Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Namiq Mehdiyev: “Bu gününə, bu anına çox bənd olma, buda keçər!" Adalet.az | Namiq Mehdiyev: “Bu gününə, bu anına çox bənd olma, buda keçər!" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Namiq Mehdiyev: “Bu gününə, bu anına çox bənd olma, buda keçər!"

51270    |   2017-06-28 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pauerliftinq yığma komandasının üzvü, Respublika çempionu, dəfələrlə beynəlxalq turnirlərin və Avropa çempionatının qalibi Namiq Mehdiyev.

-  İlk olaraq səni daha yaxından tanıyaq. İdman kariyerandan danışaq

 - Mən Namiq Mehdiyev Emin oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Fikrət Tağıyev adına 72 saylı liseydə oxumuşam. 2003-cü ildə məktəbi bitirmişəm və həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. 2007-ci ildə universiteti bitirmişəm və həmin ildə də hərbi xidmətə getmişəm.

İdman kariyerama universitetdə oxuya-oxuya başlamışam. İlk olaraq, karate ilə məşğul olmuşam. Karatedə də bir çox uğurların sahibi olmuşam. Sonra isə həvəskar şəkildə ştanqla məşğul olmağa başladım. Fiziki gücümün yaxşı olduğunu düşünərək, peşəkar şəkildə pauerliftinqlə məşğul olmağa başlamışam. Mənə bu yolda dəstək olanlardan biri də ilk müəllimim Rövşən müəllimə minnətdaram. Həmin illərdə yarışlarda iştirak eləmişəm. Amma hərbi xidmətə getdiyimə görə və geri döndüyüm zaman da Azərbaycandan kənar yaşadığıma görə peşəkar olaraq kariyeradan uzaqlaşdım. Uzun müddət ara verməyimə baxmayaraq, 2015-ci ilin axırlarından ciddi məşqlərə başladım. 2016-cı ilin sentyabr ayında Respublika çempionatında iştirak elədim. Həmin çempionatın gümüş medal sahibi oldum. Sonra Gürcüstanda keçirilən "Beynəlxalq turnirdə” iştirak elədim və qızıl medala sahib oldum.

Beləliklə, peşəkar kariyerama davam elədim.

-  İlk yarış, ilk qələbə, ilk uğur! Yəni ilklər yaddan çıxmır.

- Təbii ki, hər şeyin ilki yaddan çıxmır. Amma buna baxmayaraq mənim ilk yarışım yadımdan çıxıb. (gülür)

Zədəsiz idman olmur. Naxçıvanda keçirilən "Beynəlxalq turnirdə” ciddi zədə almışdın?Bu zədə sənə Rusiyanın Soçi şəhərində keçirilən Avropada çempionatında hansı çətinliklərlə üzləşdirdi?

-Bəli. Mən üçnövçülükdən yarışa çıxıram. Siz bilirsiniz ki, pauerliftinqin üç növü vardır; squat, benchpress, deadlift. Naxçıvanda keçirilən beynəlxalq turnirdə çox güclü zədə aldım. Təbii ki, buda Soçidə keçirilən yarışa hazırlıqlarıma mane oldu. Buna baxmayaraq 100 kq çəki dərəcəsində iştirak elədim və Avropa çempionatının qalibi oldum. Mənim üçün sevindirici qələbə idi. Hazırlıqsız getdiyimə görə düşünmürdüm, uduzaram ancaq şükürlər olsun ki, qələbə qazanaraq qızıl medalın sahibi oldum.

-  Pauerliftinq güc tələb edən və demək olar ki, ən çətin idman növlərindən biridir. Pauerliftinqlə bir çox xanım idmançılarımız məşğul olur. Bir idmançı kimi münasibətin?

 - Hər kəsin təbii ki, subyektiv fikri var. Mənim şəxsi subyektiv fikrim budu ki, idmanın cinsi olmaz. Qadın və yaxud da kişi! İdmanda bir məqsəd var: qalib gəlmək, bayraq dalğalandırmaq və himni səsləndirmək. Bayraq qaldıran xanımlara isə mən ən azı bayraq qaldıran kişilər qədər hörmətim var.

Bəs xanım pauerliftinqçilərdən kimi bəyənirsən?

 - Məqş yoldaşım olduğuna görə və həqiqətəndə öz üzərində ciddi işlədiyinə görə Zərifə Hüseynovanın adını qeyd eləmək istəyirəm. Buna baxmayaraq digər xanım idmançılarımızada böyük hörmətim var.

Hər bir işdə problem olduğu zaman ruh düşkünlüyü olur. O, ruh düşkünlüyünü necə aradan qaldırmağa çalışırsan?

 - Mənim üçün problemlər və uğurlar sadəcə həyatın növbəti mərhələsidir. Problemlərim olduğu zaman depresiyaya düşmürəm. Hətta uğurum olduğu zaman da mən bunu normal qəbul edirəm və abartılı şəkildə onu birüzə vermirəm

Buna aid qısa bir stat var onu demək istəyirəm: Bir gün bir şah vəziri çağırır və deyirki mənə ölkənin, vilayətin ən güçlü zərgərini gətir. Onlar zərgəri gətirirlər. Zərgərə deyir ki, mənə elə bir zinyət əşyası düzəlt ki, mən çox varlı və ya çox kasıb olsam belə başımı itirməyim. Zərgər şaha üzərində yazı qeyd olunan üzük düzəldir. Üzüyün üzərində yazılıb ki, "bu gününə, bu anına çox bənd olma, buda keçər”!

Yarışlardan qabaq ciddi məşqlər olur. Bəs olub ki, hər hansı yarışda hazırlıqsız iştirak etmisən?

 - Bəli olub. 03-07 iyun 2017-ci ildə Soçidə keçirilən Avropa çempionatında hazırlıqsız iştirak eləmişəm. Qətiyyən hazırlaşmamışdım. Bu həm Naxçıvanda aldığım zədə, həm də işlərimlə bağlı olan problemlərə görə idi.

Ø Sənə baxanda elə bilirəm ki, hər şeyi ciddi qəbul edirsən. Kənardan belə görünür. Yəni, elə siman varki insan söz deməyə belə çekinir. Bu eqaist simanın səbəbi nədir.

Bunu mənə çox deyiblər. Qıraqdan çox sərt və eqoist görünürsən. Amma yaxından tanıyanlar bilirlər ki, elə biri deyiləm. Çox gülməyi sevən biri də deyiləm. Əslində yeri gələndə gülən, yeri gələn də isə sərt oluram. Yəni qısacası insana görə dəyişirəm.

Ø İnsan elə bir peşə seçir ki, şəxsi həyata pis təsiri olmasın. Amma bəzən bunun əksi olur. İşin, peşən və şəxsi həyatın bir-birinə zidd olan nəisə varmı?

Bəli ziddiyyətlər qaçılmazdır. Belə deyərdim ki, bizim idman növü qeyri olimpiya idman növü olduğu üçün işləmədən sırf idmanla məşğul olmaq qeyri-mümkündür. Ona görə bəzən işimlə əlaqədar olaraq məşqlərimə davam edə bilmirəm. Daha çox səbəb isə işlərimin ölkədən kənar olmasıdır. Hətta orda olmağıma baxmayaraq çalışıram ki, vaxt tapım, məşqlərimə orda da davam edim. Qaldı ki, şəxsi həyatımla işim və ya idmanım arasında heç bir ziddiyyət və problem ola bilməz.

Gələk şəxsi həyata! 32 yaş və bu o deməkdir ki, evlilik yaşlarının içindəsən. Səni sevən xanımları sözün yaxşı mənasında nə zaman məyus edəcəksən?

 - Bu hal-hazırda mənim üçün də üçün açıq sualdır. Hələ bu haqda konkret heçnə deyə bilmirəm. Qismət deyək! (gülür)

Son olaraq hansı fikirlərini bizimlə bölüşmək istəyərdin!

Bizə göstərilən dəstəyə görə başda Azərbaycan Pauerliftinq federasiyasının prezidenti Ələddin Əliyevə, baş məşqçimiz Şəmsi Bayramova və mənə hər zaman məşqlərdə dəstəyini , köməyini əsirgəməyən dostum Vüsal Mərdanova xüsusi təşəkkürümü bildirirəm. Ən sonda isə mənə hər zaman öz dəsdəyini əsirgəməyən, hər yarışımda sponsorluq edən "Şərbətli” şirkətlər qrupuna təşəkkür edirəm.




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK