ANA SƏHİFƏ / AVTOMOBİL

Maşın bazarında qiymətlər qalxacaq...

16122    |   2017-12-13 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə avtomobillərin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Təəccüblüdür, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsi fonunda avtomobil bazarında da alıcılıq qabiliyyəti azalırsa, qiymətlər niyə qalxmalıdır?

Bəs əslində vəziyyət necə olacaq?


Məsələ ilə bağlıəmlak bazarı üzrə ekspert, marketoloq Vaqif Hüseynov Modern.az-aaçıqlama verib. O da bildirib ki, 2018-ci ildə avtomobillərin qiymətində artım müşahidə ediləcək:


"Hazırda avtomobil bazarında durğunluq müşahidə edilir, vəziyyət qeyri-stabildir. Adətən hər il bu dövrdə belə hallar yaşanır. Çünki ilin sonuna doğru şirkətlər, eyni zamanda vətəndaşlar ili yekunlaşdırırlar. Bilirsiniz, insanlar ailə büdcələrinə nəzarət etmək məcburiyyətindədirlər. Digər tərəfdən, bazarda pay bölgüsü var. Bir qismi şirkətlərin aldığı maşınlar, digər qismi isə fərdi adamların aldığı maşınlardır. Şirkətlər də öz korporativ maşın alqısını dayandırırlar. Çünki ilin sonu olduğu üçün hesabatlar təqdim edilməsi, fərdi şəxslərin bayramla əlaqəli istirahatə yollaması olur. Bu da nəticə olaraq bazarda durğunluğun yaranmasına gətirib çıxarır.

Yanvar ayının təxminən 10-dan başlayaraq yeni planlar, məqsədlər müəyyən edilir. Sözsüz ki, bu, əmlak bazarına da təsirsiz ötüşmür. Budəfəki məsələ isə sırf aksizlərlə bağlıdır. Gömrük rüsumlarının artacağı əvvəlcədən elan olunduğu üçün faktiki olaraq ölkəyə idxal olunan avtomobillərin qiymətində dəyişiklik müşahidə ediləcək”.

V.Hüseynov xüsusilə 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım olacağını qeyd edib:


"Bilirsiniz, Azərbaycan avtomobil istehsalçısı deyil, avtomobil bazarında idxalçı ölkədir. Ona görə də bu, avtomobil bazarına ciddi şəkildə təsir edəcək. Əsasən də nəzərə alsaq ki, son bir ildə Azərbaycan taksi bazarında canlanma var. Artıq demək olar ki, hər 10 nəfərdən 5-i taksi sürür. Müxtəlif taksi şirkətlərinə, onların mobil tətbiqetmələrinə qoşularaq daha rahat taksi fəaliyyəti ilə məşğul olurlar. Taksilərə lisenziyanın verilmə prosesi sadələşəndən sonra hamı taksi sürür və bu özü də müəyyən mənada bazarda avtomobil satışını artırır. Təbii olaraq avtomatik olaraq satış qiymətləri də qalxır. Bunun fonunda proqnozlaşdıra bilirik ki, 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım müşahidə olunacaq. Çünki 15 min manata qədər olan avtomobillər əsasən taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan burada artımın olması mümkündür”.

Müsahibimizin sözlərinə görə, qiymətlərdəki keçidlər kəskin baş verəcək:


"Əgər ölkə dövlət "görünməz əl” prinsipi ilə müəyyən mexanizmlər tətbiq etsə və yumşaq keçidi təmin etməkdə maraqlı olsa, ola bilər ki, avtomobillərin qiymət artımı tədricən olsun. Amma təcrübələr göstərir ki, hər zaman qiymətlərdəki keçidlər kəskin baş verir. Bu baxımdan avtomabillərin qiymətində təxminən 10-15 faizə qədər artım müşahidə edilə bilər”.





İmza:
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK