ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: TƏLATÜM

14504    |   2018-01-16 13:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün həyatımızda kifayət qədər çətinliklər və sıxıntılar var. Və biz hamımız evdən çıxanda bu sıxıntılarla çıxırıq. Çıxırıq və içimizdə də həmin sıxıntılar təlatüm eləyir. Biri xətrimizə dəyəndə, ayağımızı tapdalayanda, yaxud da avtobusda, metroda yer verməyəndə o dəqiqə bomba kimi partlayırıq. Ağzımızdan və dişimizin dibindən çıxan nə varsa, onun üstünə tökürük. Ancaq dərindən düşünəndə heç xətrimizə dəyən o adamın, o insanın elə də günahı yoxdur. Sadəcə olaraq, bizim hər birimizə müəyyən problemlərlə o qədər yüklənirik ki, ətrafdakılara qarşı da bəzən qəzəb hissi vulkan kimi püskürür.

Ancaq mənim qələmə aldığım bu mövzu da onsuz da həddindən artıq qayğılı olan insanların ovqatını bir qədər də korlayır. Belə ki, bir ildir «Azərsel»in 60-80 xidmətindən mənim telefonuma mesajlar gəlir. Və bu mesajlar gələn kimi də hər dəfə balansımdan 10 kontur silinir. Son bir ildə bəlkə də bu xidmət sahəsi bu sətirlərin müəllifinə 200 manatdan çox maddi ziyan vurub. İndi qalmışam odla su arasında. Bilmirəm, bu məsələni necə həll edim. Təbii ki, hər bir məsələnin hüquqi müstəvidə həlli yolları mövcuddur. Amma bizim dostumuz Rüstəm müəllim deyir ki, bu cür əhvalat mənim də başıma tez-tez gəlirdi. Getdim «Azərsel»in müştəri xidmətinə, ordan da mənə dedilər ki, bu bizlik deyil. Bir nömrə verdilər, mən də həmin nömrəylə onların «öz dilində» danışdım. Tay bundan sonra «Azərsel» konturumu «yemədi».

Bizim kənddə bir Xalaoğlu Tərxan vardı. Allah ona rəhmət eləsin. Çox yumorlu, duzlu və şirin adamıydı. Həmişə belə dolaşıq işlər olanda deyərdi ki, onun bir çarəsi var. Gərək həmin adamın yapışasan boğazından və sonra da dişinin dibindən çıxanı ona deyəsən. Amma indi bu xalaoğlu Tərxanın dediyi üsula ehtiyac yoxdu. Çünki bayaq qeyd elədik ki, hər şeyin sivill formada həlli yolları var. Və biz də çalışacağıq ki, Xalaoğlu Tərxan kimi yox, hüquqi müstəvidə məsələni yoluna qoyaq.

İndi düşünürəm ki, balam, bu üsulla – yəni camaata «atmaqla» gör, «Azərsel» gündə nə qədər pul qazanır. Heç bunu yığıb yığışdırmaq olmaz. Bir başqasının 10 qəpiyini kəssələr, o dəqiqə həmin mağaza barəsində kimsə şikayət eləyir ki, bəs filan mağaza məni 10 qəpik aldadıb. Sovet dövründə adamı 10 qəpik aldatmağa görə, ticarətçini cinayət məsuliyyətinə cəlb eləyirdilər. Hətta 10-15 qəpiyə görə, məhkəmənin hökmüylə məhkum olunan insanlar da vardı. İndisə zəmanə bir qədər dəyişib. Məsələn, dövlətin bir milyonunu, iki milyonunu yeyən adamlar bir də görürsən ki, aşağı məhkəmə instansiyasında 9 il iş alır, yuxarı instansiya məhkəməsində isə onu açıb buraxırlar ki, sən demə, bu adamın elə də ağır cinayəti yoxmuş. Bax, bunları görəndə adamın gözləri bərələ qalır.

Yəni indi nəinki dövlətin, hətta ayrı-ayrı adamların külli miqdarda pulunu mənimsəyirlər, üstündən də su içirlər. Hələ desən, sudan quru çıxmağı da çox yaxşı bacarırlar. Əhsən, belələrinin ustadına və özünə! Çünki onların ustadlarının və özlərinin çox qabaqcıl «metodları» var. Bu metodlardan biri də «Azərsel»in çıxardığı oyundu. Əgər sən mənimlə müqavilə bağlamamısansa və mənim o xidmət sahəsinə ehtiyacım yoxdusa, hansı məntiqə əsasən 60-80 hər dəfə bizə xəbər göndərəndə 10 konturumuzu «yeyir». Özü də xəbərdə yazılır: «Xəbər ver xidməti uğurla yeniləndi». Qardaş, mənim sənin bu xəbərinə ehtiyacım yoxdu. Özüm camaata və qəzetlərə maraqlı xəbərlər yayıram. Və bir də ki, şükür Allaha, ölkəmizdə o qədər informasiya mərkəzləri, saytlar var ki, o xəbərləri elə pulsuz alırıq da! Sənin köhnəlmiş, boyat xəbərlərinə nə ehtiyacımız qalacaq?!

Yəqin mənim kimi çoxlarını 60-80 boğaza yığıb. Yadıma «Ac hərflər» tamaşasından yeməkxananın müdiri Həsən kişinin başına gələn əhvalatlar düşür. Orda Həsən kişi iki aktyorun arasına girərək «qan davasını» yatırır. Axırda sakitləşən aktyorlar deyirlər ki, Həsən kişi, biz artistik ey, bir o qədər də bizə baş qoşma. O da deyir ki, mən sizin kimi artistlərin əlindən boğaza yığılmışam. Bir az borcum vardı, rus oyunçularından nə zülmlə onun yarısını ala bildim. Heç bizimkilər də onlardan geri qalan deyil ha?!

İndi 60-80-nin camaata bu cür «atmağı» heç rus oyunçularının Həsən kişiyə «atmağından» geri qalmırl. Vallah, fikirləşə-fikirləşə qalmışam. Əvvəllər bir az durumumuz babat idi. Onda 5-10 manatlıq telefona kontur yüklədirdim. İndi isə hamı kimi mənim də vəziyyətim uruscadı. Yəni iqtisadi böhran mənim də əlimi aşağı salıb. Güc-bəlayla telefona iki və yaxud bir manatlıq kontur yükləyirəm. Onu da əlimdən 60-80 çox peşəkarcasına alır. Qalıram mat-məəttəl.

Onlar sehirgahlıqda məşhur İo Kio babanı da keçiblər. Əgər belə olmasaydı, «Azərsel»in 60-80 xidməti mənim konturlarımı tez-tez yeməzdi. İndi hövsələnin də yeri var. Uzun müddət dözdüm ki, bəlkə bu xidmət sahəsi mənim kimi insanlardan əl çəkib cibimizə girməyə. Amma görürəm ki, yox ey, onlar əl çəkən deyil. Elə ona görə də bu yazını qələmə alıram ki, altmış-səksən, insafın olsun, bəsdi bizim cibimizə girdin! Elə eləmə ki, səninlə məhkəmədə görüşək! Əgər məhkəmədə görüşsək, mən səndən dəymiş zərərə görə, on min manat pul istəyəcəm!

Düşünürsən ki, bu on min manat nə mənə olan şeydi. Düzdür, sizin üçün bu qəpik-quruşdu. Ancaq mən və mənim kimi adamlar üçünsə elə on kontur da on min manat deməkdir. Qaytarın, mənim və mənim kimi yüzlərlə insanın cibindən oğurladığınız o pulları!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK