ANA SƏHİFƏ / YAZARLAR

Dünyanın bəzəyi

7790    |   2017-09-06 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyamızda o qədər gözəl, o qədər qəşəng və o qədər gözəlliklər var ki, saymaqla qurtarmaq olmaz. Əlbəttə, Allah-təala yer üzünü yaradanda ona hər cür gözəllik, füsunkarlıq və qeyri-adi görünüş verib. Amma bu gözəlliklərin içərisində bizim fikrimizcə, insandan böyük, insandan qüdrətli və insandan gözəl heç bir şey ola bilməz. Çünki insan yer üzünün əşrəfidir. Və yer üzündə hər şey də Allah-təala tərəfindən insanlar üçün yaradılıb. Mən bura bir fikri də əlavə etmək istəyirəm: həm də insan bu dünyanın bəzəyidir. Təbii ki, söhbət yaxşı insanlardan və əməlisaleh adamlardan gedir...

İnsan var ki, Allah-təala ona hər şey verib: istedad bəxş edib, savad verib və bir də böyük ürək verib. Aydındır ki, bu böyük ürək də hər insanda olmur. Və Allah-təala sevdiyi insanlara bir nur bəxş edib. Həmin adamların çöhrəsinə, sifətinə baxanda o nuru görmək elə də çətin deyil. Elə ki, onlarla üzləşirsən, söhbət eləyirsən, elə həmin anda, həmin məqamda o nuru və işığı duyursan....

Mənim də ötən əsrin 80-ci illərindən tanıdığım istedadlı jurnalist, yazıçı-publisist İdris Hacızadə məhz belə nurlu kişilərdəndir. O həm də Allahın sevdiyi və böyük istedad bəxş etdiyi bir ziyalıdır. Elə oldu ki, mən universiteti bitirib bir müddət başqa yerdə işləyəndən sonra yaxın dostlarım - istedadlı şairlər Vaqif Bəhmənli və Ağacəfər Həsənli dedilər ki, sənə bəs yeni iş yeri tapmışıq. Bu iş də Bakı Radio Zavodunda çıxan çoxtirajlı "İmpuls" qəzetiydi. Qəzetin redaktoru isə İdris Hacızadə idi. O, başqa bir qəzetdə redaktor vəzifəsinə təyin edilmişdir. Mən də bir neçə gündən sonra həmin müəssisəyə getdim. Qəzetdə işləyən Elmira Salmanova ilə görüşdüm və zavodun partiya komitəsinin katibi Telman müəllimin köməkliyi ilə əmrim verildi. Bu əmrə də Telman müəllim çox çətinliklə zavodun direktoru Kamal Alışova imza atdıra bilmişdi. Yəni mən İdris müəllimin işlədimiş olduğu kollektivdə fəaliyyətə başladım və onun necə böyük jurnalist olduğunun şahidinə çevrildim. Çünki İdris Hacızadə o qəzetdə işlədiyi dövrdə çox böyük iz qoymuşdu. Özünü istedadlı, peşəkar və təmiz bir jurnalist kimi təsdiq etmişdi. Biz də çalışırıq ki, İdris müəllimin qoyub getdiyi o ənənəni yaşadaq və davam etdirək. Çünki müəssisədə hara gedirdiksə, kimdən yazı yazırdıqsa, İdris müəllimi soruşurdular. Bax onda bir daha hiss etdim ki, mən necə bir vicdanlı və təmiz adamın işlədiyi kollektivə gəlmişəm...

İdris Hacızadə göy üzü kimi təmiz, bulaq suyu kimi aydın bir ziyalıdır. Bu cür adamlar və bu cür insanlar indiki zamanda barmaqla sayıla bilər. Daha doğrusu, belə adamları gecə vaxtı böyük filosof Diogenin sözü ilə demiş olsaq, çıraqla da axtarsan tapmaq olmur. Amma nə yaxşı ki, biz İdris Hacızadəni tanımışıq, yazılarını oxumuşuq və böyük səmimiyyətini görmüşük. Bəlkə də dünyada onun ən böyük var-dövləti təmizliyidir. Bundan böyük, bundan qiymətli var-dövlət ola bilməz. Çünki indiki zamanda belə təmiz, belə sadə və belə səmimi adamlar çox azdır. Ən azından ona görə ki, İdris Hacızadə olduğu kimi görünən ziyalıdır. Onu ötən əsrin 80-ci illərində necə görmüşəmsə, indi də o cür qalıb: sadə, səmimi və mehriban!

Sentyabrın 5-də İdris Hacızadənin 80 yaşı tamam olub. Amma heç kəs ona 80 yaş verməz. Belə ki, o, yaşından çox cavan və gümrah görünür. Ona görə gümrah görünür ki, onun ürəyində heç vaxt xəbislik, paxıllıq olmayıb... ona görə şən görünür ki, onun dünya boyda ürəyi var... ona görə çöhrəsində nur var ki, Allah onu çox istəyir...

İdris Hacı oğlu Məhərrəmov 1937-ci ilin sentyabrın 5-də Masallı rayonunun Boradigah kəndində (hazırda qəsəbə) kolxozçu ailəsində dünyaya göz açıb. Halal, zəhmətkeş bir ailədə dünyaya gələn bu insan elə ağlı kəsəndən də halal yolu seçib. Və bu halal yol da onu həmişə işığa, nura doğru aparıb. Onlar ailədə 8 övlad olublar. İdris müəllimin isə həyat yolu tamamilə başqa cür yaşanıb. O, orta məktəbin VII sinfini əla qiymətlə bitirəndən sonra Bakı Neft Texnikumuna imtahansız qəbul olur. Bir müddət neft mədənində operator işləyir. Sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıdandan sonra BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Oranı bitirib müxtəlif qəzet və jurnallarda çalışır. Uzun illər "Kino yenilikləri", "İmpuls", "Məşəl", "Yeni era" qəzetlərində baş redaktor, "And", "Gələcək gün", "Naxçıvan", "Faktlar" qəzetlərində, eləcə də "Zəriflik" jurnalında redaktor işləyib. 2010-cu ilin avqust ayından isə Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalında əvvəl müxbir, sonra isə redaktor vəzifəsində çalışır.

İdris Hacızadə gözəl jurnalist olmaqla yanaşı, istedadlı yazıçı, şair, tərcüməçidir. Onun bir-birindən gözəl mənsur və lirik şeirlərini böyük həvəslə oxumuşam. Bu mənada "İşıqlı ömür", "Qayıt, əzizim" kitabları çox maraqla oxucular tərəfindən sevilə-sevilə oxunub. Bu günlərdə isə "Dünyamızın bəzəyidir insanlar" kitabı işıq üzü görüb. Həmin kitabda da çox gözəl yazılar, portret oçerklər, məqalələr toplanıb. İdris müəllim indi daha böyük həvəslə, şövqlə yazıb-yaradır. Onun "Ürək deyir yaşa hələ" kitabı öz çapını gözləyir. Yazımızın əvvəlində qeyd etmişdik ki, onun böyük ürəyi var. Ürək heç vaxt yaşa baxmır. Çünki İdris Hacızadənin ürəyi cavan oğlanın ürəyi kimidir. Bu ürək yazmaqdan, yaratmaqdan heç vaxt doymur... bu ürək gənclik dövründəki kimi döyünür... bu ürək heç vaxt onu çətinə salmayıb... və bu ürək İdris müəllimə bu günə qədər çox sədaqətlidi... bu ürək onu 80 il yaşadır... hələ bundan sonra da nə qədər yaşadacaq, onu bir Allah bilir.

İdris müəllim Norveç dramaturqu B.Byörnsonun "Redaktor" adlı pyesinin Azərbaycan dilinə çevirib. Və tərcumə də rejissorlar tərəfindən dəyərləndirilib. Bircə qalıb həmin əsərin səhnələşdirilməsi... Onun 2 övladı, 3 nəvəsi var. Allah hamısını başacan eləsin! Və İdris Hacızadənin ürəyinə görə mükafatının da versin. İdris müəllim jurnalist olaraq çox mükafatlar alıb. Amma onun Allah tərəfindən verildiyi bir mükafatı var: göy üzü kimi təmizlik! Bu təmizlik hər adama və hər insana bəxş edilməyib... Bu, Allahın sevdiyi və seçdiyi insanlara verilir. Bəlkə də İdris müəllimin elə ən böyük var-dövləti çöhrəsindəki nur və bir də çoxlarında olmayan saf və təmiz ürəyidir. O ürək ki, İdris müəllimi bayaq dediyimiz kimi, 80 yaşın zirvəsinə çatdırıb. Bu yubiley münasibətilə ustad sənətkarı - gözəl jurnalist, şair, yazıçı, publisit İdris Hacızadəni təbrik edir, ona ağrımayan bir ömür arzulayırıq. Arzulayırıq ki, ürəyi ona həmişə sədaqətli olub və bu ürək onu 100 yaşın zirvəsinə çatdırsın!..

Faiq Qismətoğlu



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK