ANA SƏHİFƏ / YAZARLAR

ATATÜRK VƏ FƏLƏSTİN

19184    |   2018-03-10 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ehtiras doymaq nədir bilmiyən bir canavardır"

Albert Emil Brachvogel

Dünyanın indiki vəziyyətini düşündükdə 19-cu əsrdə yaşamış Alman yazıçısı Brachvogelin bu sözlərini xatırladım. Hər bir insan müəyyən qədər ehtirasa malikdir, dövlətlər də eləcə. Böyüklük mənə görə ehtiraslarını cilovlaya bilən insanlar və dövlətlər üçün dilə gətirilə biləcək bir ifadədir.
Avropalılar, daha düzü, xristian dünyasında 19-cu əsrdə sənayeləşmə inqilabını gerçəkləşdirildikdən sonra genetik yaddaşlarında yüz illər boyu gücsüz olmalarına görə yuxulayan ehtiras əjdahası oyandı və gücsüz, yoxsul Afrikanı, Asiyanı, Uzaq Şərqi müstəmləkələşdirməyə başladılar. Milyonlarla insanı oğurlayıb aparıb qul bazarlarında satdılar, onların torpaqlarındakı yeraltı və yerüstü sərvətlərini qarət elədilər, o torpaqlarda yaşayan insanların əməyini qarın toxluğuna sümürdülər, lakin doymadılar. Bir-biriləri arasında gedən müstəmləkəçilik yarışından asılı olaraq Birinci və İkincü Dünya müharibələriniyaratdılar. Yaranan bu hərblərdə on milyonlarla insan qırıldı, şikəst qaldı, ocaqları darmadağın oldu, şəhərlər, kəndlər yerlə- yeksan edildi. Bu vəhşilər məsum insanların namuslarını ayaqlar altına salıb tapdaladılar, eyniilə Bosna-Hərsəkdə, İraqın işğalında olduğu kimi.
ABŞ bu gün dünyaya ağalıq edir və bu ağalığını davam etdirmək hesabına da özünün diktə etdirdiyi prinsipləri bəşəriyyətə dırnaqarası "demokratiya, insan hüququ, azadlıq, bərabərlik, sülh" kimi təqdimedir. Ancaq bu dəyərlər ABŞ adlı şeytanın başa düşdüyü və o şəkildə bəşəriyyət tərəfindən qəbul etməsini istədiyi səviyyədə düşük deyil. Çünki ABŞ öz anlayışına görə bu dırnaqarası anlayışla bəşəriyyət inancaq özünün könüllü qulu olmasını tələbedir. Onların bu tələbi kökü çox qədimlərə gedib çıxan bir düşüncənin çağdaş anlamdakı planının diktəsidir.
ABŞ prezidenti Trump 6 dekabr günü Qüdsü İsrailin paytaxtı elan etdi. Bu düşüncə yeni cəkəşf edilməyib; çünki bu əsrlər əvvəlinin əsəridir, kökü Səlib Yürüşlərinə kimi gedib çıxır. Osmanlı Dövlətinə xəyanət edərək Ərəb Yarımadasının ingilislərin və fransızların hakimiyyətinə keçməsinə səbəb olan Şərif Hüseynin İordaniyaya Kral olan oğlu II Abdullah, 1952-ci ildə də həmin dövlətə kral olan Hüseyn Şərqi Qüdsdə bir Fələstin dövlətinin yaradılması fikrini irəlisürdülər, ancaq xüsusilə İngiltərə və ABŞ-ın dəstəyi ilə İsrail 1967-ci ildə bölgəni işğal etdikdə bu fikir birdəfəlik aradan götürüldü. Hamı bilir ki, imperialist dövlətlərin planları gündəlik düşünülmür və həyata keçirilmir, onlar əsrlər boyu davam edir. XI əsrdə yaranan birinci Səlib Yürüşündə Vatikanlı bir casusun Anadoludan götürdüyü qeydlərin 2001-ci ildə mətbuatda ifşa edilməsivə ondan sonrakıların hələ də arxivlərdə saxlanmasının mənası yaxşı başa düşülməlidir. D. Visevə B. Ross 1970-ci illərdə Amerikan məxfi təşkilatı CIA haqda bunları deyiblər:
"Bu gün ABŞ-da iki hökumət var biri zahirdədir, diğəri isə yox. Birincisi, vətəndaşların qəzetlərdə, uşaqların da dərsliklərdə gördüyü hökumətdir. Diğəri isə Soyuq Hərbdə ABŞ-ın siyasətini həyata keçirən bir-biri içinə daxil olmuş gizlin mexanizmlərdir. Bu hökumət xəbər toplayar, casusluq edər, dünya miqyasında gizlin əməliyyatların həyata keçirilməsinin planlarını qurar və onları gerçəkləşdirər.
Bu cür planlara bir örnəkdə 1877-1878-ci illərdə yaranan Osmanlı-Rus hərbidir. Əslində bu hərdi İngiltərə və Rusiya Osmanlı Dövlətinə qarşı müştərək ən planlamışdılar. Bu hərbdə Osmanlı öz hakimiyyətindəki Balkanlar və Şərqi Anadoludakı torpaqlarının bir hissəsini itirdi. İngiltərə isə bir güllə atmadan Qıbrıs Adasını Osmanlının əlindən aldı. Sonrakı illərdə İngilis qüvvələrinin Bakını tutmasınə ilə izah edilə bilər? O qüvvələr Bakı neftinə sahiblənmək üçün bura gəlməmişdi?
Bəs bu gün vəziyyət necədir?
1916-22-ci illər arasında İngiltərənin baş nazirliyi vəzifəsini yeridən Lloyd Georgeu məclisdə tənqid atəşinə tuturlar ki, Çanaqqaladöyüşlərində niyə qalib gələ bilmədiniz? O da, "Bəşəriyyət tarixi bir neçə yüz ildə bir dahi yetirir. Bədbəxtçiliyimizə baxın ki, o şəxs Mustafa Kamal idi Kiçik Asiyada (Anadolu) yarandı, həm də bizə qarşı neyləyə bilərdik".
Həmin Atatürk 1937-ci ildəTürkiyə Böyük Millət Məclisində etdiyi çıxışında isə Fələstin haqda və Türkün düşməni olan və ya onların satın aldığı cahillərin özünə etdiyi böhtanlar üçün belə demişdi:
"Həqiqət budur ki, bir müddət ərəblərdən uzaq durduq. Ancaq indi özümüzə kifayət qədər etimad edib öz qüdrətimizə qovuşduğumuza görə İslamiyyətin müqəddəsyərlərini Musəvilərin və Xristianların nüfuzu altına düşməsinə mane olacayıq. İndiyə kimi mən dinsiz və İslamiyyətə laqeyd yanaşıram deyə ittiham edildim".
Ulu Tanrı məkanının cənnət eləsin, ey Türk tarixinin dörd böyük şəxsiyyətindən biri... Səni düşmənin dahi kimi qələmə verir, ancaq təəssüflər olsun ki, sənin qurduğun dövlətin çörəyini yeyib azad havasını udanlar sənə əyyaş deyir... 
Orhan Gəncəbayın belə bir mahnısı var "Batsın bu dünya..."

Seyfəddin Altaylı,
Ankara,



İmza:

YAZARIN ARXİVİ

2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK