nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | “Azərbaycanı bir region kimi yox, bir ölkə kimi tanıtmağa çalışırıq” - MÜSAHİBƏ Adalet.az | “Azərbaycanı bir region kimi yox, bir ölkə kimi tanıtmağa çalışırıq” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Azərbaycanı bir region kimi yox, bir ölkə kimi tanıtmağa çalışırıq” - MÜSAHİBƏ

42035    |   2017-09-11 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev ADALET.AZ-a müsahibə verib. O, müsahibəsində bir sıra məqamlara toxunub.

- Cənab səfir! Çexiya- Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz? Ölkəmizin maraqlarının qorunması istiqamətində hansı addımlar atılır?

- Son dövrlər Azərbaycanla Çexiya arasında əlaqələr intensiv şəkildə inkişaf edir. Yüksək vəzifəli şəxslər, parlament rəhbərləri, nazirlər vaxtaşırı Azərbayacana və yaxud Çexiyaya gəlirlər. Paralamentlərarası əlaqələr, iqtisadi əlaqələr inkişaf edir. Bu inkişaf digər sahələrdə də mövcuddur. Çexiyada Azərbaycan maraqlarının müdafiəsi məsələsinə gəlincə deyə bilərəm ki, bu yöndə də davamlı addımlar atılır. Əsas diqqətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sistemli iş aparmaq, Azərbaycanın haqlı mövqeyini bu ölkənin ictimai-siyasi elitasına çatdırmaq, münaqişə haqqında Çexiya ictimaiyyətinə ətraflı məlumat vermək, Ermənistanın yürütdüyü işğalçılıq siyasətini ifşa etməkdir. Bilirsiniz ki, Çexiya hökuməti münaqişə ilə bağlı öz konkret mövqeyini ortaya qoyub. Çexiya Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir. Bu möbqe dəfələrlə rəsmi şəkildə bəyan edilib

Bizim parlamentdə Çexiya-Azərbaycan Dostluq qrupu mövcuddur. Qrupun rəhbəri Çexiya parlamentinin spikeri Yanxa Maçdır. Bizdə isə bu qrupa vitse-spiker Valeh Ələsgərov rəhbərlik edir. Göründüyü kimi hər iki tərəfdə yüksək vəzifəli şəxslər qrupa rəhbərlik edir. Valeh müəllim 2016-cı ildə bura rəsmi səfərə gəlmişdi. Səfərin əsas məqsədi erməni-Azərbaycan münaqişəsi ilə bağlı Çexiya parlamentindən fərdi şəkildə bizə dəstəyin verilməsi idi. Səfər müsbət nəticələndi. Təbii ki, Çexiyada da ayrı-ayrı siyasətçilər ermənipərəst mövqedən Azərbaycana qarşı çıxış edirlər. Belə hallar var. Amma ümumilikdə Çexiyada olan iqtidar və müxalifət yönlü partiyalar bizi dəstəkləyirlər. Bizim universitetlərlə də sıx əlaqələrimiz var.

- Səhv etmirəmsə Çexiyanın bəzi ali təhsil ocaqlarında Azərbaycan tarixi fənni tədris olunur.

- Karlos Universitetində Azərbaycanla bağlı bir semestr kursu var və o kurs çərçivəsində mən də mühazirə deyirəm. Karlos Universiteti ilə yaxşı əlaqələrimiz var. Universitetdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr təhsil alırlar. Çox nüfuzlu təhsil ocağıdır. Biz də bu imkanlardan istifadə edib həmin təhsil ocağında münaqişə ilə bağlı həqiqətləri tələbələrə çatdırırıq. Hazırda Çexiyada 170-200 nəfər azərbaycanlı tələbə təhsil alır. Bizim gənclər vaxtaşrı müxtəlif aksiyalar keçirirlər. Burda da məqsəd əsas Azərbaycanın maraqlarının müdafiəsidi.

- Diasporaların təşkilatlanması hansı səviyyədədir?

- Çexiyada 700-ə yaxın azərbaycanlı yaşayır. Bu 2015-ci ilin statistikasıdır. Ola bilsin ki, son illər bu rəqəm 1000-ə yaxınlaşsın. Çexiyada olan diasporumuz hələ indi-indi formalaşır. Mənim əsas mövqeyim ondan ibarətdir ki, hər ölkədə bir yox, bir neçə təşkilat yaradaq. Diasporda müxtəlif təfəkkürə, dünyagörüşünə malik olan insanlar var. Ancaq bu təşkilatlar arasında mütləq effektiv əlaqələndirmə mexanizmi olmalıdır. Bundan əvvəl Kanadada işləmişəm. Təcrübə baxımından da bu fikirdəyəm ki, bir neçə təşkilatın yaranması məqsədyönlüdü. Bu cür müxtəlif səpgili təşkilatlar yaratmağa potensialımız da var. Karlos Universitetində çalışan azərbaycanlı bir müəllimi xüsusi vurğulamaq istəyirəm. 10 nəfərə yaxın nüfuzlu azərbaycanlı iş adamının biznes sahəsində fəalliyətini də qeyd edə bilərəm. Vaxtaşırı biz onlarla görüş keçiririk. Onlar bizim tədbirlərimizi dəstəkləyirlər.

- Bizdə olan məlumata görə, erməni diasporu 1980-ci illərdən, hətta ondan da öncə burda öz işlərini qurmağa başlayıblar…

-Hesab edirəm ki, Çexiyada güclü erməni diasporası yoxdu. Çexiyanın siyasəti həmişə praktiki elementlərdən ibarətdir. Ermənilər daim bizim münaqişəni dini münaqişə kimi qələmə verməyə çalışırlar. Ancaq bu cür "demoqoqiya” Çexiyada alınmır. Çexiya cəmiyyətinin 65 faizi ateistdir. Düzdür, parlamentində bəzi ermənipərəst siyasətçilər var. Amma onlar cəmiyyətə ciddi təsir göstərə bilmirlər.

- KİV-lərlə siz bir sıra görüşlər keçirirsiziniz. Səfirliyin jurnalistlərlə münasibətləri hansı səviyyədədir?

- Bizim müxtəlif KİV-lərlə əlaqələrimiz var və onlarloa vaxtaşırı görüşürük. İşçi naharlarımız olur. Müəyyən diskusiyalar təşkil edirik. Bu diskusiyaların əsas mövzusu turizm, mədəni, iqtisadi sahələrdə əkəkdaşlıq məsələlərinə, eləcə də erməni-Azərbaycan münaqişəsinə aid olur. Biz öz gücümüzdən istyifadə edib yerli KİV-lərlə əlaqələri yüksək səviyyədə qururuq və münaqişə ilə bağlı məqalələr dərc edirik.

- Azərbaycan çex tələbələrinə nə dərəcədə maraqlı gəlir?

- Azərbaycan bizim regionda ən güclü ölkədi. Amma çex tələbələri hələ də bizə bir ölkə kimi yox, region kimi baxır. Rus dili öyrənən tələbələr də bizim regiona maraq göstərir. İndi çalışırıq Azərbaycanı bir region kimi yox, ölkə kimi tanıdaq. Azərbaycanla bağlı kursda 10-15 tələbə var.

- Cənab səfir, yerli azərbaycanlılıarın, tələbələrin nə kimi problemləri var?

- Mən belə hesab edirəm ki, bizim Azərbaycanda problemimiz var. Bizim valideynlər övladlarını müstəqil həyata hazırlaya bilmirlər. Bununla bağlı müəyyən problemlər yaşanır. Müraciətlər azdı. İldə 4-5 tələbə problemlə müraciət edir. Çexiyada təhsil Azərbaycandan fərqlidi. Burda Qərb tipli Universitetlər peyda olub. Orda birinci il oxumaq çətin olur. Bir il keçəndən sonra artıq tələbələr uyğunlaşırlar. Burda Azərbaycan tələbə şəbəkəsi var. Biz çalışırq yardım göstərək. Bəzən tələbələrin səhhəti ilə bağlı problemləri olur. Çalışırıq onlara yardım göstərək. Bəzən tələbələr gəlib burda müstəqil həyat yaşayanda dərslərə diqqət yetirmirlər.

- Siz öncə Kanadada işləmisiniz. Kanadada işləmək maraqlı idi, yoxsa Çexiyada?

- Hər iki ölkənin öz xüsusiyyəti var. Kanada böyük ölkədi, böyük ərazidi. Eyni zamanda qeyd etməliyəm ki, Kanada hökuməti fəal xarici siyasət aparmır. O cəhətdən hansısa əlaqələrin yaranması Kanadada çətin idi. Onlar iqtisadi əlaqələrə, biznesə yardım proyektlərinə daha çox maraq göstərirlər. Onların regionumuzda heç bir siyasi marağı yoxdu. Amma Çexiya əksinə olaraq Azərbaycana böyük diqqət yetirir. Mədəniyyət və iqtisadi əlaqələrdə hökumət böyük rol oynayır. O cümlədən Çexiya hökuməti ilə işləmək daha asandı. Rus dili vasitəsilə onlar Azərbaycana gedib gəlir, iş adamları ilə iş birliyi yaradırlar. Amma təhsilə gələndə Kanadada təhsil alan tələbələrimizin sayı burdakından daha çoxdu. Orda alınan nəticə Çexiyadakından çox idi.

- Qarşıdıkı planlar barədə nə deyə bilərsiniz?

- Qarşıdakı planlardan danışmağı xoşlamıram. Onu deyə bilərəm ki, 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Bununla bağlı planlarımız var. Amma hələ ki bunu açıqlamaq istəmirəm.


Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Azərbaycan milli mövqeyinin Çexiya mediasında işıqlandırılmasının təşkili” layihəsi çərçivəsində çap olunub.




İmza:

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK