hacklink Adalet.az | TANRININ DOSTLARI Adalet.az | TANRININ DOSTLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TANRININ DOSTLARI

34280    |   2016-11-12 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Allah düz olanları, düzlükləriylə mükafatlandırsın, riyakarlara istəsə əzab etsin: və ya tövbələrini qəbul etsin. "Əhzab" surəsi, 24-cü ayət".
"Ey möminlər! Yəhudi və xristianları dost tutmayın. Onlar bir-birilərinin dostudur. Sizdən hər kim onlardan dost tutarsa şəksiz ki, o da onlardandır. "Maidə" surəsi, 51-ci ayət".
Peyğəmbərimiz kafirlərdən, xristianlardan, yəhudilərdən özünə dost tutmayıb. Onları nə təhqir edib, nə incidib, nə də özünə nalayiq rəftar etdiklərində qarğıyıb. Lakin Əhli-Beytinin başına onların nələr açdığı tarixdə qeyd olunub, bunlar bilinən şeylərdir.
İran şahı Rza Pəhləvi, Səddam Hüseyn, Ənvər Sədat, Hüsnü Mübarək, Qəddafi, Hafiz Əsəd müsəlmandı, lakin xristianların, yəhudilərin dostu oldular, daha düzü onların arzularına görə hərəkət etdiklərindən mənsəblər, hakimiyyətlər, zövq-səfa içində yaşayacaqları taxtlar, milyard-milyard dollar məbləğində pullar qazandılar, ancaq pulları özlərinə qismət olmadı, dostlarının cibinə girdi. Hakimiyyətləri, dost tutduqlarının mənfəəti qurtarana kimi davam etdi, vaxt-vədələri, yəni vəzifələri qurtardıqda dost tutduqları yerlər əllərinin kölgəsini onların üstündən birdən çəkdilər, o andaca yerlə-yeksan olub getdilər.
Şah Güney Azərbaycanda, Hafiz Əsəd Suriyada, Səddam İraqda vətəndaşları olan türklərin başına neçə-neçə Kərbəla müsibətini açdılar. Şah yanıca apardığı İran torpağını iyləyə-iyləyə öldü. Səddam özünü taxta çıxaranların əmri ilə edam edildi. Yazıq Qəddafi, onların içində bəlkə də ən təmiz olanı idi, lakin onu da öz soydaşlarına döyə-döyə öldürtdülər.
Dünyada zülm edənlərin heç biri bu dünyadan cəzasız getməyib və getmiyəcək...g
Amerika ilə İngiltərə 1993-cü ildən bəridir Orta Şərqdə milyon-milyon müsəlmanın qətlə yetirilməsində baş rolu oynadılar. Bunlar əsrin fironlarıdır. Üç milyondan artıq İraq və Suriya müsəlmanı neçə ildir Türkiyəyə sığınıb. Milyonlarla müsəlman xristian Avropaya üz tutub. Minlərcəsi xristian qərbin torpaqlarına çatıb hər gün partlayan bombalardan, göydən yağan min bir dürlü ölümdən xilas olmaq ümidiylə çıxdığı yolçuluqda Ağdənizin sularında oğullu-uşaqlı can verib.
Hər gün Tanrımla tək qaldığımda əlimi ürəyimdə göyə açıb ondan yazıq müsəlmanlara bir ümid qapısı açması üçün dua edirəm. İnşallah dualarımı qəbul edər.
Əslində Orta Şərqin xəritəsinin dəyişəcəyi, Böyük Orta şərq Projesinin qısa müddətdə həyata keçiriləcəyi Corc Buş dövründə aydın olmuşdu. Əslində bu projenin planları çoxdan çəkilmişdi. Deyəsən "sağır sultan duymuşdu" ancaq biz eşitməmişdik. Eşitsək neyləyəcəkdik, yüz illərdir yatırıq...g
Min ildən artıqdır ki, planlar cızılır və həyata keçirilmək cəhdinə düşülür, ancaq bütün bu şər planları "hiyləgərlərin hiyləsini pozan Gözəgörünməz"in hökmüylə pozulur. Heç kəs narahat olmasın, indən belə də pozulacaqdı. İnşallah bizim əlimizlə olar...g
Amerikan Böyük Ortadoğu Projesini həyata keçirmək məqsədiylə İraqda və Suriyada milyonlarla ocağı söndürdü. Oralarda hər Allahın günü yaranan ax-vaylar ərşə çatır. Bu Projenin yiyələri bunlarla kifayətlənmir, deyəsən kifayətlənməyəcəklər. Dünya yeni və kütləvi bir cahan hərbinə sarı sürətlə getməkdədi. Bu işin axırı hara çatacaq onu da Allah bilir.
Həəə... İŞİD-in vaxtı qurtarır deyəsən. İraq və Suriyadakı kürdlər isə Əl Qaidənin, İŞİD-in vəzifəsini təhvil almaq üzrədir. Böyük Ortadoğu Projesinin memarları indi özlərinə kürdləri fiqur seçib. Onlara müəyyən vədlər verib müharibə meydanına dolduraraq kürd-ərəb, kürd-türk, şiə-sünnü təfriqəsini qızışdırıb Orta Şərqi daha da qan gölünə döndərmək istəyirlər.
Bu projenin bərabərhüquqlu sədrləri yoxsa Kərbəlanın intiqamını alır? Elədirsə, halal olsun!!! Əhli-beytin dostları belə olar da...g
Dadaş deyəsən işin içində iş var; axı bunlar Hz. Əli məscidini bombalamadı?..
Otuz ildən artıqdır ki, Türkiyənin yaxasına terror bəlası yapışıb. Bu bəlanı onun yaxasına yapışdıranları təəssüflər olsun bəziləri dost gözündə görürdü. İndi necədir bilmirəm.
Kim yatmış, kim oyaq?!.
Obama getdi, Tramp gəldi. Görək Amerika bunun dövründə hansı oyunları həyata keçirəcəkg
Bir də özümüzdən...g
"Biz bir millət iki dövlətik", bu gözəl sözü deyənə rəhmət. Ancaq Türk dili, Türk tarixi, Türk mədəniyyəti ilə bağlı olaraq müstəqilliyin qazanılmasından bu tərəfə görülən işlərdən daha artığının görülməsi mənim kimi fikirləşənlərin ən böyük arzusudur. Bu arzunun istinadgahı da "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir! Biz bir millət iki dövlətik" sözlərini tarixə öz dəst-xətti ilə yazan böyük şəxsiyyətlərdir.
Məncə, Türkiyə papağını qabağına qoyub üzünü bir az da öz nəslindən olan İki Cahan Sərvəri Hz. Məhəmmədə və onun Əhli-Beytinə xəyanət edən çalmalı ərəblərdən yayındırıb bu tərəfə döndərməlidir. Türk dünyası onun üçün nədir, bu dünya ilə olan əlaqələri hansı səviyyədə aparılır, hansı səviyyədə aparılmalıdır sualını verib yaxşıca fikirləşməlidir.
Bəlkə bunun vaxtı hələ çatmayıb?!


Seyfəddin Altaylı,
Ankara,
altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK