ANA SƏHİFƏ / YAZARLAR

AŞURA MƏĞLUBİYYƏT DEYİLDİ...

21671    |   2016-10-08 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəfələrlə dini mövzulara müraciət edərkən fərqli mübahisəli fikirlərin şahidi olmuşam və illər öncə birmənalı olaraq qərara gəlmişəm ki, din müzakirə mövzusu deyil. Çünki, bu mübahisələr heç də yaxşı nəticəyə gətirib çıxarmır. Ən yaxşısı Yaradana, göndərdiyi kitaba inanaraq, əməl edərək inancını içində ən təmiz şəkildə bəsləməkdir.
Aşura yaxınlaşdıqca, illər öncə onun haqda heç bir məlumatı olmayan, yaxud alayarımçıq, yanlış məlumatlarla başqalarını da yanlış yola sürükləyən "mollalarımız"ın məscidə gedənlərin üstünə qışqıraraq "niyə ağlamırsız?" - sualını xatırladıqca dəyərli dinimizin belə cahil insanların üzündən necə gülünc hala salındığına təəssüf etməyə bilmirəm. Başını bağlamamış məscidə gedən bir gəlini az qala döymək istəyən alnı döyməli (indiki dillə tatuaj) qadının sifəti isə heç gözlərim önündən getmir. Elə o vaxtdan məsciddən ayağım kəsildi. Təbii ki, müsəlman qadının örtünməsi vacibdir. Amma dinimiz haqda məlumatı olmayan, yeni namaza başlamaq istəyən gənc bir qadına belə təpki onu doğru yoldan çəkindirdi. Dinimiz isə xoş, səmimi münasibəti sədəqədən sayır. Namaz əhli olub, acıdil, kobud, qəlb qıran insanların namazını batil hesab edir.
Dinimizin o qədər gözəllikləri var ki, onu bir Aşura günlərində məzhəkə çıxarmaqla məhdudlaşdırmaq günahdı.
Dinimiz uğrunda ən gözəl nümunə olan İmam Hüseynin ölümü heç də məğlubiyyət deyildi. O, qəlb qələbəsinə nail olmuş bir həqiqi mücahiddi. Aşura gününü hələ uşaqlıqdan göz yaşı və baş yarmalar, qan tökmələrlə izləmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini hər il təkrar eşitmişik. Gözlərimizlə bədənlərini zorlayaraq müxtəlif əziyyətlər edənləri görmüşük. Amma Qiyamət günümüzə qədər bu böyük müsibət haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey var ki, o da ağıldır! Bu böyük hadisənin ictimai, siyasi və ruhani tərəflərini dəyərləndirərək istifadə etmək və onun hikmətini lazımınca anlamaq üçün cahilcə boş yerə sərf edilən göz yaşlarındansa, insan bundan faydalı nəticələr əldə edə biləcək ağılla göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvəyə müraciət etməli və Aşura hadisəsi üzərində düşünməlidir. Bu düşüncə bizə nə kimi bir hiss təlqin edir?
Bu hadisədən nə kimi nəticə çıxarmalıyıq? Aşura nədir?
Qoşunu qırılmış yalnız bir imam! Düşmən çoxdu, həm də amansız! Ölüm qaçılmazdır. Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica! Burdan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı olur. Dinin uğrunda yanlış yoldakılara bidət etmək istəmir! Cismən ölür. Amma ruhən Qiyamət gününə qədər dünya insanlarının və əbədiyyətdə Yaradanın nəzərində qalib olduğunu isbat edir. Yəni dini, məsləyi, doğru fikri uğrunda mübarizədə vücudun heç bir əhəmiyyəti olmadığını hər kəsə aydın olacaq surətdə izhar edir. Bu nöqteyi-nəzərdən İmam Hüseyn (ə) heç də məğlub deyil. O, qalibiyyətin ən böyük bir dərəcəsini qazanmış, ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir mücahiddi...
...Aşura günü bizə belə bir əxlaq tərbiyəsi vermək iqtidarında və səlahiyyətində ikən, təəssüf ki, biz onu başqa cür qandıq, çox şeydə olduğu kimi, burada da yanlış bir yola düşdük. Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz üç-dörd damla göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq...
Köçərli Füzulinin "Hədiqətüs-süəda" əsəri haqqında yazır:
"Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir yerdə olduğu halda uyuşmaz, onda deyə bilərik ki, bəli, İmam Hüseyn müsibətində bir feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır, bir yandan qəmləndirir, bir yandan qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri adi halət və xüsusiyyət ancaq Seyyidüş-şühəda müsibətü əzasına müxtəssdir, ancaq mahi-mühərrəmdə tərtib olunan təziyələrdə hiss olunurg"
Aşuraya bir neçə gün qalır. Yenə cahil insanlar toplusunun kor-koranə vay-şivənə başlamasını seyr etmək əzab verir insana. Yaxşı ki, son vaxtlar könüllü qanvermə kampaniyasına başladılıb və bunun hesabına nə qədər qana ehtiyacı olan xəstələrə yardım edilir. Əvvəlki illərə nisbətən zəncir vurmaların, baş yarıb qan axıtmaların qarşısı bu yolla alınıb. Amma cəhaləti təkcə bir bu əməllə kütlənin içindən söküb atmaq olmaz. Bu sahədə böyük təbliğat işləri aparılmalı, içimizə xaricdən axışan dini təriqətlərə, məzhəb ayrımçılığına çalışan qüvvələrin fəaliyyəti aşkarlanıb ləğv edilməlidir.
Azərbaycan tolerant ölkə olduğundan belə qüvvələrin buraya asanca daxil olması mümkündür. Vahid dini təbliğatımız olsa, bu sahədəki elmi-dini biliklərə malik olan üləmalarımız yetişsə, yaxud bu sahədə həqiqi haqqı olanlara meydan verilsə, dinimizin gözəlliyi, nə qədər əhəmiyyətli, bəşəriyyət üçün nə qədər dəyərli olduğu ortaya çıxar.
Məni ən çox təəccübləndirən elmi, biliyi, dünyagörüşü, təcrübəsi, məntiqi güclü olan insanlarımızın ateist, deist və sair sifətlərdə çıxış etmələridir.
"Biz o misalları camaat üçün gətiririk, yalnız alimlər və mütəfəkkirlər o misallarda fikirləşirlər". Buna görə də məhz onlar zərif, incə, lətif və ibrətamiz nöqtələri dərk edərək bəhrələnirlər.
İncə nöqtələr: Quranın gətirdiyi misallar hiss olunan və sadə bir tərzdə olub mühüm mətləbləri bəyan edir, çox çətin və əqli məsələləri aydınlaşdırır ki, insanlar həqiqətləri dərk edə bilsinlər. Qurani-kərim etiqadi, əxlaqi, iqtisadi və sair kimi məsələləri ən yaxşı başa salmaq yolu olan misal gətirməklə nəql edir və tarixi nümunələr, misallar və mətləbləri bəyan etmək yolu ilə mühüm elmi məsələləri bəyan edir. Bunların hamısında ilahi alimlər və mütəfəkkirlər Allahın sonsuz elm dəryasının üzgüçüləri kimi Qurandan bəhrələnir, bu dəryaların ənginliklərində olan qiymətli sədəf və gövhərləri çıxarıb cəmiyyətə təqdim edirlər ki, insanı, həyatın bütün yönlərində fitrət və kamal yoluna hidayət etsinlər".
Bəli, Quran alimləri elm dəryasının üzgüçüləri hesab edir, hansı ki, dəryadan qiymətli sədəfləri, gövhərləri çıxarıb cəmiyyətə təqdim edir. Amma bizim cəmiyyətdə bu nə qədər realdır. Açığı budur ki, "Alimin mürəkkəbi şəhidin qanından üstün" hesab edildiyi halda, bizim cəmiyyətdə alim sayılanlar dindar insanları cahil, savadsız, mövhumatçı, fanatik kimi qəbul edirlər. Əslində isə din cahilliyə qarşı amansız mövqedə dayanan dəyərdir. Ona görə də dinə yanaşmamızın ciddi islahata çox ehtiyacı var.
Biz müsəlman ölkəsində yaşayırıq və din azaddır. Əlbəttə, yaranışdan hər kəsin ağlına görə öz yolu var. Amma yollar nə qədər çox olsa da, sonu Allaha gedir və bu yol da dinimizdən keçir. Odur ki, ehtiyatlı olun!



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK