...Dünyadaçox oyunlar var. Bu oyunların bəzisindən baş açmaq olur, bəzisindən nə qədərbaşını sındırsan da bir mətləb hasil olmur ki, olmur. Burda mənim yadımaƏbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsəri düşür. Bu tamaşanıAzərbaycan televiziyasında hətta səhnələşdiriblər. Əsərin qəhrəmanı yeməkxananınsahibi olan kişi borclarını çoxundan geri ala bilmir. Səhər-axşam borcluadamların qapısını döyür, onlar da sözdən başqa ona bir şey vermirlər.Yeməkxanada isə hər gün kimlərsə gəlib əyləşir, yemək yeyir və pul vermək lazımolanda min bir bəhanə ilə aradan çıxıb qaçırlar...
Sözümüzüncanı odur ki, yeməkxananın sahibi bir teatrda ona borcu olan insandan nə qədərəlləşsə də pulunu geri ala bilmir. Onunla söhbət eləyən tanışlarından birideyir ki, sən teatra çox getmisən? O isə qəribə cavab verir: gündə üç-dörddəfə! Tərəf-müqabili bu cavaba təəccüblənir və deyir ki, biz görmüşük ki,uzaqbaşı teatra baxmağa gündə bir dəfə gedərlər. Sənsə deyirsən ki, gündə üçdəfə gedirsən. Yeməkxananın sahibi əlini dizinə vurur və yana-yana deyir:
- Ayqardaş, mən tamaşaya baxmağa getmirdim ey! Borclu olanlardan pulumu almaqistəyirdim. İllərlə ayaq döydüm, pulu vermədilər, axırda mən də bezib oturdumyerimdə. Dedim ki, can da onların, cəhənnəm də onların...
Bax beləcə,oyuna düşən o qədər adam olur ki, bəzisi baş sındırıb o oyundan çıxa bilir,bəzisi də bataqlıqda batıb qalanlar kimi, ordan çıxış yolu tapmır. İndi o qədərsöz verən, vəd eləyən adamlar var ki?!Hamısı da söz verir, vəd eləyir, amma görürsən ki, vəd zamanı gələndəbir bəhanə ilə sürüşdü və aradan çıxdı. Bizdə də tez-tez yarmarka oyunları olur. Biri deyirki, bu yarmarkanın açılışı ilə hamı sevinəcək, hətta kasıblar çox ucuz qiymətəürəkləri istədikləri mer-meyvələri, qoz, fındıq, badam, ala biləcəklər.
Bəli, eləki, müxtəlif televiziya kanallarına baxırsan, görürsən ki, hansısa yarmarkadanbir süjet göstərilir. O, süjetdə də kimlərsə özünü reklam eləyir və camaatınqarşısında böyük-böyük işlər gördüyünü xatırladır. Amma dərinliyə varandagörürsən ki, orda böyük-böyük işlərdən və əməllərdən bir damla da bir şeyyoxdur. Ancaq böyük-böyük yalanlar var və bir də böyük-böyük aldadılanaztəminatlı insanlar var. Çünki bu insanları həmişə bayramqabağı yarmarkalarzamanı çoxları aldadır. Məsələn, deyirlər ki, yarmarkalarda bazarlarlamüqayisədə çox ucuzluq olacaq. Camaat da buna inanıb evindən zənbil, çanta vədigər şeyləri götürüb üz tuturlar yarmarkalara. Amma yarmarkalara gələndə nəgörsələr yaxşıdır?! Onlar kabab iyisinə gəlirlər, ancaq görürlər ki, burdaeşşək dağlayırlar...
Qiymətlərqalxıb çıxıb ceyran belinə! Onlar bir aşağı baxır, bir yuxarı, istəyirlərqəzəblərini kiminsə üstünə töksünlər. Bu zaman görürsən ki, həmin bazaranəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları böyürdən çıxdı vəbaşladılar yenidən yarmarkadakı ucuzluqdan boş-boş danışmağa. Bazara gələnadamsa görür ki, həmin şəxs həmişə boş-boş danışır və yalan vədlər verir, baxonda onun sifəti elə qızarır ki, sanki əsəbindən canını qoymağa yer tapmır.
Yarmarkayagələn görür ki, həm televiziyada çıxış edənlər, həm də Kənd TəsərrüfatıNazirliyinin əməkdaşları lap onları dolayıb. Axı bu qədər də ağ yalan danışmaqolar?! Yarmarkaya gələn onu da görür ki, 8-ci kilometr bazarı ilə müqayisədəburada heç bir fərq yoxdur. Bax, onda həmin adamın cin vurur başına! Ağzınıaçıb, gözünü yumur və dişinin dibindən çıxanı o nəzarətçiyə deyir:
- Bizidolamısınız, yoxsa özünüzü?! Heç ayıb deyil, burdakı qiymətlərlə bazar arasındanə fərq var? Hələ üstəlik də prezidenti və bizi aldadırsınız ki, yarmarkada hərşey ucuzdur?! Adamın Allahı olar, bizim hesabımıza pul qazanırsınız və sonra dabizimlə məzələnirsiniz...
Hə, beləməqamlarda yarmarkada hər şeyə nəzarət edən əməkdaşların da boğazları quruyur.Çünki o qədər yalan danışıb camaatı aldadıblar ki, axırda da insanlar onlarainanmırlar. Ona görə ki, camaat deyilənlərə yox, gördüyünə inanır!
Yaşlı birkişi isə yarmarkanı dolanıb zənbili boş geri dönür və deyir ki, elə burdanbirbaşa 8 Kilometr bazarına gedəcəm. Oturacam 1 nömrəli avtobusa və gedib ordanbazarlıq eləyəcəm. Ancaq bizi o yandırır ki, kənd təsərrüfatı naziri İsmətAbbasov televiziya kanalındakı çıxışında dedi ki, yarmarkalarda ucuzluqdu. Belədə ucuzluq olar? Düzdür, nazir bir-iki adama bazarlıq da elədi və onlarısevindirdi. Bir-iki adamı sevindirmək lazım deyil ey! Bütün aztəminatlıailələri bu əziz gündə sevindirmək lazımdır. Aztəminatlı ailələr isə mənim kimigəlib bahalıq olduğu üçün yarmarkadan bazarlıq eləyə bilmir və üz tutur"vasmoy" bazarına.
Bax belə.Bu bayram da deyəsən, kasıblar üçün oqədər ürəkaçan olmayacaq. Ona görə ki, imkansız adamlar baha qiymətə bayramsovqatı ala bilməyəcəklər. Əgər yarmarkalarda hər şeyin qiyməti ceyran belinəçıxıbsa, onda görün, bazarlarda nə vurçatlasındır. Dünyanın hər yerində bayramgünlərində çox şey ucuz olur, amma bizdə əksinədir. Bayramlarda hər şey bahalaşırvə bazarlar od tutub yanır. Bazarlara və yarmarkalara nəzarət etməli olanaidiyyəti qurumlar isə bayram günlərində ucuzluq yaratmaq əvəzinə camaatıngözünə kül üfürür və onların başını yalan vədlərlə aldadırlar.
İnsanı birdəfə aldatmaq olar, iki dəfə aldatmaq olar, uzaqbaşı üç dəfə aldatmaq olar.Amma Kənd Təsərrüfatı Nazirliyi və eləcə də yerli icra strukturları dəfələrləbayramlarda camaatı aldadır, onlarla məzələnir və ən nəhayət ucuzluq yaratmaqəvəzinə, özləri qaz vurub, qazan doldururlar! Bu yarmarka oyunları hələ ki,məmləkətmizdə neçə illərdir davam eləyir. Qoy "oyunçu" aparsın! Görəkbu işlərin axırı necə olacaq?!.
FAİQQİSMƏTOĞLU