Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ramin Musayev:"Hamımız günahkarıq" - MÜSAHİBƏ Adalet.az | Ramin Musayev:"Hamımız günahkarıq" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Ramin Musayev:"Hamımız günahkarıq" - MÜSAHİBƏ

37159    |   2017-08-28 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Adalet.az-a müsahibəsi

-Ramin müəllim, Azərbaycan çempionu Qarabağ Avro Kuboklarda bir ilkə imza atdı. Maraqlıdır, siz bu oyunu necə izləyirdiniz, o anları necə yaşadınız?

-Azərbaycan komandalarının Avro kubokdakı oyunlarını canlı izləyirəm. Sağ olsun, AZTV rəhbərliyi bu şəraiti bizə yaradıb. Qarabağın oyununun nəticəsini hələ oyundan əvvəl demişdim. Qurupdan keçməyinə də böyük inamım var idi. Hissiyyatım mənə deyirdi ki, Qarabağ bu mərhələni keçəcək və belə də oldu. Ancaq buna baxmayaraq həyəcan var idi. Oyunu televiziyadan canlı izləyirdim. Təzyiqim artmışdı. Ürək döyüntülərim çoxalmışdı. Bütün bunlara baxmayaraq hisslərim özünü doğrultdu. Qarabağ bizə bu sevinci yaşatdı. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını, o cümlədən Qarabağ Futbol Klubunun rəhbərliyini, məşqçi, və oyunçularını təbrik edirəm.

Hamımızın bir əqidəsi var. Bu torpaqda yaşayırıq, bu millətin övladlarıyıq. Millətimizə, torpağımıza layiq işlərimizi görməliyik. Şükür Allaha ki, Allah əməyimizi dəyərləndirdi. Dövlət Proqramı qəbul olunanda hamı deyirdi ki, Azərbaycanda Futbol yoxdur, olmayıb, olmayacaq da. Ancaq biz bu gün həmin proqramın nəticəsini görürük. Neftçi, Qarabağ, Qəbələ kimi klublarımız avrokuboklarda öz sözünü deyirlər. İnteri götürək. Öz daxili imkanları hesabına, hətta bu kluba qarşı hakim ədalətsizliyi olmağına baxmayaraq bu yolda irəliləyirlər. Bilirsiniz, biz bəzən klublarımızdan çox şey istəyirik. Vaxtilə bir mərhələdən digərinə keçəndə böyük bayram edirdik. Sevinirdik. İndi klublarımızdan daha böyük nailiyyətlər istəyirik. Bu da normaldır.

-Ölkə başçısı cənab İlham Əliyev Qarabağ Futbol Komandasını qəbul edən zaman Azərbaycan futbolunun yeni mərhələyə qədəm qoyduğunu bildirdi...

-Ölkə rəhbərinin Qarabağ Futbol Klubunun şəxsi heyətini qəbul etməsi bir daha onu deməyə əsas verir ki, cənab prezident Azərbaycan idmanının inkişafında maraqlıdır. Bu görüş futbolçulara, eyni zmanda futbol ictimaiyyətinə böyük ruh yüksəkliyi verdi. Qəbuldan sonra bir sıra klub rəhbərliyi ilə görüşümüz oldu. Onlar bir daha etiraf etdilər ki, cənab prezidentin keçirdiyi qəbul onlarda yüksək stimul yaradıb. Bu, gözəl ənənəyə çevrilib.

Bizim də borcumuz odur ki, keçirdiyimiz çempionat ədalətli olsun. Kim hansı yerə layiqdirsə, necə oyun oynayırsa, ədalətli yerdə qərarlaşsın. Sağ olsun, AFFA rəhbərliyi bizə şərait yaradırlar. Hakimlərimiz təlim məşq toplantısına qatılır. Onların geyimi, digər avadanlıqlarla təmini həyata keçirilir. Bu gün hakimlərimiz də oyunları normal idarə edir.

-Qeyd etdiniz ki, Dövlət Proqramı həyata keçirilib. Bu proqramda qarşıya hansı məqsədlər qoyulmuşdu?

-Dövlət Proqramı geniş arenanı əhatə edən bir sənət idi. Bu sənətdə Azərbaycan futbolunun inkişafı ilə bağlı bütün incəliklər nəzərə alınmışdı. Biz də bu proqramın icraçıları olaraq öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirdik. İndiki məqamda şükürlər olsun ki, klublarımızın öz stadionları var. Vaxtilə bir stadionda 2-3 oyun keçirilirdisə, indi bu oyunlar ayrı-ayrı stadionda keçirilir. Qəbələdə 6 stadion var. Gəncə bu yöndə düşünür. Tovuz və digər bölgələrdə də stadion problemi aradan qaldırılır. Bir az yaralı yerimiz Bərdə, Ağcabədi, Füzuli rayonlarıdır. Yaxın vaxtlarda bu rayonlarda da yeni-yeni stadionlar tikilib istifadəyə veriləcək.

-Uşaq futbolunun inkişafı istiqamətində hansı addımlar atılır?

-Uşaq futbolunun inkişafı ilə bağlı müəyyən işlər görülür. Ötən günlərdə bizim vitse-prezident, millət vəkili Rauf Əliyevlə görüşdüm. O, Oğuzda yeni stadionun açılışından gəldiyini bildirdi və qarşıdakı planlarından danışdı. Regionlarda uşaq futbolu ilə bağlı sistemli iş aparılır. AFFA-nın təşkilatçılığı ilə uşaqlar arasında yarışlar təşkil edilir. Oyunların idarə olunması, topla təmini həyata keçirilir.

-Bölgələrdə futbolun inkişafına nə mane olur?

-Bölgələrdə nəinki futbol, idmanın digər sahələri inkişaf edir. Sadəcə yuxarıda qeyd etdiyim kimi, biz çox şey istəyirik. Məsələn, deyirlər ki, regionlarda bu qədər Olimpiya Kompleksləri tikilib. Ancaq istifadəsizdir. İnanın, özüm ötən günlərdə Şəmkir Olimpiya Kompleksində oldum. Orda yaradılan şəraitlə tanış oldum. İdmançılar üçün yaradılan şərait o qədər yüksək idi ki, hətta sözügedən idman kompleksində sambo, güləş, voleybol və digər idman növləri ilə məşğul olan uşaqları görəndə çox sevindim. Demək istəyirəm ki, regionlarda olan idman komplekslərinin hamısı fəaliyyətdədir. Regionlarla bağlı işləri İsgəndər Cavadov həyata keçirir. İnşallah yaxın zamanlarda bunun nəticələrini görəcəyik.

-Futbolun inkişafı ilə bağlı hansı problemlər yaşanır...

-Ən böyük problemimiz azarkeşlərlə bağlıdır. Məsələn, Kopenhagendə azərkeş o qədər çox gəlmişdi ki, 20-30 faizi oyunu stadiondan izləyə bilmədi. Azərkeşlər görür ki, oyun maraqlı keçəcək. Gəlirlər. Bizim daxili çempionatlarda isə bu problem yaşanmaqdadır. Burda tək azərkeşləri qınamaq olmaz. Burda hamımızın günahı var. Klub rəhbərlərinin də, sizin də, mənim də hər kəsin günahı var. Ancaq ümumilikdə götürəndə klub rəhbərliyinin günahı daha böyükdür. Hərdən işdən yorğun çıxanda məhəllədə gəzirəm. İnanın, mənə xoş olmayan bir mənzərə ilə üzləşirəm və bu məni çox incidir. Deməli, balaca uşaqlar küçədə gəzirlər. Onların əynində xarici klubların formalarını əks etdirən koftalar olur. Düşünürəm ki, axı niyə bizim klubların formaları yoxdur? Vaxtilə Neftçidə çalışdığım vaxtlarda mən bu problemi demək olar ki, aradan qaldırmışdım. Türkiyədən sifariş etdiyimiz formaları azərkeşlər arasında paylayırdıq. Bu sistem bizdə işləmir. Azərbaycanda yaxşı futbolçu var. Ancaq biz bu təbliğatı edə bilmirik. Ukraynada istirahətdə olan zaman mənə dedilər ki, sizin bir futbolçunun maykası yoxdurmu bir baxaq?? Çox pis oldum. Bu gün klublarımızın marketinq şöbəsi işləmir. Baxın hansı klubumuzun satış mağazası var? Demək olar ki, heç birinin və ya olsa da qiymətlər od belində. Əgər klub öz formasını tanıtmaq, özünü tanıtmaq istəyirsə, onda bir sıra addımları atmalıdır. Türkiyədə verilişə baxıram, aparıcı 3 yaşında uşaqa sual verir ki, hansı futbol klubunu tutursan? Uşaq elə gözəl və səlis şəkildə bu suala cavab verir ki... Ancaq gəl ki, bizdə nəinki 3 yaşında uşaqdan, 15-20 yaşında olan gəncdən sorussan ki. hansı klubumuzu tutursan? Cavab verməyə çətinlik çəkəcək.

Klublar azerkeşlərlə işləməlidirlər. Azərkeşçiləri hakimləri, futbolçuları söyməyə öyrətməməlidirlər. Bu gün mən heç bir klubu məcbur edə bilmərəm ki, siz işinizi bu istiqamətdə qurun. Biz tövsiyə edə bilərik. Deyirik də.

Son olaraq onu deyim ki, bizi çox böyük sınaq gözləyir. Çelsi, Ateletiko Madrid, Roma kimi dünya nəhəngləri ilə oynayacaq, Qarabağımıza dəstək olmalıyıq.

Ədil Ədilzadə




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK