun sevimlisi olmaq xoşbəxtlikdimi? Eləysə o, həqiqətən xoşbəxt idi. İnsanın kədərli günləri də olur, adi, sıradan günləri də. Amma o, bütün müsahibələrində xoşbəxt olduğunu etiraf edirdi, nisgilli keçmişinə rəğmən. Adətən uşaqlığı kədərli, möhnətli keçən insanlar bir qisasçılıq hissiylə böyüyürlər. O nisgil onları ömür boyu izləyir. Onda isə əksinə idi – qəlbində ürəyi dolusu sevgi gəzdirirdi. Böyüdükcə, yaşa dolduqca o sevgi də böyüyürdü içində. Bütün dünyanı saracaq qədər böyük olan bu sevgi üz-gözündə nura çevrilirdi.

Gəncliyimdə "payız leysanları”nın tüğyan etdiyi "qərib axşalmlar”da onun qəhrəmanları ilə bərabər müəllifini də düşünür, onun "qayalarda qalan səs”ini duyur, "məhəbbətin ölüncə var” olduğuna inanır, "ürəyin çağırışı” ilə ümid edirdim ki, daha gözəl "ömür gözləyir bizi”. Və budur onu tanıdım, canlı-canlı gördüm. Uzaqdan görünən dağın yaxından da eyni əzəmətdə oluğunun şahidi oldum və sevindim ki, özü kimi olanlar, olduğu kimi görünənlər də var bu həyatda – vicdan, namus, təmizlik simasında. Və şair olmadığını etiraf edə-edə Vətən dərdini misralara düzərək, xalqı, bayrağı qalxmağa çağıran, qan coşduran möhtəşəm mahni mətnini Vətənin himninə çevirən vətənpərvər simasında, "qisas qiyamətə qalmaz” inancında. O, hər əməliylə vətəndaş idi, hər işiylə xalqa xidmətdə idi və ömür kitabının hansı səhifəsini vərəqləsək bu xidmətləri üzə çıxacaq zaman-zaman.

Amma... bəlkə fikrimdə, müşahidəmdə yanlışlıq var, onun bu fani dünyadan gedişi heç də özünə layiq bir şəkildə olmadı. "Yaşa ey haqq” dedi, amma haqqını almadı. Doğrudur, o, həyatda təmənnasız yaşadığı kimi, köçündə də heç kəsdən heç nə ummadi. Onun bu xalqa, bu Vətənə borcu qalmadı, amma onun qarşısında bizim – onun əsərlərini, tamaşalarını, televiziyadakı uzun illər xidmətlərini görən, amma lazımınca dəyərləndirməyənlərin onun qarşısında vicdan borcu qaldı.

Onun haqqında yazılanları oxuyub düşünürəm ki, onun kimi yaşamaq hər kəsə nəsib olacaq bir yaşam tərzi deyil. Kişi kimi ömür sürdü, - yazır, haqqında xatirələrini paylaşan hər kəs. Elə təmizliklə, təmənnasızlıqla, eyni zamanda qəlb qırmadan, heysiyyat əzmədən, şəxsi mənfəət güdmədən, namusla...

Dəyərli insan şair-publisist Zülfüqar Şahsevənlinin bu sözləri onun timsalında yerinə düşür: "Uzun illərin müşahidəsindən sonra gəldiyim qənaətdir; insan dünyasını dəyişəndə itmir, yoxa çıxmır, ömrünün şüaları övladlarının, dostlarının, tanışlarının ömründə, günündə yaşayır. Yaşayırsa, deməli, insan ömrü davam eləyir, sönmür...”.

Bu dünyadan bir Kişi köçdü, ay ellər! Həm də "qürbətdə qalan dağlar”ın "yollarına baxa-baxa”, "köç yollarının geri dönəcəyinə” inanaraq...

"Son qəmin olsun, Vətən!”.




İmza:

YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK