ANA SƏHİFƏ / YAZARLAR

BİR XƏYAL YAZISI

Əbülfət MƏDƏTOĞLU

9872    |   2017-09-15 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözün işıqlı anı

Ürəyimdən səssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr, nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşların səsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın. Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı, düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm, ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim, onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...

Düşünə bilərsiniz ki, bu nə çətin işdi ki, bunu özünə dərd edirsən. Amma məntiqlə yanaşanda onda görürsən ki, hər kəsin istəyi çin olana qədər hansı çətinliklərdən keçir. Hətta bir stəkan bulaq suyunu içmək üçün də (Bakıda marketlərdə satılan bulaq suyundan getmir söhbət, bulağın gözündən içilən sudan danışıram mən- Ə.M.) həmin o bulağın yanına gedib çıxmaq bilirsiniz də nə deməkdi? Bilmirmirsinizsə, xatırladım. Bu həm vaxt deməkdi, bu həm maddi durum deməkdi, bu sağlamlıq, bu fiziki durum və nəhayət, bu həm də kimlərinsə izini, xeyir-duası deməkdi. İndi gördünüzmü, bir ovuc bulaq suyu içmək üçün bir dünya məsrəf, bir dünya səbəb var. Gəl indi onları aş görüm, necə aşırsan? Gəl indi bunları çöz görüm necə çözürsən? Ona görə də düşünməkdən, ürəyimdən keçənləri dilimə, sözümə gətirməkdən ehtiyat edirəm. Çünki doğru anlaşılmaya bilər, doğru yozulmaya bilər. Və nəhayət, bu dürüst anlaşılmazlıq hansısa qəlbi zədələyər, hansısa ruhu incidər. Onda necə deyərlər, Kərəmi də ağlamaq tutar...

Yeri gəlmişkən, bax elə bu mövzuyla bağlı yaşadığım bir məqamı xatırlayıram. Deməli, bir şeir yazmışdım. Onu indi sizə də təqdim edəcəm, sonra həmin məqama qayıdarıq.


İki əllə yapışıb

Saxlamaq istəyirəm...

Vaxtın hətta əl-qolun -

Bağlamaq istəyirəm...


Dondurmaq gəlib keçir

Vaxtı bəzən könlümdən...

İstəmirəm çəkilsin -

Sənli vaxtlar önümdən...


Bu istəklə sonadək

Yaşayaraq mən ölsəm...

Diriləcəm, ürəkdən -

İstəyimi sən bölsən!..


Bəli, bu şeirlə bağlı bir ürək dostum mənə bildirdi ki, söhbət hansı istəyindən gedir. Sual mənə yaman toxundu. Ona görə də birbaşa cavab verdim:

- Məgər mənim dirilməyimin hansısa bir istəklə bağlılığı var?

Bu cavabın ardınca ikinci bir cavab da gəldi dilimə və dedim:

- "Nəsimi" filmi yadındadı? Orda bir məqam var: Şəms deyir ki, "Dövlət bəyin ölüsü də gözəldi!" Bəlkə, mənə sual ünvanlayanda sən də bunu düşünürdün?

O gülümsədi və dedi:

- Sən gecələr yat, Dövlət bəy!

Hər şeyi başa düşdüm, mövzudan yayınmağı da, ironiyanı da. Amma öz-özümə həm də düşündüm ki, dərin hisslərə qapılmağın bəzən tuş gəldiyi elə nöqtələr olur ki, orda hətta meh də, şeh də adamın xətrinə dəyir. Ona görə də dərində üzmək başqadı, dərin hisslərə qatılmaq tamam başqa. Birində boğulmaq təhlükəsi, birində ağrımaq acısı...

***

Bu gün istənilən sözün başına ip salmaq, istənilən sözü min yerə çəkib aparmaq o qədər asanlaşıb ki, hərdən SÖZə yazığım gəlir. Amma sonra baxıb görürəm ki, heç SÖZün özü də az aşın duzu deyil. O da hər qədəmə, hər dilə könül verir. Bir də görürsən ki, adamın yeddi qatından keçir, bir də görürsən ki, göyün yeddinci qatındadı... bir də görürsən ki, ayaq altında... və nəhayət, bir də görürsən ki, könül oxşayır... Bax, belə bir ömür yaşayır SÖZ, belə bir meydan suvarır SÖZ!

Mən hamıya məlum olan, hamının hər gün qarşılaşdığı çalarları elə-belə, SÖZün xoşuna gəlmək üçün, SÖZə yarınmaq üçün yazmıram. Bilirəm ki, dünyanın harasında olur-olsun, yerindən, məkanından, zamanından asılı olmayaraq, SÖZ ünsiyyət üçün, münasibət üçün, anlaşmaq üçün mütləq gərək olur. Onu dillə deyə bilməyəndə də baxışla, yazıyla, hərəktələ çatdırırsan. Amma xəyalı bu cür çatdırmaq o qədər də alınmır. Çünki xəyalın dili, xəyalın ifadə vasitəsi olan SÖZ xəyalla xəyal quran arasındakı tellərdən asılıdı. O tellərə hər kəs toxuna bilmir. Necə ki, Ədalətin "Ruhani"sini heç kəs çala bilmir. Lap elə "Yanıq Kərəmi"ni də.

Deməli, bu prizmadan baxanda, bu nöqtədən boylananda onda görürsən ki, xəyal qurmağın nə boyda məsuliyyəti var, nə boyda yükü var, nə qədər zərifdi, nə qədər əlçatmazdı. Yəni xəyal qırıqlığına uğurlamaq, tuş gəlmək, elə bil ki, isti odun üstünə soyuq su tökməkdi... elə bil ki, diri ola-ola ölməkdi, bir növü kliniki ölüm... elə bil ki, əl-qolunun boşalıb yanına düşməsidi... elə bil ki, Məlikməmmədin düşdüyü quyuda kəndirsiz, nərdivansız qalmaqdı...

Bax, bu mənada mənim xəyalpərvərliyim həmişə isti aşıma soyuq su calayıb. Elə dünənimdə də, bu günümdə də... elə güvəndiklərimdə də, güvənənlərimdə də... Və nəhayət, çalışdığım, oturub-durduğum yerdə də. Çünki xəyal görünməzdi, əlçatmazdı, bir az da kor-kobud desəm, ruh kimi bir anlayışdı. Amma gerçəklik, necə deyərlər, oturub-durduğun yer, ordakı münasibətlər görünəndi, ordakı hərəkətlər izləniləndi. Deməli, bir az özünü ovcunun içərisində saxlamağı bacarmalısan. Bütün pərdələri qaldırmağa ehtiyac yoxdu. Bütün qapıları taybatay etmək, pəncərələri, nəfəslikləri Allahın ümidinə vermək yanlışdı. Çünki bunun sonrası var. O sonranı isə hər kəs bildiyi kimi düşünsün. Mən isə tamam başqa bir şey düşünürəm və düşündüklərimi də sizin üçün açıqlayıram.


Mən xəyal qururam - gecəm-gündüzüm

Xəyal içindədi - sadəcə xəyal...

Bir anlıq xəyal qur, sən də nə olar -

Məni xəyalların əlindən gəl, al!..


Nə uzaq gedirəm, nə də ki, yaxın

Sadəcə çevrəndə fırfırayam mən...

Özü öz içini səssiz əridən -

Dərdin əlindəki kirkirəyəm mən!..


Düşünmə xəyaldı günüm, ayım da

Düşün ki, xəyal da, gün də, ay da Sən!

Mənim ömür adlı özəl dünyamda-

Tanrının verdiyi şirin pay da sən!..


***

Yaşananlar o vaxt şirin olur, yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından, ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən, bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyim məqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımı özümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi "eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.

Buna görə də həm doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məni qınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isə ağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimi yanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, hətta açıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çox da gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümü qınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya. Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zaman da onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları, o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə öz yolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıyla gedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görə də paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı. Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə də bu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütün çalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyə sığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki, bu dünyanın "qaradaş"ı də göyərməsə, üstündə ot göyərdir. Axı, iradə Allahındı! Hökm onundu!

Şəxsən mən bir az pafoslu, bir az böyük görünsə də, əlimi ürəyimin üstünə qoyub deyirəm ki, bəli, məni necə, hardan vursanız da, onun ağrısı Allahımın və Sənin sayəndə bir məlhəm tapır. Və çəkilib bir təkliyə, bir kimsəsizliyə düşünürəm. Düşünürəm ki, içimdəki təkliyin diktəsi də Tanrıdan gəlir. Deyir ki, bu təkliyi misralara çevir və yaz:


Məni bu gecə vaxtı

Təkliyim danışdırır...

Tək sənə bəlli olan -

Çəkdiyim danışdırır...


Bir söz deyim, sən dinlə

Məni yuxulu bilmə...

Ruh oxşayan bir dillə -

Əkdiyim danışdırır...


Qaralıb dolmasam da

Saralıb solmasam da...

Şum yeri olmasa da -

Ləkliyim danışdırır...


Axşam, sabah günüm "ah"

Boynumdadı bir günah!

Arxasınca ay Allah -

Səkdiyim danışdırır!..

***

Deməli, bütün bu dediklərimdən, bu yazdıqlarımdan və sizin eşidib oxuduğunuzdan belə bir nəticəyə gəlirəm:

- Həyatda kimin necə olmasından asılı olmayaraq, qədəri yazan Allahdı! Ruzini verən Allahdı! Dərdi də dərd çəkənə verən yenə Allahdı!

Siz özünüz bu nəticəni silib ata da bilərsiniz, öz işinizdi. Amma mən güvəncim olan Allaha və Sənə üz tutub həmişə dediyim, etiraf etdiyim və bu yazıda da yazdığım o nəticəyə zaman-zaman yaxınlaşmışam, zaman-zaman özümü o nəticənin baxış bucağı altında görmüşəm, onu yaşamışam, ona toxunmuşam, onu görmüşəm. Elə bilirəm ki, sizin içinizdə inam və inanc olsa, siz onu mənim kimi qəbul edəcəksiniz...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK