ANA SƏHİFƏ / YAZARLAR

Eminquey: Müasir Leyli Məcnun əhvalatı

6703    |   2018-10-02 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məhlənin ən qəşəng qızı Leyliyə iki gənc aşiq olur. Birinin adı Makidon, o birinin isə Namiq. Təsadüfən ikisi də eyni vaxtda Leyligilin evinin hasarından boylanıb həyətə baxırlar.

M: Sən orda neynirsən?

N: Mən adaxlıbazlığa gəlmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, bəs sən orda neynirsən?

M: Mən də adaxlıbazlığa gəlmişəm.

N: Pəəh! Əğyarı yamandı, qoyma gəldi, ərdodu, qabandı, qoyma gəldi.

M: Nə dedin ay avara?

N: Sirsifəti cin gədə, dedim göyərçin gədə.

M: Necə, necə ay avara? Məni ələ salırsan?

N: Alə, İbadulla, bezrazmerdü? Bu nə vid-fasondu, mən səni əməlli-başlı adam bilirdim. Sənin kimi adamı ələ salarlar, lap oyana da keçərlər.

M: Mən proizvodstvenni travma almışam, ayağıvu aşağı sal, alə. Mən təmiz adamam.

N: Alə, indi çestni-niçestni yoxdu.

M: Yalansa fransuzki ilan vursun diliünnən.

M: Məşədi Qəzənfər, bunlar hamısı sənin hamamının suyunun təsirindəndir, dünən bu axmaqla hamamda rastlaşanda sənə dedim ki, mən girən "parnoy”a onu buraxma. Hələ mən teziki demirəm, teziki.

Yoldan keçən Qəzənfər: Mən ölüm mən bir adam toyuğuna daş atmışam, bir adam pişiyinə pırız demişəm, qızın iki adaxlısı var, bəs, hamampulunu kim verəcək?

M: Sən qələtüvü elə, sənə söz veriləndə danışarsan, Allah səni də öldürsün, Lelini də.

Q: Kvartalın axırıdı, nə ölmək-ölmək salmısan.

M: Kül sənin kişi başua, evdə uşaqlar da deyir, atamız işə gedib. Qadanı alım, Qəzənfər dayı, ölmə.

Q: Elə sənin kimilərdir də bizim qabağımızı alan.

Məhlənin cayıllarından hansısa maşınındakı musiqinin səsini aşağı salıb siqnal verir: Ələəəsgəəərr, ay Ələsgəəər.

Hərə bir yandan: Ə nə var e, Ələsgər, Ələsgər. Maşına təzə siqnal qoymusan, dəng eləmə də.

M: Nə var e, düüüd, düüüd, başımı keçəl elədün e. Hə, niyə olmur ki?

Dükançı Əhməd başını çölə çıxarıb deyir: Sən bunun nazıyla çox oynayırsan a, Kərbəlayi.

M: Sən öl, bu simic oğlu simic, boğaza yığdı məni.

Qonşu eyvandan çıxan jurnalist Cavanşir: 100 manat ver, onu saytda biyabır edim.

M: Mən bunu qabaqlar çox təcrübə eləmişəm.

Nəhayət, hasarın o üzündə Leyli eyvana çıxır...

N: İndi mən bu papağı necə qoyum ki, qızın xoşuna gəlsin.

M: Başua papaq qoyursan?

N: Hə, razmeri də 56, iki dənə də instut bitirmişəm.

M: Başuvun razmerin demirəm, deyirəm yəni, sənin qeyrətin var?

N: Sən söhbətini elə.

M: Doğru söz acı olar, bəy.

N: Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, məni qorxutma, mən sənin üçün uşaq zad deyiləm.

M: Uşaqsan, böyüksən, özün bilərsən, pah atonnan, kalxozçu da deputat kimi danışır.

N: Mən Həsən ağanın qohumuyam.

M: De Sən öl, Həsən ağanın qohumuyam

N: Sən öl, Həsən ağanın qohumuyam.

M: Onda gəl min mənim boynuma. Neynim Həsən ağanın qohumusan… Səni bir də bu qızın həndəvərində görməyim.

N: Tarix-nadiri yarıya qədər oxumuşam, amma sənin dediklərindən zərrə də başa düşmədim.

M: Başa düşmək üçün baş lazımdı. Bura bax, mənimlə söz güləşdirmə, Zülümov dedi qurtardı. Məsələ, sosiskada deyil e, gərək adam vinimatelni olsun.

Bu yazını oxuyanlar dillənir: Pis oynamırlar, amma biraz emosiya azdı.

Yazını yazan: Adə biraz diri oynayın daa.

M: Belələrinə nə ad vermək olar, qrabitel, tufeyli.

Məhlənin katalizatoru Eldar qapını açıb səs-küyə tərəf baxır, sonra qışqırmağa başlayır: Bura gəlin, bu saat Mokidonla Namiq vuruşaceylər.

N: Adım xoşuna gəlmir, Makidon?

Makidon Namiqə yağlı bir şapalaq ilişdirir. Şaaap! Və deyir:

- Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdum, onda bəlkə səndən adam olacaq. Əgər əl çəkməsən, güllənin birini sənin, birini qızın, birini də öz başıma vuracağam.

N: Adə, buna bax e, ubit menya xoçet. Bura nədir sənin üçün? Sən öl başına bir oyun açaram ki, dədənin toyu yadına düşər, düdük.

Makidon atəş açır: Part, part, part.

Səhərisi gün xəstəxanada

Makidon: Hə, necəsən, qəmsəmol? Ağlın başına gəldi?

Namiq: Leyli… istər acı olsun, istər şirin. Yalnız o idi məni məğlubiyyətdən məğlubiyyətə aparan.

M: Səni Allah vurmuşdu elə… Onu aton doğub, ya anon əkib hə!

N: Əzizim, iki gözüm, axı məndən nə istəyirsən!

M: Sən hələ öz dərdinə qal, sənlə sonra danışacam.

Makidon məsələnin qaranlıq tərəfini, Leylinin onların ikisini də necə aldatdığını Namiqə danışır.

N: Noooolar, borclu borclunun sağlığını istəyər. Mən onun əyri ayağlarından raqatka düzəltməsəm, heç atamın oğlu döyüləm…

M: Ehh, belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana, qadınlar.

N: Ağzımı açmağa imkan vermirsən, birini deyirəm, beşini deyirsən… Beşini deyirəm, on beşini yapışdırırsan, nə istəyirsən məndən hə!

M: Adə, sən kimin dərdindən ölməmisən, Şeydanı yun çubuğuna döndərmişdin, adə, Zəhranı e, Zəhranı, camış kimi qız idi.

N: A kişinin oğlu, mən nə qələt eləmişdim ki, Allah təala mənim başıma bu oyunu açdı…

M: Bu sənin günahlarındır, qadın şəklində düşüb qarabaqara dalınca gəzir! Göz qaralır, baş fırlanır, adam solur eşqidən, gör dünyada nələr olur, nələr olur eşqidən.

Bu hekayənin sonunda məlum olur ki, qız bu iki kor-peşman məcnuna yox, iri əzələləri olan Qoçunun birinə ərə gedir. Və bu iki məcnun qucaqlaşıb, öpüşüb, görüşüb barışırlar.


İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK