ANA SƏHİFƏ / YAZARLAR

ELDƏN GETDİ MƏNSUM HƏKİM

25376    |   2017-01-23 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada elə insanlar, elə adamlar, elə ziyalılar var ki, onlar bir evə, bir nəsilə işıq saçmırlar, bütün eli, bütün obanı öz nuruna, işığına boyayırlar. Daha doğrusu, onların dünya boyda ürəkləri olur. Və bu dünya boyda ürəkdə həmişə evgi, məhəbbət, insanlıq duyğuları məskən salır. Bu sevgini, bu məhəbbəti dünya boyda ürəyi olan insanlar həmişə başqalarına ötürürlər və başqalarına verirlər. Onlar tək özləri üçün deyil, bayaq dediyimiz kimi, el-oba üçün, kənd-kəsək üçün yaşayırlar…

Belə ziyalı, böyük ürək sahibi oaln insanlardan biri də gözəl həkim, el ağsaqqalı və ziyalı Mənsum Əliyev idi. Mənsum həkim 1933-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Ağır müharibə illərinin çətinliklərini, ağrısını-acısını yaşayıb. Amma bu çətinliyə baxmayaraq, orta məktəbi əla qiymətlərlə bitirib və tibb unstitutuna daxil olub. Oranı da başqalarından fərqli olaraq yüksək qiymətlərlə başa vurub…

Kəndə qayıdanda isə bütün qohum-əqrəba, bütün el-oba onun sevincinə şərik olub. Zarafat deyil e, kasıb və kimsəsiz insan olasan, tibb institutunu bitirəsən və qayıdıb savadlı həkim kimi özünü el-obanda təsdiq edəsən. Həkimliyə başladığı ilk gündən ömrünün sonuna qədər insanların qayğısını, nəvazişini çəkib. Bir şey olan kimi başıalovlu özünü hadisə yerinə çatdırıb. Hamı da onu görəndə gözlərinə işıq gəlib. Deyiblər ki, Mənsum həkim burdadısa, xəstəmizə tay zaval yoxdur.

Mənsum Əliyev uzun illər Füzuli rayonunun Əhmədbəyli kənd xəstəxanasının baş həkimi işləyib. Sonradan isə boya-başa çatdığı Böyük Bəhmənliyə baş həkim təyin ediblər. Amma buna baxmayaraq, Əhmədbəyli kəndinin, Bala Bəhmənlinin, eləcə də qonşu kəndlərin sakinləri bir çətinliyə düşəndə, xəstələri olanda o dəqiqə Mənsum həkimi axtarıblar. Mobil telefon çıxandan sonra isə xəstə sahiblərinin vəziyyəti bir az da asanlaşıb. Çünki onlar evlərində xəstə olan kimi Mənsum həkimə telefon açardılar, o da maşınına minib tez özünü xəstənin üstünə çatdırardı. Bir-iki dəva-dərman yazardı və xəstənin sahibi də çox asanlıqla həmin dərmanları tapardı və xəstəsinə verərdi.

Mənsum həkim həm də mənim dayımdı. Anamın ən çox sevdivi və istədiyi doğmalarından biri olub. Anam deyərdi ki, qızların heç biri biz uşaq olanda başqa oğlanlarla oynamazdılar. Hamımız istəyərdik ki, Mənsumun yanında olaq. Çünki o bizə də, yadlara da bacı gözü ilə baxardı. Hətta müharibə dövründə taxıl sahəsindən yerə tökülən taxılı gecə vaxtı yığmaq üçün məhlə qızları ilə bir yerdə gedərdik. Onda da Mənsum bizim yanımızda olardı. Hər birimizə göz qoyardı və axşam da gətirib o biri qızları da evlərinə ötürərdi. Bütün qızların ürəyindən keçirdi ki, Mənsum onların birini alsın. Amma Mənsum da Mənsum idi. Deyərdi ki, sizin hamınız mənim bacımsınız…

Bayram dayım da, Hidayət dayım da tez-tez bizə gələrdi. Amma Mənsum dayım daha çox bizim qapını açardı. Çünki rəhmətlik atam futbol həvəskarıydı və Mənsum dayım da Əhmədbəylidən qayıdanda maşını birbaşa bizim qapımıza sürər, gəlib yuxarı, ikinci mərtəbəyə qalxar, atamla hal-əhval tutub futbola böyük maraqla baxardılar. Atam söhbətcil adam idi. Mənsum dayımın isə bir o qədər söz-söhbətdən xoşu gəlməzdi. Ancaq hər şeyə diqqət yetirərdi, fikir verərdi və öz münasibətini bildirərdi. Atamın «kaprizləri» çox olduğuna görə, Mənsum dayım həmişə onu yola verərdi. Deyərdi ki, Qismətin sözünün başına çox ip dolandırmayın. O nə deyirsə düz deyir.

Nə qədər səbrli, nə qədər böyük ürək sahibi və nə qədər də el-oba üçün yanımlı bir insan idi. Onun dünya malında gözü olmazdı. Kənddə bir balaca xəstəsi olan iki daşın arasında axtarardı və onu tapardı. Bir dəfə qardaşım Elxan bərk ağrıyırdı. Bakıda, Türkiyədə həkim qalmadı ki, özünü göstərməsin. Sonradan dedi ki, mənə bax e, Mənsum dayımı kənddə qoymuşam, gedib düşmüşəm dağa-daşa. Mənsum dayım ona baxdı, müayinə elədi, cəmi bir manatlıq dərman yazdı. Onu da qardaşım atdı, bir daha ağrımadı. İndi dayım rəhmətə gedəndən sonra qardaşım bərk narahat olub. Deyir heç olmasa o respeti saxlamadım ki, görüm o dərmanın adı nədir.

Bir dəfə də bizim kənddə hərbi hissədə xidmət edən əsgərin vəziyyəti çox ağır olur. O həkim qalmır ki, göstərməsinlər, amma əlacı tapılmır ki, tapılmır. Hərbi hissədən onu evə buraxırlar. Uşaq arıqlayıb quru çöpə dönür. Bir axşam da atası görür ki, uşağın ağzından qan gəlir. Deyir yəqin artıq uşaq can verir. Tez taqətsiz halda olan uşağı götürüb Mənsum dayımgilə aparır. Mənsum dayım çox diqqətlə xəstəni müayinə edir və axırda da deyir ki, hər tərəfini yoxladım, yaxşıdı. İndi ağzını aç ora baxacam. Uşaq ağzını açır, Mənsum dayım onun boğazında bir qaraltı görür. İşıqla boğazına diqqətlə baxır. Görür ki, boğazına yapışıb qalan zəlidi. Ora yod vurur və zəli boğazdan çıxır…

Uşağı evə aparırlar,vəziyyəti lap yaxşılaşır. Bir neçə gündən sonra atası Akif gəlib Mənsum həkimə deyir ki, Allah sənin balanı saxlasın, uşaq əldən getmişdi. İndi vəziyyəti lap yaxşıdı, hərbi hissəyə yola saldım. Hərbi hissədə komandir baxır və görür ki, uşaq sağlamdı. Deyir ki, səni kim sağaltdı, uşaq da qayıdıb deyir ki, Mənsum həkim.

Yanvarın 18-də səhər saat 8-də birdən-birə Mənsum həkimin vəziyyəti ağırlaşır. Səhər-səhər evdən çölə çıxır, nəfəs ala bilmədiyini deyir. Bu vaxt oğlu Süleyman müəllim tələsik Natiq həkimi axtarır. Onu evə gətirir, Natiq həkim Mənsum dayımın təzyiqin yoxlayır. Görür ki, hər iki təzyiq çox aşağıdır. Deyir ki, həkim, özünü ələ al. Amma bir neçə dəqiqədən sonra Mənsum həkim Allahın dərgahına qovuşur…

Allah-Təala hər adama gözəl ölüm qismət eləmir. Gözəl ölümü o adama qismət eləyir ki, o əməli-salehdir və bu dünyada xeyirxah işlər görüb. Yenə qardaşım Elxanın dediyi bir söz yadıma düşür: «Əgər bizim kənddən bir adam cənnətə düşübsə, o da Mənsum dayımdı». İnsan var ki, dünyasını dəyişəndə bir evdən gedir. Amma Mənsum dayım min evli Bəhmənlidən gedib. Yas məclisində də olanlar dedilər ki, bu kişi Allahın göndərdiyi bir nurdu. O nur da gəldi və getdi. Və bir də Allah-Təala hər adama nur verimr. Allat-Təala sevdiyi adamların çöhrəsinə nur bəxş edir və dünyasını dəyişəndə də Mənsum dayımın çöhrəsində o nur eləcə də qalıb.

Yaxşı ailəsi, övladları, nəvələri var. Torpağı-sanı yaşasınlar. Oğlanları İlham, Süleyman, Bulud atalarına olan bu el məhəbbətini görəndə çiyinlərindən ağır yük götürülür, dərdləri yüngülləşirdi. Deyirdilər ki, camaatın bu boyda sevgisi, bu boyda məhəbbəti göstərir ki, atamız ölməyib.

Bəli, bu həqiqətən də belədir, Mənsum həkim kimi insanlar ölmürlər və həmişə onların yeri görünür. Camaat dəstə-dəstə, axın-axın gələrək ona öz sevgisini, məhəbbətini bildirir. Üzü nurlu insan, qəlbi dünya boyda olan ziyalı indi Allahın dərgahına sığınıb və haqq dünyasına tapınıb. Bu gün onun Allahın dərgahına qovuşmasının 7-ci günüdür. Qoy ruhu şad, məzarı nurla dolsun, Mənsum həkimin!

Faiq QİSMƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK