ANA SƏHİFƏ / YAZARLAR

BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ

Faiq QİSMƏTOĞLU

6575    |   2017-09-05 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu fikir və misra heç də mənə məxsus deyil. Bu fikir və bu misra əslən Şamaxıdan olan böyük şair Qürbət Əzizə məxsusdu. O, Qürbət Əziz ki, bu şeirilə bir möhür vurub. Bu möhür də ondan ibarətdir ki, millətin bütün keçmişini, bugününü və gələcəyini əks etdirib.

Bir vaxtlar böyük yazarlar Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə millətin zəif və qaranlıq tərəflərini elə hey öz yazılarında tənqid eləyirdilər. Tənqid eləyirdilər ki, bəlkə bu millət yuxudan ayıldı, silkələndi və yaxşını pisdən seçməyi bacardı. Bu böyük yazarlar nə illah eləsə də yatmış milləti bir o qədər də oyada bilmədilər. Düzdür, bəziləri yuxudan durub əsnədilər, gərnəşdilər və yenidən kəlləni atıb yatdılar…

Bir də gördük ki, balam, başqa millətlər aya uçur, nə bilim, qeyri-adi kəşflər eləyir. Amma bizimkilər isə uzaqbaşı bir-birilə savaşmağı, dalaşmağı və ayğından çəkməyi bacarırlar. Və bu gün də deyəsən bu proses elə davam eləyir. Nə qədər cəlil məmmədquluzadələr olsa da, nə qədər əbdürrəhim bəy haqverdiyevlər yazsa da, nə qədər üzeyir bəy hacıbəyovlar milləti yuxudan oyatmaq istəsələr də yenə qəflət yuxusundayıq. Şamaxıdan olan Qürbət Əziz də «bu millət Allahın möcüzəsidi» deyib onu qəflət yuxusundan oyatmaq istəyib. Ancaq millət elə ötən əsrin əvvəllərində olan millət kimidi. Hələ ondan bir az da vəziyyət qəlizdi…

Bütün millətlərin çatışmayan və qüsurlu tərəfləri var. Amma bütün millətlər bizimkilərdən fərqli olaraq sağa-sola baxıb başqalarında olan yaxşı cəhətləri öyrənirlər. Bizimkilər də sağa-sola baxırlar, amma heç nə görmürlər. Addım atırlar, yıxılırlar… qaçırlar, tövşüyürlər, yatırlar, yuxudan qalxmaq istəmirlər. Elə bil hər şeydən uzaq düşüblər… elə bil dünyada gedən bu işlərdən, irəliləyişlərdən, dəyişikliklərdən və inkişaflardan heç bir xəbər tutmuruq… elə bil biz yenə qış yuxusuna getmişik…

Vallah, millət deyilik e, başdan ayağa kefik. Birimiz bir uğur qazananda, bir sevincimiz olanda başqasının paxıllıqdan ürəyi partlayır. Deyir ki, niyə filankəs balasına qəşəng bir toy elədi, ev aldı? Bu paxıllıq ki, var onu heç vaxt müalicə eləmək olmur… o paxıllıq ki, var düz ölənə qədər adamın canından çıxmır… bu paxıllıq ki, var qozbeli qəbir düzəltsə də, heç onu qəbir də düzəltmir…

Başqa millətlər bayramlarda, xoş günlərdə hər şeyin qiymətini aşağı salır. Aşağı salır ki, qoy kasıblar da bayram günlərində süfrə açıb balalarını sevindirsinlər. Amma biz neyləyirik?! Biz isə bayram günlərində hər şeyin qiymətini iki-üç qat artırırıq. İnanmırısınız, Qurban bayramı gününü yada salın! Bir çox işbazlar həmin günü səbirsizliklə gözləyirdilər. Çünki ucuz qiymətə mal-qoyun alıb bazara çıxarmışdılar. Yaxşı da pul qazandılar. Amma sizi bilmirəm, bu bayram günündə mən sevinmədim. Ən azından ona görə ki, qonşuluğumdakı kasıb insanların üzlərinin güldüyünü görmədim. Heç onları imkanlı adamlar da yada salıb bu bayram günündə bir pay qurbanlıq ət də göndərmədilər. Hansı ki, aldığımız məlumata görə, Bakı şəhərində minlərlə qurbanlıq qoyun kəsilib. Onlar kimə paylanıb? Kimlərə verilib? Onu paylayanlar bilir, bir də o payı alanlar…

Həmin günlər internetdə çox maraqlı bir görüntüyə baxdım. Görüntü İstanbulda çəkilmişdi. Bir varlı iş adamı meyvə-tərəvəz bazarına girir, bazarın sahibi ilə danışır, hər şeyin qiymətini öyrənib satılan məhsulların hamısının pulunu ödəyir. Deyir ki, burda nə qədər məhsul var, onu kasıb adamlara paylayın. Amma mənim adımı heç kəsə deməyin. Kasıb adamlar da bazara girib mal alanda sevincindən gözləri dolur. Bütün kasıblar həmin günü qarpız, yemiş, pomidor, xiyar, badımcan və mer-meyvə alaraq evlərinə qayıdırlar. Bundan böyük savab iş ola bilər? Adını deməyən həmin iş adamın yeri cənnətlikdir.

Bəs bizim imkanlı adamlarımız bu cür addımı niyə atmır? Hansı ki, bizdə də kifayət qədər belə imkanlı adamlar var. Ona görə atmır ki, bizimkilər ancaq özləri haqqında, balaları haqqında, qohum-əqrabası haqqında düşünür. Nə vaxta qədər ki, biz özümüz barəsində, qohum-əqrabamız haqqında düşünəcəyik və həmişə də bax, beləcə yerimizdə sayacağıq. Böyük şair Qürbət Əziz çox gözəl deyib: «Bu millət Allahın möcüzəsidi…»





İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK