ANA SƏHİFƏ / YAZARLAR

SOYUQDAN DONAN UŞAQLAR

FAİQ QİSMƏTOĞLU

83121    |   2016-10-28 13:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Oktyabr ayı hələ indiyə kimi belə soyuq keçməyib. Düzdür, 1993-cü ilin oktyabrı da soyuq olub. Hətta onda Bakıya qar da yağmışdı. Sanki o oktyabr yenidən gəlib və qapımızı kəsdirib. Hələ ki Bakıya qar yağmasa da əyalətlərin əksər yerlərinə qar düşüb. O günü Füzulidən qardaşım zəng eləmişdi, deyirdi ki, Bəhmənliyə qar yağıb. Özü də bu qar elə-belə qar deyil, ağacların yaşıl budağına hopan qar bu ağacları yaman günə qoyub. Üstəlik də qarın qəfil yağması pambıqçılığa çox pis təsir göstərib…

Bunların hamısı başa düşüləndi. Çünki Allahın işinə qarışmaq olmaz. Hava gec də soyuya bilər, tez də. Sadəcə olaraq, gərək biz insanlar hər cür hava şəraitinə hazır olaq. Onsuz da sadə adamlar həmişə bu cür hava şəraitinə dözüblər. Ancaq gərək o kəslər ki, qışda öz işlərini görməlidir, camaata , əhaliyə istilik verməlidir, bax onlar da zəhmət çəkib qışa hazır olmalıdırlar. Yoxsa qar qapını kəsdirəndə, soyuq düşəndə aidiyyatı qurumlar öncədən hazırlıq görmək əvəzinə, başlayırlar öz əməllərinə haq qazandırmağa. Yəni deyirlər ki, filan yerdə təmir işləri aparırıq, filan yerdə qəza baş verib onu düzəldirik. Camaat isə soyuqlu günlərdə üşüyür və min bir çətinlik yaşayır.

O günü televiziya kanallarının birində bir süjet göstərdilər. Qubaya qar yağmışdı, işıqlar isə sönmüşdü. Sakinlər isə deyirlər ki, ikinci dəfədir ki, Qubaya qar yağır, işıqlarımız da tez-tez keçir. Həmin məsələ ilə bağlı «Azərişıq»dan bildirdilər ki, təmir işləri ilə əlaqədar olaraq işıqlar söndürülür. Hətta deyilənlərə görə həmin təmir işlərindən biri Qubanın kəndlərində gedir.

Sakinlər isə deyilənləri təkzib edirdilər. Bildirirdilər ki, düzdür, işıq dirəkləri yolun kənarına yığılıb, amma heç bir təmirdən söhbət gedə bilməz. Onsuz da bunlar yalan danışmağa öyrəşiblər. Və bir də ki, hər hansı təmir işləri payızın axır ayında deyil, yaz və yay aylarında aparılmalıdır. Məhz elə aidiyyatı qurumlar da zəhmət çəkib bu məsələləri vaxtında həll etməlidir. Vaxtında həll edilməyən məsələlər isə acı bağırsaq kimi uzanır, söz-söhbətlər yaranır.

Balaca uşağı anası bağçaya aparmaq istəyir. O isə ağlaya-ağlaya deyir ki, bağçaya getmirəm, orda soyuqdan donuram. Məktəblini atası məktəbə aparır, həmin məktəbli də soyuq sinifdə oturmaqdan bezir. O da bəhanə ilə məktəbdən yayınmaq istəyir. Son on gündə isə məktəbə gedən onlarla uşaq sinif otaqları soyuq olduğu üçün xəstələnib. Görəsən uşaqların günahı nədir ki, soyuq havalarda soyuqdan donurlar? Onlar məcbur olub qalın geyinib və sinif otağında da paltolarını-plaşlarını soyunmurlar.

«Azəristiliktəchizat»ın isə dünya vecinə deyil, çünki hər bir vəzifəli şəxsin evində kombilər quraşdırılıb və onların da mənzili od kimidir. Vay o adamın halına ki, mənzilində kombi yoxdur, vahid istilik sistemi ilə birləşdirilib. Bax onların özləri də, uşaqları da, nəvələri də soyuqdan donacaqlar. Bu vəzifəli əmilərin Araz aşığındandır, Kür də topuğundan. Düz on beş gündür əksər KİV-lərdə havaların soyuması ilə bağlı istilik sistemlərinin işə salınması barədə müxtəlif yazılar dərc edilir. Amma aidiyyatı qurum isə bu məlumatları bu qulağından alıb o birinə qulağına verir. Bəhanə də edirlər ki, bizim əlimizdə elə səlahiyyət yoxdur. Gərək Bakı Şəhər İcra Hakimiyyəti bizə göstəriş versin, biz də istilik sistemlərini işə salaq. Nə bu göstəriş verilir, nə də istilik sistemləri işə düşür.

… Nəticədə havalar gündən-günə soyusa da və fasiləsiz olaraq Bakıya yağışlar yağsa da, məktəblərdə, uşaq bağçalarında və digər sosial obyektlərdə insanlar soyuqdan çox əziyyət çəkməyə məhkumdurlar. Mənzil soyuq, ev soyuq, mindiyimiz avtobus da ondan soyuq. Bəzən sürücülərə sərnişinlər irad tuturlar ki, Allah köməyiniz olsun, heç olmasa maşının istilik sistemini qoşun. Sürücülər isə yazıq-yazıq baxır və deyir ki, ay rəhmətliyin uşaqları, bu köhnə sınıq-salxaq maşınla güc-bəla ilə mənzil başına gedirik, o ki qala bunun istilik sisteminə. Görək də, müdiriyyət deyib ki, bu maşınların istilik sistemini tezliklə düzəldəcəyik…

«Halva-halva deməklə ağız şirin olmaz». Heç olmasa noyabrın əvvəllərində istilik sistemi işə düşsə də buna min şükür. Amma bundan da ağlımız bir şey kəsmir. Çünki o əmilərdə, o dayılarda bu ürək var, çətin ki noyabrın 15-dən tez istilik sistemləri işləsin. Ona qədər də birtəhər dözmək lazımdır. Evə girirsən görürsən kimsə asqırır, işə gəlirsən görürsən kimsə öskürür, avtobusa minirsən və yenə görürsən ki, kimsə fasiləsiz olaraq asqırmaqda davam edir. Elə bircə dəfə asqıranda «sağlam ol» deyirsən. O da dillənir ki, «çox sağ ol». Belə şəraitdə sağlam olmaq çox çətin ki, mümkün olsun.

Hər halda, yəqin Allahın bizə yazığı gələr, heç olmasa havalar belə soyuq keçməz. Allahın həmişə insanlara yazığı gəlib, ancaq daş ürəkli məmurların isə soyuqdan donan bu insanlara heç vaxt yazığı gəlməyib…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK