ANA SƏHİFƏ / YAZARLAR

ZİRVƏYƏ QARTALLAR QONUR

Faiq QİSMƏTOĞLU

28455    |   2017-05-19 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Uca dağların həmişə lap uca zirvəsi olur. Və bu uca dağların zirvəsinə yalnız və yalnız qartallar qalxır və o zirvədə qartallar qonaraq ətrafına boylanır. Başqa bir canlının o zirvəyə qalxmağa heç vaxt gücü çatmaz. Hansısa çalışar ki, qartal kimi qanad çalıb o zirvədə duruş tapsın. Amma bu ona heç vaxt qismət olmaz…

İnsan həyatı da bax belədir. Onun da zirvəsi, ucalığı və ən yüksək nöqtəsi var. Bu zirvəyə qalxmaq isə hər adama nəsib olmur. Bunun üçün uzun illər əziyyət çəkməlisən, tər tökməlisən, oxumalısan, öyrənməlisən, elmin və adamlığın olmalıdır. Əgər sən bunları əldə eləyə bilirsənsə, zaman-zaman pillələrlə o zirvəyə qalxa bilərsən. Və bir də zirvəyə qalxmaq nə qədər çətin olduğu kimi, orda duruş tapmaq ondan da çətindir. Amma bu çətinliyə dözməyi bacaranlar, hər cür enişli-yoxuşlu yolu getməyə qadir olanlar daha güclü çıxırlar. Onlar həm də Allahın sevdiyi və kömək elədiyi insanlardı. O insanlara kamil, müdrik insanlar da demək mümkündür. Harda və necə olmağından asılı olmayaraq, belələri gec-tez öz yollarını tapır və gəlib çıxırlar həmin o zirvəyə…

Mənim tanıdığım və çox hörmət elədiyim böyük ziyalı, yazıçı, publisist, ictimai-siyasi xadim, millət vəkili İmamverdi İsmayılov da məhz belə insanlardandır. Sözün həqiqi mənasında o İnsandır. O heç vaxt heç kəsə qarşı təkəbbürlü, özündən razı halda olmayıb… O heç vaxt zəif, aciz və imkansız adamlara yuxarıdan aşağı baxmayıb… O heç vaxt çətinə düşən dostunu, yoldaşını darda qoymayıb…

Bunu ona görə deyirəm ki, millət vəkili İmamverdi İsmayılov bu zirvəyə qalxmamışdan öncə bizim tələbə dostumuz olub. Mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsini 1979-cu ildə bitirmişəm. İmamverdi İsmayılov isə 1980-ci ildə həmin ali məktəbi bitrib. Yəni bizim tələbəlik illərimiz ötən əsrin 70-ci illərinə təsadüf edir. Tələbə vaxtı əksər dostlarımız hər cür çətinliyə öyrəşmişdilər. Amma onların içərisində daha çox əziyyət çəkən, sıxıntı keçirən, ancaq bunu heç kəsə bildirməyən yoldaşlarımız da vardı. İmamverdi İsmayılov çox ziyalı, zəhmətkeş, alın təri ilə yaşayan bir ailənin övladı idi. Heç kəsə, heç kimə sıxıntılarını, çətinliklərini bildirməzdi. Ən çox da onunla kitabxanalarda görüşərdik. Çünki biz tələbələrin ömrünün, vaxtının çox hissəsi ya Axundov adına, ya Sabir adına, ya da Lenin adına kitabxanada keçərdi. Hündürboy, qaraşirin bu oğlan öz ünsiyyəti, səmimiyyəti ilə hamıyla dil tapmağı bacarırdı. Özü də elə tez ünsiyyət yaradırdı ki, düşünürdün onunla nə vaxtsa çoxdan tanışsan. Çox vaxt da ona deyirdim ki, İmamverdi, siz Zəngilana bizim kənddən keçib gedirsiniz. Həqiqətən də Zəngilana getmək üçün ya Bakı-Yerevan qatarına, ya da Bakı-Qafan sərnişin qatarına minməli idin. Bu qatarın hər ikisi də Bəhmənlinin ortasından gəlib keçirdi. Düzdü, avtomobil yolu da vardı. Amma biz tələbə olanda ən çox sərnişin qatarından istifadə eləyərdik. Qatar Bəhmənlidə az dayandığına görə, mən ya Hacılıda, ya da ki, Horadiz stansiyasında düşüb maşına minərək kəndə qayıdırdım…

Uşaq vaxtı olanda həmin qatarlar bizim kənddən keçərkən mən qibtəylə baxırdım. Düşünrüdüm ki, həmin qatarda Bakıya gedən adamlar necə də xoşbəxtdilər. Uzaqdan qatarın vaqonlarındakı kupelərdən işıq görünürdü. Elə bu işığa da baxıb həmişə sevinirdim ki, bəs biz nə vaxt qatara minib Bakıya gedəcəyik? Yəqin ki, mənim kimi və eləcə də İmamverdi İsmayılov kimi o vaxt orta məktəbdə oxuyan məktəblilərin hamısının arzusu olub ki, qatara minsin, Bakıya getsin, ali məktəbə imtahan verib tələbə olsun…

İmamverdi İsmayılov bir yazıçı, bir publisist, bir jurnalist kimi çox istedadlı adamdı. Hansı mövzuda qələmini sınayıbsa, hamısı da uğurlu alınıb. Onun televiziya ssenarilərindən tutmuş hekayələrinə, povestlərinə və portret oçerklərinə qədər hamısı bir-birindən gözəl və yaddaqalandır. Ən önəmlisi odur ki, İmamverdi İsmayılovun hansı yazısı ya mətbuat səhifəsində, ya da kitabda adamın gözünə dəysə, onu birnəfəsə oxumaq mümkündü. Yəni onun bədii yazılarını oxuyan zaman heç vaxt oxucu darıxmaz. Şirin dili və üslubu səni götürüb aparar öz aləminə. Və bir də hiss eləyərsən ki, artıq o hekayəni, o povesti oxuyub başa çatdırmısan…

İmamverdi İsmayılov özünü televiziya jurnalisti kimi də, mətbuat işçisi kimi də, yazıçı kimi də təsdiq etmiş bir ziyalıdır. Yaxşı yadımdadır ki, o bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin «Gənclik» baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışıb. Həmin illərdə də onun redaksiyaya gətirdiyi yeni ab-hava, müasirlik və eyni zamanda hadisələrə fərqli yanaşma çoxlarının diqqətini özünə cəlb eləmişdi. Gəncliyin ruhuna, zövqünə uyğun verilişlər hazırlamaq və efirə çıxarmaq baş redaktordan çox böyük istedad və təcrübə tələb edirdi. Tam məsuliyyətlə deyə bilərəm ki, bu məsuliyyətin də öhdəsindən İmamverdi İsmayılov bacarıqla gəlirdi.

O harda çalışıbsa, hansı vəzifədə olubsa, həmişə o işə yeni rənglər, yeni çalarlar gətirib. Mətbuat Fondunun rəhbəri işləyərkən onun qeyri-adi yanaşma tərzi heç vaxt yadımdan çıxmır. Belə ki, bir gün radioda Mətbuat Fondunun jurnalistlərlə bağlı mükafatlandırılmasını eşitdim. Cəbhə bölgəsinə, Füzuliyə gedirdim. Səhv eləmirəmsə, 1992-ci il idi. və mən də tez-tez həm Füzulidən, həm də Cəbrayıldan, Qubadlıdan, Zəngilandan telefon vasitəsilə cəbhə xəbərlərini «Ədalət» qəzetinə çatdırırdım. Mükafatlandırılanlar arasında Faiq Qismətoğlu adını eşidəndə az qala sevincimdən gözlərim yaşardı. Diktor səsləndirdi ki, «Ədalət» qəzetinin xüsusi müxbiri Faiq Qismətoğlu cəbhə bölgəsindən dərc etdirdiyi operativ yazılarına görə, Mətbuat Fondunun «Dan ulduzu» mükafatına layiq görülüb. Təsəvvür edin, bunlar hamısı İmamverdi İsmayılovun xidmətləri idi. Mən heç o fonda nə yazı təqdim eləmişdim, nə də İmamverdi müəllimi görmüşdüm. Sadəcə olaraq o, dövrü mətbuatı izləyirmiş və özü də xoşu gələn jurnalistləri xəbərləri olmadan mükafatlandırırmış. Mən jurnalistika sahəsindəki fəaliyyətimdə çox mükafatlar almışam. Amma İmamverdi İsmayılovun mənim xəbərim olmadan verdiyi mükafat heç vaxt yadımdan çıxmır. Özü də bu mükafatı çox yüksək pul mükafatı idi.

Sözümün canı ondan ibarətdir ki, İmamverdi İsmayılov özü nə qədər istedadlı, zəhmətkeş bir insandırsa, digər istedadlı adamları da görməyi və qiymətləndirməyi bacarır. Sözün açığı, bəzən istedadlı adamlar özündən başqa kimlərisə bəyənmir, qəbul eləmir. Amma İmamverdi İsmayılov tam başqa dünyanın adamıdı. Çünki o, haqqı, ədaləti bütün dövrlərdə hər şeydən üstün tutub və istedadlı insanlara da dəyər verir.

Heç mən tələbə dostumuz İmamverdi İsmayılovu 3 ildir görmürəm. Bir dəfə yeznəsi rəhmətə getmişdi. Sumqayıtda o məclisdə iştirak elədik, İmamverdi müəllimi də görmədim. Daha doğrusu, İmamverdi müəllim yaxın dostları ilə bir stolda əyləşmişdi və o bizi görmədi. Görsəydi təbii ki, gəlib görüşərdi. Amma o heç vaxt kiminsə elədiyi yaxşılığı, köməkliyi yaddan çıxarmır və unutmur. Məhz bu dəyərləri İmamverdi İsmayılovu başqalarına – tanışlarına, dostlarına daha çox sevdirir.

İmamverdi İsmayılov Zəngilan-Qubadlı dairəsindən neçə çağırışdır ki, Milli Məclisə deputat seçilir. Mən həmişə də onu Qubadlı, Zəngilan camaatının xeyir-şərində görmüşəm. Görmüşəm ki, o, kimsəsizlərin məclisinə gəlib, dərdinə şərik olub və lazımi addımlar atıb. İmamverdi müəllim heç vaxt elədiyi yaxşılığı yada salan deyil. Özü də tərifi qətiyyən sevmir. Amma mən bir tələb dostu olaraq onun xəbəri olmadan ürəyimdən keçənləri qələmə alıram. Bilmirəm, bu nə dərəcə İmamverdi İsmayılovun xoşuna gələcək, ya gəlməyəcək?! Amma bir onu bilirəm ki, bu cür ziyalılar haqqında hər hansı sözü vaxtında və zamanında demək lazımdır.

Onun haqqında bir vaxtlar müxtəlif KİV-lərdə şər-böhtan da yazıldı. Amma bunların heç birinə İmamverdi İsmayılov əhəmiyyət də vermədi. Bəziləri elə fikirləşir ki, filankəs deputatdı, yağ-bal içində yaşayır. Ancaq mən bilirəm ki, İmamverdi İsmayılov deputat olanda da, olmayanda da hansı sıxıntıları, hansı dərd-səri yaşayıb. Ümumiyyətlə, biz qələm sahibləri içimizdən çıxan istedadlı yazıçı-publisistləri çox vaxt top atəşinə tutmaqdan belə çəkinmirik. Düşünmürük ki, onlara atılan hər hansı bir atəş, zərbə nə vaxtsa bizi gəlib tuta bilər..

Bilmirəm, İmamverdi İsmayılovun yuxusuna doğma Zəngilanı girir, ya girmir?! İnanmıram ki, o belə yuxular görməsin. O belə yuxuları görür. Bəlkə də yuxularında Zəngilana gedir. Ordan Qubadlıya, Cəbrayıla, Füzuliyə boylanır. Bax, onda yuxudan ayılanda (mən bunu dəfələrlə yaşamışam ) adamın gözləri dolur. Amma düşünürəm ki, bir gün İmamverdi İsmayılov Horadizdən keçib Cocuq Mərcanlıya gedəcək, ordan da sürücüyə deyəcək ki, Zəngilana gedirik. Çünki bu ovqat, bu əhval-ruhiyyə bu gün bizim millətimzdə çox güclüdür. Bunu da yaradan Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Əgər bu gün Cocuq Mərcanlıya gediriksə, sabah Zəngilana, Qubadlıya, Şuşaya getməyimiz mütləqdir! Mən buna günün çıxması qədər inanıram. İnanıram ki, günlərin birində biz hamımız birlikdə o yurdlara qayıdacağıq…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK