ANA SƏHİFƏ / YAZARLAR

İradə TUNCAY: J F K

(Yazarın arxivindən)

56123    |   2017-05-30 12:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O dövlət çiçəklənərdi ki, onun ya hökmdarları filosof olsun, 

ya da filosofları hökmdar

Platon

Çoxlarından fərqli olaraq Amerikanın, amerikan həyat tərzinin, amerikan xülyasının pərəstişkarı deyiləm. Əksinə, çox hallarda harın, yekəxana, özbaşına amerikalılara - özlərini dünyanın yiyəsi zənn edib, hər kəsə yaşamaq öyrədən amerikalılara bir qıcıq da duymuşam. Amma bu qüdrətli dövlətin tarixində ayrı-ayrı şəxsiyyətlər var ki, cəmi iki əsrlik bir ölkənin - xatirələri, yaddaşı olmayan bir ölkənin simasını, obrazını yaradıblar.

Mənimçün uşaqlığımdan bu günə Amerikanın obrazı dəfələrlə dəyişib. Burda Vyetnama bomba yağdıran, Ancela Devisi dustaq edən Amerika var. Bu, televizordan eşitdiyi hər xəbərə inanan bir uşağın Amerikasıdır. Sonra öz yaşadığı ölkəni həbsxana sayan, kapitalist ölkələrindəki demokratiya eyforiyasına uymuş gənc tələbənin inandığı azad Amerika var. Və sonra həmin bu azad ölkənin başqa xalqlara gətirdiyi faciələri ağlıyla dərk edib anlayan yetkin insanın tanıdığı Amerika var. Bəlkə yaşım artdıqca mənim də Kolumb kimi Amerikanı yenidən kəşflərim olacaq - deyə bilmərəm. Amma bu dəyişkən Amerikada daim rəğbət bəslədiyim, bəlkə də sevdiyim bir obraz var - Con Fitscerald Kennedi.

Əslində mən onun həyatının son günləri haqqında Uilyam Mançesterin yazdığı "Prezident Kennedinin qətli" əsərini uşaq vaxtı oxumuşdum. Və sonralar müxtəlif filmlərdə, bəlgəsəllərdə o məşhur qətl hadisəsinin bu günə qədər uzanan izlərini görmüşdüm. Hər dəfə televiziya ekranlarında o kadrları təkrar-təkrar seyr etdikcə, hər dəfə XX əsrin ən müəmmalı qətllərindən sayılan bu faciədə yeni-yeni faktlar aşkarlandıqca mənimçün- siyasətdən bu qədər uzaq, adi, sıravi bir insan üçün - siyasətin, hadisələrin istiqamətini, yönünü dəyişmiş, dünyanın mənzərəsini dəyişmiş bir insan fiqurunun konturları daha qabarıq, daha aydın görünür...

***

2007-ci ilin may ayının 29-da Con Kennedinin 90 yaşı tamam olur. (Yazı 10 il əvvəl yazılıb -Redaksiyadan) Kino lentlərindən, fotolardan bizə sirayət edici təbəssüm, ovsunlayıcı baxışlarla baxan prezident hər zaman cavandır.

XX əsr Amerikasının düşüncəsinə bu qədər nüfuz edə bilən ikinci bir lider olmadı. Yaşadığı dövr də onun və müasirlərinin yaşamını daha maraqlı, rəngarəng eləmişdi.

Ağ evdə keçirdiyi 1000 gün hadisələrlə zəngin zaman kəsiyi idi. Bu min gün ərzində XX əsrin ikinci yarısında dünya müharibəsindən sonra ən gərgin krizis - Karib krizisi baş vermişdi. Uzun illər davam edəcək Vyetnam müharibəsinə hazırlıq gedirdi. ?ünümüzə qədər uzanan Kastro diktaturasını yıxmaq cəhdi olmuşdu. Yeni dünya müharibəsinin astanasında dayanan planet böyük, qlobal faciələrdən məhz onun uzaqgörən, çevik siyasi fəaliyyəti nəticəsində qurtulmuşdu. Onun həm də nümunə sayıla biləcək bir bioqrafiyası da vardı. Zəngin irland-katolik ailəsində doğulmuşdu. Harvardda təhsil almışdı. Atasının Londonda səfir olduğu dönəmlərdə uzun müddət Avropanı gəzib-dolanmaq, almanların (yəni faşizmin) dirçəlişini yaxından izləmək imkanı əldə etmişdi. Zəif orqanizminə rəğmən Hərbi-Dəniz Donanmasının tərkibində II Dünya müharibəsinin iştirakçısı olmuş, ağır yaralanmış və 1943-cü ildə baş leytenant rütbəsilə ordudan tərxis edilmişdi. Müharibədə həlak olmuş böyük qardaşından sonra ailəsinin göz bəbəyi, ümid yeri idi. Atasının onunla bağlı gələcəyə yönəlik planları vardı. Amerikada bütün nüfuzlu ailələrin arzuları Ağ Evlə, Oval kabinetlə bağlı olur. Con Kennedi də atasının, bağlı olduğu klanın ümidlərini gerçəkləşdirmək üçün siyasi karyerası haqqında düşünür. Gözəl natiqlik istedadı və iti publisist qələmi bu yolu hamarlaşdıra biləcək amillər olur. Populist çıxışlarla diqqəti cəlb etməyi bacarır. Məsələn, Afrika və Asiyanın müstəmləkədən qurtulmasını alqışlayır, fransızların Əlcəzairdə yeritdikləri siyasəti tənqid edir. Şablon düşüncə ilə tərbiyələnmiş "Ağ Ev" istiqamətinə yeni rüzgarlar əsməkdədi.

XX əsrin Amerika tarixinə bu əsrin övladı olan yeni insan daxil olur. Ağ Evdə ilk katolik, ilk dəfə qara dərili vətəndaşların səs çoxluğunu qazanan, həyata və məişətə yenicə daxil olmuş TV-nin nüfuz dairəsindən istifadə edə bilən ilk namizəd. Mətbuatla işləməyi bacaran və sevən, ünsiyyətcil şəxs.

1961-ci ildə prezident seçkilərində qələbə çalanda onun cəmi 44 yaşı vardı. Və bu cavan, boy-buxunlu, yaraşıqlı kişinin prezident seçilməyində bu amillərin də öz yeri vardı. Amerikalılar özlərinə lider seçəndə onun xarici görkəminə də fikir verirlər. Kennedinin - zərif, gözəl xanımı Jaklin də bu şounun tərkib hissələrindən biri idi. Ancaq "Ağ Ev"də keçirdikləri günlər onların heç də xoşbəxt günləri sayılmayacaqdı. Sonralar hadisələrin qaynar çağlarında Kennedinin göstərdiyi müdriklik sübut etdi ki, prezidentə yalnız boy-buxun, gözəl xarici görkəm bəs eləmir. Birinci və ən vacib şərt onun ağlıdır. Hakimiyyətdə olduğu iki il ərzində ona münasibət birmənalı olmamışdı. Onu kommunizmə yumşaq münasibətdə də günahlandırırdılar, "soyuq müharibənin" tərəfdarı kimi də ittiham edirdilər, qadın düşgünü də adlandırırdılar.

Eyzenhauerin hərbçi dövlət yönətimindən sonra Kennedinin demokratiyaya meyli, fərdiyyətə dayanan rəhbərlik üslubu qeyri-adi qarşılanırdı. Bu dəyişmələrin cəmiyyətə təqdim olunma prosesinin özü də yeniləşirdi.

Televiziyanın yardımıyla xalqa yaxınlaşmağa çalışan prezident, həm də mütəmadi keçirdiyi mətbuat konfranslarında xüsusi hazırlıqsız-filansız jurnalistlərin çoxsaylı suallarına cavab verə bilirdi. Onun dövründə Amerika prezidentlərinin xarici ölkələrə böyük səfərlər edib, böyük qardaş ideyalarını yeritmək siyasətinin əsası qoyulurdu. Linkoln, Teodor Ruzvelt, Vilson və Franklin Ruzveltdən sonra amerikalılar yenidən xarizmatik liderlə rastlaşdılar. Qərbi Berlində etdiyi məşhur nitqindən sonra alman qəzetləri yazırdılar ki, "O, ətrafında soyuq işgüzar və açıq səmimi atmosfer yarada bilir".

İrqi məsələ XX əsr Amerikasının ən zəif nöqtəsi idi. Kennedi hesab edirdi ki, qaradərili vətəndaşların diskriminasiyası Amerikanın demokratik ideallarıyla uzlaşmır və bütün vətəndaşların hüququ qorunmursa, bütövlükdə millət azad deyil. Ancaq cənub ştatlarında onun bəyanatlarını qəzəblə qarşılayırdılar.

60-cı illər bəşəriyyətinin yeni bir eraya qədəm qoyduğu dövr idi. Kosmosun fəthi və nüvə erası. Belə məsələlərdə çox ehtiyatlı davranan Kennedi açıq qarşıdurmaya getməkdən çəkinirdi. Kuba və Berlin məsələlərin həllində onun soyuqqanlı davranışı bəşəriyyəti yeni dünya müharibəsi təhlükəsindən xilas etmişdi. 1961-ci ildə rusların Berlin divarını tikməsi hələ də birləşmək arzularıyla yaşayan almanları şoka salmışdı. Kennedi konflikti dərinləşdirmək istəyində deyildi. 1962-ci ilin oktyabrında isə Kuba məsələsi böyük gərginlik yaratdı. Ruslar Amerikanın burnunun dibində nüvə başlıqlı raketləri Amerikaya tuşlayıb gözləyirdilər. Ancaq Kennedi yenə güzəştə gedir. Hərbçilərin Kubaya desant çıxarmaq və raket mövqelərini bombardman etmək təkliflərini rədd edir. O, açıq müharibələrə girməkdən çəkinirdi, amma təbii ki, Amerikanın maraqları naminə hər hansı bir regionu da diqqətdən kənarda qoymaq istəmirdi. Çin və Sovet İttifaqı arasında münasibətlərin kəskinləşməsi onu ümidləndirmişdi ki, Moskvanı Çinin nüvə proqramı əleyhinə birgə mübarizəyə cəlb etsin.

Kennedinin bəxtinə elə bir dövr düşmüşdü ki, bu vaxt bütün dünyada maraqlı, özünəməxsus, müstəqil siyasət yürütməyə meylli, inadkar liderlər hakimiyyətdə idi. Bir tərəfdən Nikita Xruşşov, bir tərəfdən Mao, Fransada Şarl de Qoll, Misirdə Camal Əbdül Nasir, Almaniyada Konrad Adenauer... Amerikanın Qərbi Avropanı qanadı altına alıb öz iradəsini diktə etmək cəhdləri iflasa uğrayırdı. Bu da prezidenti tənqid hədəfinə çevirirdi. Amma bugünki- dünyaya meydan oxuyan Amerikanın əsas daşlarının təməlini Kennedi qoymuşdu.

Şəxsi həyatı da danışmaq üçün mövzu verirdi. Qardaşı Roberti və yeznəsini böyük vəzifələrə təyin etməsi, o biri qardaşı Edvardın senator seçilməsi də Kennedini qınaq obyektinə çevirmişdi. O dönəmin şərhçiləri qeyd edirlər ki, amerikalılar heç vaxt monarxiyaya Kennedilərin vaxtında olduğu qədər yaxınlaşmayıblar.

Kennedi XX əsr tarixinin faciəli fiqurlarından biri idi. Çox zaman problemləri ilə üzbəüz, tək-tənha qalan bu şəxs güclü, yırtıcı klanlarla, qruplaşmalarla da yalnız başına mübarizə aparırdı. Və bu mübarizə sonluqda 1963-cü ilin 22 noyabrında Texasın Dallas şəhərində, məşhur Dili Plaza küçəsindəki qətllə nəticələndi. Onun ölümündə çoxları maraqlı idi. Hamının gözü qarşısında baş vermiş bu hadisəni edam kimi qiymətləndirənlər də vardı. Sonralar Kennedinin ölümü ilə bağlı yaradılmış çoxsaylı komissiyalar qətli araşdırmaq yox, ört-basdır etmək məqsədi güdürdü. Qətldə günahlandırılan şəxsin öldürülməsi, şahidlərin susdurulması və qətli də bu plana daxil idi. Maraqlıdır ki, qətllə bağlı bütün məxfi sənədlər tam şəkildə yalnız 2038-ci ildə açılacaq. Hansı məntiqlə, onu ağıllı amerikalılar bilir... Hər halda dövlət başçısının öldürülməsi heç bir millətə başucalığı gətirmir.

Bu faciəni bütün dünyanın gözü qarşısında yaşayanlardan biri də Jaklin idi. Yəqin ki, hər dəfə o məşhur kadrları izləyəndə sarsıntı, iztirab keçirənlər bu zərif və gözəl qadının faciəsini də dərk edirlər. Əslində əri də ona az iztirab verməmişdi - çoxsaylı məşuqələri ilə, eşq macəralarıyla. Hamının gözü qarşısında öz münasibətlərini bəyan edən sarışın gözəlin - Merilin Monronun iddialarına dözməli olmuşdu. Və həyatının bütün dönəmlərində bu ağrılar onunla gedəcəkdi. Kennedidən sonra dəfələrlə ailə qursa da hər kəs onu məhz Kennedinin xanımı kimi xatırlayırdı. (Yunan milyoneri Onasisə ərə getməsini Jaklinə bağışlaya bilmirdilər. O vaxtın qəzetlərində belə bir fikir də səslənmişdi - Onasis amerikalıların sitayiş etdiyi ilahəni öz yatağına saldı). Əri öləndə cəmi 33 yaşı olan bu qadın həm də Amerikanın ən gənc "First ledi"si idi. 1994-cü ildə vəfat edən Jaklini son mənzilə - Arlinqtona aparanda da dünya mediyası onu Jaklin Kennedi kimi andı. Bu da belə bir tale idi...



***


Con Fitscerald Kennedi (JFK) Amerikanın 35-ci prezidenti idi. Qətl olunanda 46 yaşı vardı. Tarixinmi şəxsiyyətləri yetirdiyi, şəxsiyyətlərinmi tarix yaratdığı mübahisəli məsələdir. Amma fərqi yoxdur, onu tarix yaratdı, o da tarixə öz möhürünü vurdu. Bəzən deyirlər ki, Kennedi mifinin yaranmasına səbəb onun faciəli ölümüydü. İnsanlar teatral hadisələri sevirlər, hətta qətl olsa belə. Amma mən düşünürəm ki, ona olan rəğbət içndəki işıqla, yenilikçi kimliyi ilə də bağlıdır. "Ölkənin sənin üçün nə edə biləcəyini soruşma, sənin öz ölkən üçün nə edə biləcəyini soruş" ifadəsi əslində onun özünü ifadə etməsi idi. Ölkəsinə xidmətinin müqabilində, ölkəsi ona üç güllə bəxş elədi. 1963-cü ilin noyabrında baş vermiş faciənin versiyalarını yox, əsl sifarişçilərini üzə çıxarmaq amerikalıların vicdan borcudur. Ola bilər ki, o zaman çoxları üçün yeni bir Amerika kəşf olunsun.


İmza:

YAZARIN ARXİVİ

2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-09 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK