ANA SƏHİFƏ / YAZARLAR

BATABATA GƏLMİŞƏM - I yazı

Əbülfət MƏDƏTOĞLU

35446    |   2016-09-23 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

I yazı

Axşam sürücüdən ayrılanda vədələşdim ki, səhər erkəndən gəlsin. Çünki bu, Naxçıvanda olacağım ikinci və sonuncu gün idi. Ona görə, hələ getməli, görməli yerlərin siyahısını gözlərim önünə gətirib vaxtı elə qurmağa çalışırdım ki, istəyim havada qalmasın. Sağ olsun, sürücü də məni anladı və artıq səhər 8:30-da o, "Təbriz otelinin qarşısında bizi gözləyirdi.

Səhər çayını yolüstü bir yerdə içmək arzusuyla maşina əyləşirik. Artıq şəhərin müəyyən hissəsini tanıyıram. Dairəvi yol ayrıcına çatanda özüm sürücüyə sağa doğru hərəkət etməyi məsləhət görürəm:

- Müəllim, deyəsən artıq Naxçıvanı tanımağa başlayırsınız.

Mən də gülümsəyirəm və əlavə edirəm ki, yolun sol istiqaməti Babək, Culfa, Şərur tərəfə gedir. Digər tərəfdən yol ayrıcındakı işarədə də Şahbuz yazılıb. Bunun özü də bir xatırlatmadı.

...Bəli, maşımınız gözəl bir yolla üzü dağlara tərəf gedir. Yolun rahatlığı və mənzərəsi məni demək olar ki, yenə öz qoynuna alıb. Və sürücünün susub heç bir şərh verməməsi mənə əlavə bir imkan yaradıb. Hər şeyə acgözlüklə baxıram. Birdən diqqətimi yamaclıqda salınmış bir bağ çəkir. Ağaclar demyə bir şəraitdə elə səliqə ilə əkilib ki, göz çəkmək olmur. Öz-özümə düşünürəm ki, onları görəsən necə suvarırlar? Bu vaxt sürücü köməyimə çatır. Ürəyimi oxuyurmuş kimi deyir:

- Müəllim, orda «damcı» suvarmadı. Əvvəlcədən xətləri elə çəkiblər ki, ağaclar normal şəkildə su ilə təmin olunur. Sadəcə o xətlərə nəzarət edənlər var…

Doğrudan da insan hər şeyə qadirdir. 

Bu yolu ilk dəfə 1982-ci ildə getmişəm. Onda universitet tələbəsiydim və bu günə qədər də dostluğumuzu ən yüksək səviyyədə qoruyub saxladığımız, onu ailəvi dostluğa çevirdiyimiz Firudinin anasının yas mərasiminə gəlmişdim. Yollar elə bir gündəydi ki, adamın maşına yazığı gəlirdi, heyfi yox ha, yazığı. Mən öz-özümə düşünürdüm ki, dəmir yol vağzalından Kolanı kəndinə müştəri aparmaq üçün 15 rubl istəyən sürücünün yəqin ki, ağlı yerində deyil. Çünki bu yoldakı vəziyyət ən azı 150 rubl tələb etmək haqqını verirdi sürücüyə…

Sonra ikinci dəfə gəldim bu kəndə, elə bu yolla. Onda da 1987-ci il idi, Firudinin toyuna gəlmişdim. Yollarda heç nə dəyişməmişdi. İndi isə əvvəlki yazılarımda da vurğuladığım kimi dünyanın ən gözəl yollarından biri ilə hərəkət edirdim. Yolun sol istiqamətindəki yüksəklikdə günəş elektrik batareyaları qurulmuşdu. Onları görəndə xatırladım ki, bir zamanlar ancaq Araz çayı üzərindəki elektrik stansiyasının ümidinə yaşayan Naxçıvan indi kifayət qədər su və günəş elektrik stansiyalarına malikdir. Ona görə də burada işıq problemi birdəfəlik həll olunubdur. Bu da Naxçıvan rəhbərliyinin necə təsərrüfatcıl olmasından, işini mükəmməl bilməsindən xəbər verir. Axı bu bölgədə dağ çaylarından su, günəşdən isə enerji almaq həm istəkdən, həm də bacarıqdan asılıdır. Bunu da Naxçıvanda mükəmməl bacarırlar.

Bəli, bu yol Badamlı kəndində gedir. Biz isə həmin istiqamətə dönmürük, düz keçib gedirik. Qarşıdakı kəndlər bir-bir arxada qalır. Kükü, Kolanı, Biçənək və s. Dolamaları qalxırıq, məni heyrətləndirən odur ki, bu yaşıllığın içində evlər, kəndlər görünmür. Həyat elə bil ki, burda bir yaşıl dona bürünüb. Amma mütləq deməliyəm, xoşuma gəlməyən bir məqam oldu. O da nədənsə bu yaşıllığı, mənzərəni gizlətmək üçün göstərilmiş cəhdlər idi. Çünki bir-birindən yaraşıqlı, bir-birindən göz çəkən mənzərələri, evləri hündür barların arxasında sanki «gizlətmişdilər». Şəxsən mən gözəlliyin gizlədilməsinin həmişə əleyhinə olmuşam. Və kimsə özünün yaraşıqlı evini, həyət-bacasını gizlədirsə, deməli, o, həm də zövqünü gizlədir.

Niyə imkan vermir ki, o gözəllikdən hamı gözdolusu yararlansın. Ola bilsin ki, onların da öz arqumentləri var. Amma nə olur-olsun, gözəllik hamı üçün olmalıdır. Nə isə, biz dolamaları qalxdıqca yol kənarındakı bulaqların suyunun da dadına baxırıq. Həmin bulaqların qarşısındakı təpəciklərin üstünə qalxıb meşə alçasını da, itburnusunu da, böyürtkənini də qoparıram və bu fürsətdən istifadə edib artıq məndən aşağıda qalan evləri də, kəndləri də seyr edirəm. Və…

Bu da həsrətində olduğum Batabat. Sürücü mənə Üzən Adanı göstərir. O artıq sahilə bir az yaxınlaşıb. Bilməyənlər üçün xatırladım ki, bu "ada” yerini anbaan dəyişir. Onu ancaq bu yerə ardıcıl gələnlər hiss edə bilər. Bu möcüzə ada daha çox torf və yaşıllıqdan ibarətdir. Göl ləpələnəndə ona öz təsirini göstərir. Gölün dibi ilə bağlılığı olmadığı üçün ada üzür.

Maşını saxladıram, düşüb bir anlıq seyr edirəm bu mənzərəni. Üzən Ada başdan-başa yaşıllıq içindədir. Göl də o qədər sakitdir ki, sanki yuxuya gedibdir. Adam yatmış gözəldən gözünü çəkə bilmədiyi kimi, mən də bu mənzərədən gözümü çəkə bilmirəm. Deməli, Allah bu torpağa belə bir möcüzə də nəsib edib. Bu möcüzəyə ancaq sevgiylə, Məcnun Leyliyə baxdığı kimi baxmaq lazımdır və yaxud da əksinə. İçinin sevgisi gözlərindən, nəfəsindən duyulmalıdır. Onda sən bu yerin cənnət olduğuna inanacaqsan!..

Addım-addım gölün kənarı ilə "Zor bulaq”a yaxınlaşıram. Bulağın ətrafında ailə olduğu aydınca duyulan bir topa adam var. Uşaq, böyük, qadın… kimi su doldurur, kimi süfrə açır. Salam verirəm. Qərib olduğumuzu hiss edib bulaqdan çəkilirlər. Amma bir gəlin suyun aşağı tərəfində dayanıb, özü də düz suyun ortasında. Mən ona bir az təəccüblə baxıram. Çünki eşitdiyimə görə "Zor bulaq”ın suyunda barmağını,hətta yay fəslində də, bir dəqiqədən artıq saxlamaq mümkün deyil. Həmin gəlin isə suyun içində çox rahat şəkildə dayanıb uşaqları ilə söhbət edir…

Ovcumu suyun altına tuturam, barmaqlarım keyiyir. Suyu dodaqlarıma yaxınlaşdırıram. Canımdan bir üşütmə keçir. Yenə başımı qaldırıb həmin o gəlinə baxıram. Çox maraqlıdır, sürücü mənim bu gözaltı baxışlarımı deyəsən havada tutur. Ona görə yavaşca mənim eşidəcəyim bir səslə deyir:

- Müəllim, o gəlin bu yerin adamıdı, artıq vərdiş edib…

Bəli, məsələ aydındı. Hələ o da aydındır ki, mən "Zor bulaq”ın buz kimi suyunu dadanda ona ünvanlanan misralar da ürəyimdə göyərmişdi:


Dolamalar qalıb artıq arxada,

Gəlib yetdim dodağından öpməyə.

Diz qatlayıb bu yamacda, yaxada,

Gözəlliyi gözlərimə təpməyə

Zor bulağın yanağından öpməyə.


Batabatın mənzərəsi göz çəkir,

Ürəyimdən qor götürür, köz çəkir.

Məni, vallah, danşmağa söz çəkir,

Başlayıram nəğmələri səpməyə,

Zor bulağın yanağından öpməyə.


Su içində barmaq qatla say günü,

Barmaqların buz bağlayar yay günü.

Mən Allahdan aldığım bu pay günü,

Bənzər bildim ziyarəti-Kəbəyə,

Gəldim onu ürəyimlə öpməyə.


Üzən ada üzərrikdi bəlkə də,

Çox gözəli çoxdan qoyub kölgədə.

İnanın ki, gəzdiyim bu bölgədə,

İşıq hopub hər yazılan səhifəyə,

Gəldim onu ürəyimlə öpməyə.


"Zor bulağın başının üstündəki qayanın tən ortasında hündür bir ağac var. Onun əyilmiş budağından yapışıb üzüyuxarı qalxıram. Sürücü arxadan məni səsləyir:

- Müəllim, o yüksəkliyin arxası cəbhə xəttidi. Orda əsgərlərimiz mövqe tutub. Bir yanı Sisyandı, bir yanı da…

Onun dediyi söz bütün varlığımı titrətdi. Mənə elə gəldi ki, illərlə həsrətini çəkdiyim, bircə dəfə də olsun görə bilmədiyim, amma yuxularımda, xəyallarımda, anamın söhbətlərində eşidib təsəvvür etdiyim o kənd ovcumun içindədi. O qədər özləmişəm o kəndi, amma görmək nəsib olmayıb. Sən demə, bu yüksəkliyin arxasındaymış o kənd, o ərazi, o mahal… anamın kəndi.

Həmin o həsrətini çəkdiyim ünvanın adı Dərələyəzdi. Anam orda doğulub, 1932-ci ildə. Və tale elə gətirib ki, 6-7 yaşında ilk qaçqınçılığı, ilk erməni zülmünü yaşayıb. Sonra Qarabağ. Və 1991-ci ildən də Qarabağsız bir həyat. Ancaq həsrət yazılıb alnıma. Elə süddən gəlib mənə də. Ürəyimin döyüntüsünü yaxınlıqdakılar eşitməsinlər deyə bir az da yuxarılara qalxıram. Hər şey gözəldi, hava da gözəldi, adamlar da... Amma əlimin uzandığı, ünümün yetmədiyi məkan… Allahım, nə qədər çəkəcək bu zülüm? Yoxmu bu zülmün sonu? Özümdən asılı olmadan ucadan deyirəm sonuncu sözləri. Hiss edirəm ki, məndən aşağıda dayananlar məni izləyirlər. Qulağıma bir hökmlü səs gəlir, dönüb baxıram. Milli Ordunun zabitidi, yanında da əsgərlər, bulaqdan su götürməyə gəliblər…

Hə, həsrətini çəkdiyim yurdun nisgili ilə üzü bulağa tərəf dönürəm:


Bu zirvədən baxıb sənə kövrəldim,

Havalandım, havam qaldı havada...

Mən yerini burdan baxıb öyrəndim –

Əsir alıb düşmən səni davada…


Gördüm enib qara bulud üstünə,

Dözəmmirəm, ürəyimi sən dər, əz.

Tüstüm barı qoy qarışsın tüstünə –

Ay anama beşik olan Dərələz.


Söz tapmıram burdan sənə deməyə,

Elə bil ki, mən budaqsız bir yarpaq.

Bir kəsim yox çağırmağa köməyə,

Sən çəkəndən artıq çəkir Qarabağ.


Bu zirvədə əl açmışam Allaha,

Yer səsimə, göy ünümə ayılsın.

Mən möcüzə istəyirəm bir daha –

Qələbəmiz kainata yayılsın!!


Bəli, "Zor bulaq”ın suyundan barmaqlarım, dodaqlarım göynəyə-göynəyə yenə içirəm. Sürücünün tapıb gətirdiyi qabı da suyla doldururam. Vaxtın darlığı məni tələsməyə məcbur etsə də, nə ürəyim, nə ayaqlarım burdan getmək istəmir. Amma bütün səfərlər, bütün ziyarətlər bitir, yekunlaşır. Mənim də Batabatı, Üzən adanı, Zor bulağı ziyarətim onun suyuyla əl-üzümü yumaqla başa çatır. Amma hələlik…




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK