ANA SƏHİFƏ / YAZARLAR

QƏNAƏT

Fəridə RƏHİMLİ

17500    |   2017-02-10 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaşlıların pensiyaların artması xəbərini necə qarşıladıqlarını müşahidə etmisinizmi? Üzlərində bir az sevinc, ümid qığılcımı işarır... sanki bu xəbər bütün maddi problemlərini həll etmiş olacaq...

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, bu il Azərbaycanda yaşa-yış minimumu 155 manat müəyyən edildi. Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

Yaşayış minimumu 155 manatadək artırılır, əhali üçün bu nə deməkdir...

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Bəli, qaçqın və məcburi köçkünlərdən 5 milyon qənaət edildi. Amma mən nə qədər düşünüb-daşınsam da, qənaətin yolunu tapa bilmirəm ki, bilmirəm. Bu, sirrini heç cür aça bilmədiyim bir tapmaca olub. Mən yazım, bəlkə siz mənə kömək edib, aça bilərsiniz! Hətta bunu, həlli çətin məsələ kimi, riyaziyyat dərsliklərinə də salmaq olar. Belə daha real olar, uşaqlar da öz həyatlarında gördükləri məcburi riyazi hesablamanı daha içdən anlayıb həll edə bilərlər.

Nazirimiz əsəbi şəkildə "Qənaət edin, 160 manatı alan kimi bazara qaçmayın, kommunal xərcləri ayırıb kənara qoyun, QALANINI xərcləyin (!) desə də, hörmətli nazirimizin tapşırığını yerinə yetirməkdə acizəm. 160 manatla - çıraq işığında otursaq, kirli paltarları paltaryuyanda deyil, əllə yusaq, saçımızı fenlə deyil, dəsmalla qurutsaq, xalçanı tozsoranla deyil, süpürgə ilə süpürsək, xəbərləri televizordan yox, məhəllə qadınlarından duysaq, tez xarab olan ərzaqları soyuducuda deyil, balkondan bayıra sallayaraq qışın şaxtasından istifadə etsək... də, yenə də ən azı ayda 30 manat işıq pulu verməliyik. Qızdırıcı üçün üçüncü mərtəbədə ocaq qalayası halımız yoxdu. Yaşamımızda qaçılmaz olan çay içmək, gücümüz çatan (pulumuz çatan!) kartof - soğanı bişirmək üçün qazdan istifadə etməyə məcburuq. Çünki nə biz qədim insan ola bilərik, nə də indi mamontlar yaşamır ki, bir dəfə yığılıb ovlayaq, ətini qış çıxanadək istifadə edək. Qaza da azından 20 manat xərclənəcək. Mənzil haqqı, qiymətlər artırılmamışdan əvvəl, otaq sayına 3 manat 10 qəpikdi. Buraya qədər qənaətin alternativ yollarını göstərsəm də, ən mürəkkəb məsələ suya qənaət etməkdir. Duşun ən nazik "gözü"ndən istifadə edərək yuyunsaq və evdəki bütün təmizliyin sudan asılı olduğunu nəzərə alsaq, bir aya ən az 20 manat da suya sərf olunacaq. Buraya qədər 73 manat 10 qəpik etdi. 160 manatdan bunu çıxaraq, böyüklərin məsləhəti ilə qoyaq kənara. Qaldı 83 manat 90 qəpik. Bir ay işə gedib-gəlmək üçün yol pulu - heç yerə dönməsən, düppədüz işə və evə getsən, bir marşrut istifadə etməklə (mən iki marşrutdan istifadə etmək məcburiyyətindəyəm) 12 manat edir. Bunu da çıxaq, qalır 71 manat 90 qəpik. Aylıq hər gün iki çörək yeyilərsə, 30 manat hesablayaq, bu edər 41 manat 90 qəpik. Bir aya bir kilo ət 10 manatdan alsaq, qalır 31 manat 90 qəpik. Bir aya 80 qəpikdən 5 kilo kartof, 30 qəpikdən 3 kilo soğan, orta hesabla 1manat 50 qəpikdən 2-3 kilo meyvə alsaq, bu da 9 manat 40 qəpik edər. Qaldı 22 manat 50 qəpik. Bir litr günəbaxan, yaxud qarğıdalı yağı (başqasını xəyalınızdan keçirməyin!) təxminən 5 manat olarsa, 17 manat 50 qəpik qalır. Bir qabyuyan maye, 2-3 əl-üz sabunu, bir saç şampunu (təbii ki, ucuzundan!), yarım kilo qənd (konfet yox ha, qənaət lazımdı!!!), bir litr süd, yaxud 600 qramlıq qatıq, bir kilo şor, bir kilo şəkər tozu, bir broyler toyuğu... pul bayaqdan qurtarıb ey, unutmuşam. Bir gün üçün, bir həftə üçün deyil ha, bir ay üçündü bu siyahı. Həm də bir nəfər üçün olan ən qənaətcil siyahıdı. Bir ailədə on nəfərsinizə, tay, günah məndən getdi. Gəzməyə son! Kino, teatr, konsert, opera, balet, əyləncə, idman, qonaq getmək, xəstə ziyarəti, toy, yas, uşağınızı repetitorla universitetə hazırlatmaq... kimi lazımsız xərcləri də yığışdırın. Qənaət lazımdır!!! Dərmanlar! Yox, unutmamışam dərmanları. Onları unutmaqmı olar. Həyatımız əsəbsiz, ürək ağrısız, sancısız, stressiz, tutmalarsız keçmir təbii ki. Amma məncə bu qənaət məsələsi xeyrimizədir. Çünki, dərmanın bir yerinizə xeyri vardısa, digər "tərəflərinizə" də ziyanı vardı. Qara ciyərdə toplanıb, çoxlu fəsadlar törədirdi. İçməyin dərmanı, canınıza da, cibinizə də xeyri var. Bu dərmanı içsəniz də öləcəksiniz, içməsəniz də. Məsləhətim - içməyin, ölün! (Bax, yeməyin, ölün demədim, yeyin, amma qənaətlə yeyin! Noolub, bir loxmanı udanda növbəti loxmanı sabah udmağı özünüzdə tərbiyə edin də!). Bir böyük günahdan da qurtarmış olarsınız - intihardı mənşəyi bilinməyən dərmanların qəbulu. Dədə-babadan dərmanmı vardı. "Sancı dərmanı" deyib, qara istiot içərdilər, indi müxtəlif adlarda səslənən "soyuqdəymə"ni belə banka qoymaqla, yaxud kürəkdən qan almaqla həll edərdilər, hər kəs də "top" kimi olardı. Hamilə qadınların işini kənddəki yeganə (unutdum adına nə deyirdilər) yoluna qoyardı. Gül kimi adını da dəyişib xarici dildə mama-ginekoloq qoydular. Baş ağrısa, dəsmal bağlayıb möhkəm sıxın, keçəcək. Ya da yatın, nətəər demişdi babalar - başın ağrıyır, yat qurtar, qonşun pisdi, köç qurtar, arvad pisdi, boşa, qurtar!

Bu qənaət məsələsi var ha, vallah, çox əyləncəli məsələdi! Əyləncəli olduğu qədər də sevindiricidi. Çünki, ata-babadan deyiblər ki, "elnən gələn dərd toy-bayramdı". Bu qənaət ki, elliklə elan olunub - nazirindən tutmuş, süpürgəçisinə qədər hər kəs qənaət rejiminə keçib (a tövbə, inanıram!!!), demək toyumuzdu, xəbərimiz yoxdu! (Ə, niyə oynamırsınız?).

Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda da gediş haqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırılacağı xəbəri yayıldı. Hə, bax, bunu da xərcimizin üstünə gəlsək, onda toqqanı bərkidin, belinizə tərəf yeni deşiklər açın toqqada. Ya da mədə əməliyyatı etdirin - türklər röfle deyir səhv etmirəmsə. Amma bu əməliyyat kütləvi edilərsə, Səhiyyə Nazirliyi xərcimizə kömək etməyə borcludu. Çünki, bu, vətənpərvər addım olacaq - büdcəmizə xeyir gətirəcək. İndiyə qədər israfçılıq elədiyimiz yetər. 160 manatla o qədər yeyib-içirik ki, sonra da bədəndə artıq çəkidən şikayət edirik, arıqlamaq üçün yollar fikirləşirik. Artıq çəki də ki, bildiyiniz kimi, hərəkətsizlik, ətalət, pessimizm yaradır. Bu da ruh düşkünlüyünə və nəhayət intihara gətirib çıxarır. Qənaətin bir yaxşı tərəfi də budur ki, ən fiquralı millət olacağıq! İnsan çox yeyəndə də xarici görünüşü pozulur - piylənir. Yeməyəndə də anoreksiya xəstəsi olur. Ən yaxşısı azca yeyək.

P.S. Eşitdim hökumət qənaət rejiminə keçəndən bir neçə nazir villalarını, evlərini, torpaqlarını, xaricdəki firmalarını, zavodlarını, fabriklərini, restoran-kafelərini, "inomarka" maşınlarını, yaxtalarını, təyyarələrini, helikopterləri, Aydakı torpaqlarını, brilyant, qızıl-ziynət əşyalarını, valyutadəyişmə məntəqələrini, ticarət, iaşə, əyləncə mərkəzlərini, pritonlarını və sair satıb - pula çevirib və qənaətlə xarici ölkələrin banklarına yığdıqları avroları, dollarları, markaları, funt-sterlinqləri, frankları... da üstünə qoyub, büdcəyə bağışlayıblar.




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK