... Xurşudnənənin vəziyyəti çox ağır idi. Hətta o qədər ağır idi ki, böyük oğlu İsrafil molladalınca getmişdi. Adətən Xurşud nənənin səhhəti pisləşəndə kəndin həkimi Mənsumkişini axtarardılar. Mənsum həkim də gəlib Xurşud nənəyə baxar və sonra dadeyərdi ki, bu arvadın canı çox möhkəmdi. Ürəyinizi buz kimi saxlayın: Xurşudnənə 90-nı vurub, sonra bu dünyadan gedəcək...
Bu sözlərieşidəndən sonra Xurşud nənənin oğlanları razılaşar və sakitləşərdilər...
Amma budəfə deyəsən, hər şey başqa cür idi: Xurşud nənənin taqəti azalmış və heyiqalmamışdı. Düzdü, Xurşud nənə yatağa düşdüyü günə qədər həyət-bacada işlərgörür və lazım gələndə inəyi də sağırdı. Axırıncı dəfə nə qədər çalışsa da bozinəyi sağa bilmədi. Vedrəni əlinə götürdü, inəyə yaxınlaşdı, əllərini onunəmcəyinə toxundurdu. Gördü ki, gücü çatıb inəyi sağa bilmir. Bax onda Xurşudnənə hiss elədi ki, vəziyyət heç də yaxşı deyil. Evə qayıtdı və uşaqlarınadedi:
- Ay Akif,deyəsən, Əzrayıl mənə yaxınlaşır. Yerimi salın, özü də qorxub eləməyin!
Oğlu Akifinrəngi avazıdı. İstədi böyük qardaşı İsrafili çağırsın. Çünki ürəyinə dammışdıki, anasının vəziyyəti heç də ürəkaçan deyil. Mənsum həkimin də gözü xəstədənsu içmirdi. Bunların hamısını onun övladları yaxşı bilirdi. Akif də Bakıdan onagörə tez gəlmişdi ki, nənəsinin vəziyyəti yaxşı deyildi...
Xurşud nənəyatağına uzandı, əllərini qoşaladı və gözlərini qapadı. Uşaqları elə bildilərki, arvad rəhmətə gedib. Amma Xurşud nənə rəhmətə getməmişdi, sadəcə olaraq,heyi azalıb və gücdən düşmüşdü. Özü də Xurşud nənə yaxşı bilirdi ki, uşaqlarıonu həddindən artıq çox istəyir. Əgər çox istəməsəydilər onun başı ağrayankimi, Bakıdan tökülüb kəndə gəlməzdilər...
Xurşudnənənin çox qəribə xasiyyəti vardı. Yaşının 90-nı keçməsinə baxmayaraq, heçkimin minnətini götürməzdi. Hətta oğlu Akifin Bakıdan göndərdiyi pula yiyədurmaz və deyərdi ki, o pulu digər qardaşlarına versin! Onsuz da mən bu ikiəlimlə və təqaüdümlə özümü dolandırıram.Qapıda da nə qədər toyuq-cücəm, mal-qaram var. Bir balaca əlim aşağı olan kimihəmin mal-qaradan birini satıb çörəkpulu eləyirəm. Ürəyim istədiyini alıram vəqəlbim istədiyini yeyirəm!..
...Böyükoğlu İsrafil molla dalınca getmişdi. Tərs kimi kəndin mollası Fəxrəddin müəllimdə evdə yox idi. Amma onu tapmaq o qədər də çətin deyildi. İsrafil Fəxrəddinmüəllimin mobil telefon nömrəsini tapdı və ona zəng vurdu:
- Fəxrəddinmüəllim, nənəmin vəziyyəti ağırlaşıb. Tez özünü bizə çatdır!..
Onlaranalarına nənə deyirdilər. Adətən Qarabağ zonasında çoxları anasına nənə deyir.Elə Xurşud nənə də belə insanlardan biriydi...
Kəndinmollası Fəxrəddin müəllim özünü tələsik Xurşud nənəgilin həyətinə çatdırdı.Gördü ki, həyətdə çoxlu adam toplaşıb. Fəxrəddin müəllimin ürəyinə damdı ki,birdən arvad keçinmiş olar, qulağı Quran səsi eşitməz. Fəxrəddin müəllim həyətəgirəndə oğlu Akif ona yaxınlaşdı və dedi:
- Nənəminvəziyyəti lap ağırlaşıb. Keç ona bir Quran oxu, qoy rahat canını tapşırsın!Cinlər, şeytanlar ona dinclik vermir və arvad çox çətinliklə can verir...
Fəxrəddinmüəllim otağa keçdi və Xurşud arvadı uzanan gördü. Ancaq Xurşud arvad uzansa dason nəfəsində də danışırdı. Mollanın gəldiyini eşidən Xurşud arvad gözləriniaçdı və ətrafa diqqətlə baxdı:
-Qadanalım, Fəxrəddin müəllim, Quran oxu, qoy canım dincəlsin! Ölə bilmirəm. Gözüməcinlər, şeytanlar görünür! Uşaqlara vəsiyyət eləmişəm ki, mən öləndən sonraqapıdakı o iki dananın hər ikisini kəsib ehsan versinlər. Qoy camaat ehsanımıyesin, mənə rəhmət oxusun! Elə bilməyin ki, o heyvanları uşaqlar saxlayıb.İkisini də özüm saxlamışam!
Mollanıngözləri doldu. Çünki o da yaxşı bilirdi ki, Xurşud nənə nə qədər əzabkeş,zəhmətkeş və halal bir adam olub. Uzun illər pambıq alağı eləyib, bostanbecərib, heyvan saxlayıb və çoxlu sayda övladını əzab-əziyyətlə boya-başaçatdırıb. Heç kimdən minnət götürməyib. Hər gün səhər saat 6-da durub tarlayagedib və axşam da qaş qaralanda evə qayıdıb. Xurşud nənə o qədər zəhmətkeşadamdır ki, onun çöhrəsindəki cizgilər bu zəhmətkeş insanın keçmişindən xəbərverirdi. Son günə qədər çox gümrah və qıvraq idi.
Fəxrəddinmüəllim Quranı oxudu, sonra da geri çəkildi. Quran başa çatan kimi Xurşud nənəgözlərini yumdu və Allahın dərgahına qovuşdu. Elə bil ki, Xurşud nənə Quranınoxunmasını gözləyirdi. Çünki Qurandan savayı gözlədiyi heç bir şey yox idi.Övladlarının hamısı onun yanındaydı və heç birinin xiffətini çəkmirdi.
Xurşudnənənin o qədər böyük ürəyi, qəlbi var idi ki, kənddə hamı onun nə qədər halaladam olmağından danışırdı. Anasının dünyasını dəyişdiyini görən oğlu Akif çoxkövrəlmişdi. Ayrı vaxtı zarafatındanqalmayan Xurşud nənənin bacısı oğlu Əbdürrəhim, Akifin dostu Kamran müəllim,sinif yoldaşı Elxan da bərk kövrəlmişdilər. Çünki həmişə onlar Xurşud arvadınnə qədər səmimi insan olduğunu görmüşdülər.
OnlarXurşud arvadı görəndə rəhmətlik anaları yadına düşürdü. Yadına düşürdü ki,anaları da onun kimi halal və zəhmətkeş adam olub. Heç kimin toyuğuna kiş deməyib.Akifin dostları analarının iyisini və ətrini Xurşud arvaddan alırdılar. ƏgərXurşud arvad dünyasını dəyişsəydi elə bil ki, həmin dostların anaları da eləhəmin gün rəhmətə gedirdi!..
Elə birincigünü kəndin adamları hamısı qapıya gəldi və Xurşud nənəni son mənzilə yolasaldı. Amma ehsan verilən zamanı heç də Xurşud nənənin vəsiyyətinə əməl eləməkmümkün olmadı. Çünki kəndin mollaları dəbdəbəli yas mərasiminin verilməyiniqadağan eləmişdilər. Hətta ən varlı adamlar belə rəhmətə gedənin üçündə, yeddisindəvə qırxında bir cür yemək verirdi: o da plov idi. Belə bir qayda qoyulmuşdu ki, yas məclislərində dayəvvəlki kimi iki cür yemək, mer-meyvə və şiriniyyat məhsulları olmasın; ancaqplov, halva, limon və xurma verilsin!
Bununlaoğlu Akif razılaşmaq istəmirdi. Deyirdi ki, nənəm vəsiyyət edib: qapıdakı ikicöngəni kəsəjəm və ehsan verəjəm!
Onunsözlərini eşidən Fəxrəddin müəllimin qaşları çatıldı:
- Sən elinadətini poza bilməzsən! Kəndin ən sayılıb, seçilən və imkanlı adamlarından olaSüleyman müəllim qızının yasında bir cür yemək verib - özü də plov! Sən dəüçdə, yeddidə və qırxda plov verməlisən! Əgər qoyulan qaydanı pozsan, mən gəlibyas məclisini aparmayacam...
Kəndinağsaqqalı Seyidəli kişi də dilləndi:
- Əgərkənddə belə bir qayda qoyulubsa, ona Xurşud arvadın uşaqları da əməl eləməlidi.Amma plov məsələsinə gələndə bu işə birmənalı yanaşmaq olmur. Heç kimə zorlademək olmaz ki, sən yas mərasimində plov verməlisən. Qoy ürəyi istəyən plovversin, ürəyi istəməyən sovuz, dolma bişirsin...
Seyidəlikişinin böyük oğlu Əbdürrəhim dedi:
-Bizimmollalar çox şeyə normal yanaşmır. Yas mərasimində əlbəttə, adət-ənənələrəhörmət eləmək lazımdır. Amma kiməsə məcburi diktə eləmək olmaz ki, sən mütləqya plov ver, ya da sovuz! Qoy bu seçimi rəhmətə gedən adamın əzizlərieləsinlər!
Xurşudarvadın üçündə də, yeddisində də plov verildi. Amma adi günlərdə oğlanlarınınürəkləri nə istəyirdi onu bişitdirib camaatın qarşısına qoydurudu. Səhərlər isəkimin ürəyi nə istəyirdi onu yeyirdi. Oğlu Akif zarafatla deyirdi:
- Nənəmin vəsiyyəti var. Düzdü, mollalar bunu qoymureləyim, ancaq ara günlərdə ürəyimiz nə istəyir onu bişitdirib camaata veririk.Bakıdan dostlarım 3 qoyun göndərib. Onu da ara günlərdə bişirtdirib ehsan kimicamaata verdirəjəyəm...
Kəndinmollası Fəxrəddin müəllim dilləndi:
-Aragünləri nə eləyirsiniz özünüz bilərsiniz, amma camaatın gur vaxtı qoyduğumuzadəti heç kim pozmağa cəhd eləməsin! Bunu pozmaq istəyən adam camaatın qəzəbinədüçar olacaq. Əgər doğrudan da ehsan vermək istəyisinizsə, Qurban bayramında hərhansı bir heyvanı kəsib kasıblara paylayın! Bax, bundan gözəl ehsan yoxdu! Vəheç kim yas məclisinə yeməyə gəlmir. Yas məclisinə gələnlər kiminsə dərdinə vəqəminə şərik olmaq istəyir. Onun da qarşısına nə qoysan, bir tikə dadıb rəhmətəgedənə dua oxuyur...
Bakıdanoğlu Akifin çoxlu qonağı gəlmişdi. Elə oğlu Akif də onları fikirləşib ən bahalıağ çadırı həyətdə qurdurmuşdu. Bakıdan gələn dostları Akifə təsəlli verirdilər.Akif isə deyirdi ki, boş təsəllidən bir şey çıxmaz. Heç olmasa həyətə girəndəboynumu qucaqlayıb ağlayardınız. Odey, Kamran müəllim boynumu qucaqlayıbağladı! Amma sinif yoldaşım Elxan boynumu qucaqlayıb ağlamadı. Noulsun ki,nənəmin 90-dan yuxarı yaşı var. Axı mən ana itirmişəm?!
Xurşudnənəgilə kəndin baş yolundan ayrılıb gedən yol çox pis gündəydi. Elə oğlu Akifdə kəndə gələndə fikirləşdi ki, birinci onlara ayrılıb gedən o yoludüzəltdirsin. Dedi ki, arvad rəhmətə gedib-eləyər Bakıdan gələn dostlarıAkifdən inciyər. Deyər ki, bu qədər imkanın var, yolunuz yaman gündədir. Xurşudnənə rəhmətə getməmişdən bir neçə gün əvvəl Akif o yolun hamısını düzəltdirdi.Çala-çuxur yerlər hamarlandı və həmin yerə daş-çınqıl töküldü. Buldozer dəgəlib tökülmüş daşı, çınqılı hamarladı və yolu rahat bir səviyyəyə saldı. Yağışyağanda, palçıq olanda bu yolu getmək mümkün deyildi. Heç xoşbəxtlikdən Xurşudnənə rəhmətə gedəndə nə yağış yağdı, nə də palçıq oldu. Bir gün çıxmışdı ki,elə bil yay idi. Martın 8-də kənddə 25 dərəcə isti vardı. Hamı da deyirdi ki,bu isti Xurşud nənənin üzünədi. Çünki o, əməli-saleh və halal adam idi. Rəhmətəgedəndə də hava yaz havasıydı...
Yolunyenidən çəkilməsini görən molla Fəxrəddin sevindi. Gördü ki, əsas yoldan Xurşudnənəgilə yer yenidən düzəldilib. Hətta yağış yağsa belə palçıq olmayacaq. Çünkiçala-çuxurlar elə doldurulub ki, sanki yol bir asfalt kimi görünür. Həyətəgirəndə Akiflə görüşdü və sonra da dedi:
- Akif,bundan gözəl ehsan olmaz! Ən yaxşı yeməyi belə versən bu heç də ehsan sayılmır.Ehsan o sayılır ki, yol çəkdirirsən, bulaq çəkdirirsən, körpü saldırırsan! Baxbu yolu gedən adamlar həmişə Xurşud nənəyə rəhmət oxuyacaqlar. Allah səninköməyin olsun! Bəlkə də arvad rəhmətə getməsəydi, sən bu yolu düzəltdirəndeyildin...
Doğrudan dabelə oldu. Yol təmir ediləndən və düzəldiləndən sonra həmin istiqamətdəavtomobillərin və piyadaların gediş-gəlişi daha da asanlaşdı. Kim o yollagedirdi deyirdi ki, Allah Xurşud nənəyə rəhmət eləsin! Xurşud nənənin həyatdaqoyduğu çox yaxşı şeyləri vardı. O, bu həyatda yaxşılıq qoymuşdu, mehribanlıqqoymuşdu və ən nəhayət ağbirçəklik qoymuşdu. Elə bu xüsusiyyətlər də həmişəXurşud nənəni yada salır, xatırladır və kənd camaatının yadına salırdı. ÇünkiXurşud nənə də bu kəndin ən sevilən, ən zəhmətkeş xanımlarından biri olmuşdu...
FAİQQİSMƏTOĞLU