ANA SƏHİFƏ / YAZARLAR

RÜFƏTİN KİTABINA OXUCU SÖZÜ

15006    |   2016-12-30 13:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc həmkarım Rüfət Soltanın "Adı nədir?!” adlı ikinci romanını ilk vərəqlədiyimdə tərəddüdlü sevgi anlatmalarıyla başlayan əsərin sonunun müsbət bitəcəyini güman etməsəm də, bu hissin adını bilməyən müəllifin suallar girdabında qaldığını, onun baxışıyla bu hissin sevgimi, alışqanlıq, yəni adət etməkmi, dostluqmu, yoxsa sadəcə özünü aldatmamı olduğu marağıma səbəb oldu. Kitabında "Vəfalıma qarşı hisslərimin adı nə idi? – sualına həqiqi sevgimi, keçici həvəsmi, yalançı duyğusallıq həngaməsimi... bəlkə eşitmək istədiyin, lakin inanmağa taqətin, həvəsin olmadığı sevgimi...” cavabını verir öz-özünə. Doğrusu, hətta, sakit, təvazökar, mehriban, bir az qaraqabaq, bir az utancaq təsiri bağışlayan gənc həmkarımın sevgidən əzab çəkməyə məhkum olduğunu düşünüb, halına da acıdım. Amma sən demə, Bəxtyar Vahabzadə demiş, "İnsan göydə Ay kimidir, görünməyən tərəfi var”mış...

Sevindirici haldır ki, indi gənclərimiz həyata açıq gözlə baxmağı, ağı qaradan seçməyi, xeyiri zərərdən ayırmağı bacaracaq durumdadırlar. Müəllifin yazdığı kimi, "sevgisi üçün damarlarını doğrayanlar” azdır indi. Ən vacibi isə kitabın əsas mövzusunu təşkil edən sevgi deyil, cəmiyyətdə baş verənlərdən öz çıxarları üçün istifadə edən fırıldaqçıların, şarlatanların gündəmə gətirilməsidir. İndi yağışdan sonra göbələklər kimi peyda olan "sərbəst iş”, "əvvəlki işinə heç bir maneçiliyi olmadan ikinci gəlir yeri” adları altında insanların sadəlövhlüyündən, ehtiyaclılığından vicdansızcasına istifadə edərək onları aldadıb borca salan şəbəkələr təəssüf ki, hər gün artır və etdikləri üçün heç bir məsuliyyət daşımırlar. Təbii ki, bunların da arxasında dayanan böyük güclər var. Belə olmasa, bu piramidal qayda bu qədər yüksələ bilməz. İllər öncə tanışlarımdan birinin toruna düşdüyü Tiens firması bu fırıldaqçı yuvalarının ilk qaranquşlarından idi. Müəllifin toxunduğu məsələ (QNet şəbəkəsi) ilk baxışdan kimlərəsə əhəmiyyətsiz görünə bilər, amma xalqın qanını soran haramyeyənlər bu şəbəkəni get-gedə genişlənirirlər və aldandıqlarını anlayanlar da heç bir şey edə bilmirlər.


Rüfətin, bu gənc yaşında sevgidən deyil, cəmiyyətin üzqarası olan bu çatışmazlıqlardan yazması və onu oraya sürükləməyə çalışan və qəlbən biganə olmadığı qızı oradan uzaqlaşdırmağa çalışması onun bir vətəndaş kimi doğru mövqedə olduğunu sübut edir. Orta məktəbi nümunəvi bitirmiş, universitet, magistr təhsili almış, əsgərliyini onurla başa vurmuş gəncimizin bu, əsl vətəndaş mövqeyi də qürur duyulacaq bir addımdır. Coğrafiyaçı olsa da, çiynini ədəbiyyatın ağırlığı altına vermiş – "Ədalət”in müxbiri, AYB-nin üzvü və Prezident təqaüdçüsü olan Rüfət Soltanın ilk romanı "Qovuşduq ki, ayrılmayaq” adlanır.

Gənclik enerjisini normal yaşam tərzinə kökləmiş belə gənclərə isə uyğun şəraitin yaradılması, təəssüf ki, həmişə mümkün olmur. Amma hər şeyin başlanğıcı səbrdir deyir dinimiz və anladığım qədəriylə Rüfət də Allahını, dinini öndə görən biri kimi bu amalla yaşayır. İkinci romanındakı Amal adı da məncə, "Adı nədir?” sualının başqa bir cavabıdır.

"Ədalət”, yarandığı gündən çoxlu sayda sanballı yazarların, televiziya əməkdaşlarının ilk iş yeri olub. İndi mətbuatımızın tanınmış simalarının ilk tramplini məhz "Ədalət” olub. Son illərdə istedadlı gənclərin qəzetə, "Ədalət”in saytına dəvət olunmaları sevindirici haldır. Heç təsadüfi deyil ki, gedənlərin yerinə gələnlər də bu kollektivdəki səmimiyyəti, mehribançılığı, birliyi qoruyub saxlayırlar. Yeri gəlmişkən xüsusən gənclər evin "sözəbaxan uşaqları” kimi böyüklərin hörmətini həmişə saxlayırlar.

Rüfətin kitabı barədə fkrlərimi qəsdən ilin sonuna saxladım. Məqsədim gənc yazarı həm kitabına görə, həm də Yeni il münasibəti ilə təbrik etmək idi. Elə bu təbrikin içində onu da vurğulamaq istəyirəm ki, onun kitabı bir gənc yazar üçün uğurlu sayıla bilər. Mən oxucu olaraq onun son romanında müəyyən məqamlarla tam razılaşdım. Elə, həmin o məqamlar da göstərir ki, Rüfət Soltan gələcəkdə daha samballı kitablara imza atacaqdır. Ona uğurlar diləyir, kitabın, Yeni ilin mübarək deyirəm!

Fəridə RƏHİMLİ


İmza:

YAZARIN ARXİVİ

2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2017-08-18
2017-08-17


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK