nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | İndi də bizim dövr... Adalet.az | İndi də bizim dövr... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İndi də bizim dövr...

Etibar Cəbrayıloğlu

36004    |   2016-12-09 19:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bilirdilər həmişə onların dövrü olacaq. Ona görə də "Bizim dövr" adı altında nə oyunlardan çıxmırdılar. Təkcə oyunlardanmı? Sonra nələrin yaşandığını hər kəs gördü. Böyük şairimiz Ramiz Rövşənin təxmin elədiyi baş verdi:

Qəfil gün doğsa bir gecə,

Dünya dümağ işıqlansa:

Şəhər-şəhər, küçə-küçə,

Otaq-otaq işıqlansa,

Görərik kimlərin əli

kimlərin cibindən çıxır.

Kimlər əyilə-əyilə

kimlərin evindən çıxır...

Əlləri başqalarının cibində olan, əyilə-əyilə özgə evlərdən çıxan bəzi "qəhrəmanların" "Bizim dövr"ü bitdi. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat bəzi mətləblərə aydınlıq gətirdi. Cəhənnəmə gedən oralarda darıxmasın deyə, həmişə özünə yoldaş axtarır. "Bizim dövr" gedəndə "Gündəlik Bakı"nı da özü ilə apardı. "Gündəlik Bakı" barədə həftələrlə yazmaq olar, amma onunla işimiz yox. Necə deyərlər, cəhənnəmə ki...

Amma "Bizim dövr" deyib yetənə yetən, yetməyəni küt qələmlə şantaj edən Surxay Əliyev barəsində bir kaç kəlmə yazmağa dəyər.

"Gedənin arxasınca danışmazlar" deyib məni qınamaq istəyənlərə cavabım qısadı - Surxay Əliyevin qanunsuz əməlləri haqqında hələ üz il əvvəl yazmışdım, "Ədalət" qəzetinin arxivi şahiddir.

2013-cü il sentyabrın 17-də qəzetimizin baş redaktor müavini Məzahir Əhmədzadə Mətbuat Şurasının 06 sentyabr 2013-cü il tarixli 401 saylı məktubunu mənə verərək yazı hazırlamağı xahiş etdi. Reket jurnalistləri gendən tanıyan, həm "Ədalət" qəzetində, həm də "Uembli arayışı" və "Metamorfoz" kitablarında bu bəla barədə çeşidli yazılar yazan Məzahir müəllimin verdiyi bu məktub nədən bəhs edirdi? Mətbuat Şurasının Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubova ünvanladığı həmin məktubda "Bizim dövr"ün bu təhsil ocağı, onun rəhbəri barədə şantaj dolu məqalələr yazdığından bəhs edir, Surxay Əliyevin və komandasının "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nı kobud surətdə pozduğu bildirilirdi. Mətbuat Şurasının məktubu əsasında hazırladığım məqalə "Ədalət"in 2013-cü il 18 sentyabr tarixli sayında dərc olundu. Və...

Surxay Əliyev və onun "Bizim dövr"ü hansı oyunlardan çıxmadı? Qarşısına çıxanları şantaj etməkdə usta birisi olan Surxay Əliyev "Mətbuat Şurası haqlının yanındadı" adlı məqaləmin yanından boş keçərdimi heç? Keçmədi də, gözlədiyim oldu, telefon zəngləri, hədələr, şantaj... "Bizim dövr"ün 19 sentyabr 2013-cü il tarixli sayında "Etibar Cəbrayıloğlu kimin yanındadı" adlı "yazı" çap olundu. Üstəlik, Surxay Əliyev və onun dəstəsi həmin "yazı"da məni nədə ittiham etmirdilər? Üzünü görmədiyim, səsini eşitmədiyim, adını "Ədalət" və digər qəzetlərdən oxuduğum professor Əyyub Əyyubovdan guya rüşvət almışam, daha nələr... Turizm Kollecinin direktoru ilə şəkilimi də kollaj etməyi unutmamışdılar. Bu da son deyildi, bir gün sonra analoqu olmayan bir hadisə də baş verdi, bizim "Ədalət" qəzetində "Ədalətli olmaq lazımdı" adlı məqalə dərc etdirib məni təkzib etməyə çalışdılar.

Onların bu həyasızlığı onda da, elə indi də mənə vız gəlir. Amma bir məsələni onda da, elə indi də unuda bilmirəm. Bir vaxtlar "Ədalət" də çalışmış, qəzetimizi Mətbuat Şurasının komissiyasında təmsil edən, səhər bu qurumda özünü reket jurnalistlərin qənimi kimi gözə soxan, axşamlarsa Surxay Əliyev və onun komandası ilə mənə qarşı birləşən "dostumun" hərəkətinə ad tapmaqda çətinlik çəkirəm...

Surxay Əliyevin və dəstəsinin yalan və şantaj dolu hərəkətlərindən Mətbuat Şurasına rəsmi şikayət yazmalı oldum, "Bizim dövr"ün bizim "Ədalət"də təkzib verməsini tələb elədim. Lakin o vaxtlar Surxay Əliyev və dəstəsi üçün əsl "Bizim dövr" idi, şikayətimin baxılmasına maneçilik törədir, Mətbuat Şurasının tələbini yerinə yetirmirdilər. Yeddi aylıq mübarizədən, Mətbuat Şurasının sədri Əflatun Amaşovun qətiyyətli mövqeyindən sonra "Bizim dövr"ün qəhrəmanları "Ədalət" qəzetində təkzib verməyə razılaşdılar. Amma bu dəfə də Surxay Əliyev və onun dəstəsinin köməyinə "dostum" gəldi. Daha doğrusu, həmişəki kimi öz xidmətini onlara təklif etdi, təkzibin qəzetdə dərcini çeşidli bəhanələrlə yubatdı. Bəhanəsi kəsiləndən sonra nəhayət təkzib "Ədalət"in 29 aprel 2014-cü il tarixli sayında işıq üzü gördü: "Bizim dövr" qəzeti bildirir ki, bu mətbu nəşrin 19 sentyabr 2013-cü il tarixli sayında dərc olunan "Etibar Cəbrayıloğlu kimin yanındadı" sərlövhəli, "Sifarişli yazı yazanın "ədalət kriteləri" altsərlövhəli yazıda və "Ədalət" qəzetində gedən "Ədalətli olmaq lazımdı" (20 sentyabr 2013-cü il) sərlövhəli təkzibdə jurnalist Etibar Cəbrayıloğlunun "Mətbuat Şurası haqlının yanındadı" ("Ədalət" qəzeti, 18 sentyabr 2013-cü il) sərlövhəli materialda ifadəsini tapan məqamlarla bağlı yer alan bütün ittiham xarakterli fikirlər həqiqəti əks etdirmir, müvafiq sənədlərlə yanlışlığı təsdiqlənir. Qəzet buna görə də jurnalist Etibar Cəbrayıloğludan üzr istəyir".

Bu təkzib bizim "Ədalət" də işıq üzü görəndə təqvimdə hələ 2014-cü il idi. O vaxtlar Surxay Əliyev və onun komandası üçün "Bizim dövr" sayılırdı. Onlar hətta dost saydığımız adama xəyanət də sifariş edirdilər.

Bu gün isə bizim dövrdü. Biz isə həmin "dosta" xəyanət sifariş vermirik. Onu sadəcə ürəyimizdən silirik və məsləhət görürük ki, böyük Ramiz Rövşənin şeirini bir də oxusun. Axı həmin "dost" hər yerdə özünü Bilik adamı kimi təqdim etməyi xoşlayır...

Qəfil gün doğsa bir gecə,

Dünya dümağ işıqlansa...



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK