Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ƏLİNCƏYƏ GEDƏN YOL - V yazı Adalet.az | ƏLİNCƏYƏ GEDƏN YOL - V yazı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏLİNCƏYƏ GEDƏN YOL - V yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU

34934    |   2016-09-22 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

V yazı

Muzeyin önündə dayanmış maşina əyləşirik. Yenə sürücü əvvəlki səs tonu ilə «indi hara gedirik, müəllim» deyir. Ondan fərqli olaraq mən nə saata baxıram, nə də səsimin tonunu dəyişirəm. Bir rahatlıqla onun mənə xatırlatdığı ünvanı söyləyirəm.

- Gedirik Nəiminin məqbərəsini ziyarət etməyə.

Gəldiyimiz yolla hardasa 5-8 kilometr üzü geriyə qayıdırıq. Maşın sola, kənd yoluna dönür. İnanın ki, heç magistraldan fərqlənməyən bir yol. Kəndin adına diqqət yetirirəm – Xanəgah kəndi. Culfa rayonunun bu qədim kəndi həm dağlıq ərazidə, həm də çay kənarında yerləşib. Magistral yolun kənarındakı məktəb, xəstəxana və digər ictimai binalar o qədər yaraşıqlı və diqqətçəkəndir ki, mən gözümü onlardan ayıra bilmirəm. Maraqla baxdığımı görən sürücü kəndin ortasında bir anlıq maşınını saxlayır və qaçaraq marketdən sərin su alıb gətirir. Bu, əsl dərman olur bizim üçün. Çünki Əlincəyə qalxıb-enəndən sonra ürəyimiz əməlli-başlı maye tələb edir, dodaqlarımız çatlayır. Ona «sağ ol» deyərək suları başımıza çəkirik. Bizim bu münasibətimiz onun qırışığını açır, özündən razı halda gülümsəyir. Maşın kəndin içi ilə hərəkət edir, yenə baş yoldan sola, yamaca diklənir. Gözümüzün önündə qədim bir məqbərə canlanır. Hər tərəf səliqə-səhmanlı, hətta qarşısındakı qoz ağacının da barı kifayət qədər olan bu məscid-məqbərə neçə min illər görüb. Amma ona elə diqqət yetirilib, elə sevgi ilə yanaşılıb ki, illərin toxuduğu zədələr heç yerində qalmayıb.

Bu hürufilik təriqətinin banisi, böyük Nəsiminin müəllimi Fəzlullah Nəiminin məqbərəsidi. Əlincəçay xanəgahının bu ünvanı son dərəcə müasirlik aşılayır adamda. Çünki burada elə bir şərait yaradılıb ki, keçmişlə bu gün bir-birinə qovuşub. Böyük alimin, şairin ruhu burda çox rahatdı. Pillələrlə üzü yuxarı qalxıram - yenə səliqə, yenə sahman. Vallah, adamın belə yerdə ölüb-qalmaq da ürəyindən keçir. Niyə də keçməsin? Hər şey yerli-yerində: suyu, havası, gülü-çiçəyi. Nazim Hikmət demiş, ceviz ağacı, məqbərəsi və bir də ziyarətçiləri…

Əslində insanı yaşadan elə bunlardı. Mən balaca bir kəndin hürufiliyin banisinə olan bu sevgisini, diqqətini qiymətləndirməkdə acizəm. Bircə onu ifadə edə bilərəm ki, Naxçıvanda gördüyüm bütün tarixi abidələrə, bütün müqəddəs yerlərə birmənalı şəkildə, bax elə belə yanaşılır, bu cür diqqət göstərilir. Bunun səbəbi barəsində düşünəndə ilk xatırladığım hələ Bakıda, redaksiyamızda dəfələrlə həmsöhbət olduğum şair dostum, ağsaqqal qardaşım İbrahim Yusifoğlunun söylədikləri düşür. İbrahim müəllim Naxçıvanla bağlı suallarımı cavablandırarkən həmişə deyir ki, Naxçıvanda Ali Məclisin sədri özü şəxsən tarixə, mədəniyyətə, abidələrə, bütövlükdə səliqə-səhmana qarşı o qədər həssas və diqqətlidir ki, digər məmurlar da bu nümunədən yararlanırlar. Necə deyərlər, idarə edənin özünün münasibəti artıq Muxtar Respublikada bir ənənəyə çevrilib. Uşaqdan-böyüyə hər kəs tarixə diqqət ayırır, abidələrə sahiblik münasibəti göstərir. Deməli, bu da tariximizi hələ neçə-neçə nəsillərin istifadəsinə bu gündən təqdim etmək, hazırlamaq deməkdir…

Bəli, Əlincə səfərim bu kəndin ziyarəti ilə Nəiminin ruhuna oxuduğumuz dualarla başa çatır...

...Və bu vaxt mən böyük Nəsiminin dünyaya səs salan məşhur misralarını, yəni «Məndə sığar iki cahan…» sədalarını elə bil ki, xalq artisti Rasim Balayevin dilindən eşidirəm. İnanın ki, bu mənə o qədər doğma gəlir ki, özüm də hiss etmədən Nəsiminin misralarının heç həndəvərinə yaxın gələ bilməyəcək öz misralarımı pıçıldayıram və elə həmin misraları pıçıldaya-pıçıldaya böyük şairdən məni bağışlamasını rica edirəm.


Bu boyda dərdlə, kədərlə,

Payıma düşən qədərlə

Görün ki, nələr, nələrlə –

Mən bu cahana sığmıram.


Tarixə işıq salıram,

Hər qata heyran qalıram.

Coşuram, ilham alıram –

Mən bu cahana sığmıram.


Pillələr qalxıb-enirəm,

İşığam, yanıb-sönürəm.

Həqqin özünə dönürəm –

Mən bu cahana sığmıram.


Şanlıdır əsrim, qərinəm

Həm odam, həm də sərinəm!

Sükutumla da dərinəm –

Mən bu cahana sığmıram.


Artıq hava qaralır. Hiss edirəm ki, sürücü də harasa getmək fikrindədi. Ona görə şəhərə qayıdırıq. Otelin önündə sağollaşıb yeddinci mərtəbəyə qalxırıq. Bu da bizim üçün ayrılmış otaq. Pəncərəsindən bütün Naxçıvan görünür. Mənzərə özü-özlüyündə bizi gəzib-dolaşmağa çağırır. Vaxt itirmək olmaz. Bir stəkan çay içib şəhərə düşürük. Şəhərdə təkcə səliqə-səhman yox, elə havanın özü də gözəldi. İnanın ki, Bakının bürküsündən sonra burda adam sanki bir oksigen bolluğuna düşür. Bu bolluqdan gen-bol istifadə edə-edə adamların daha çox istiqamətləndiyi səmtə tərəf gedirik. Bu yerin adı Əyləncə Mərkəzidir…

Paytaxtın əyləncə mərkəzlərindən fərqli olaraq burda fərqli bir şərait yaradılıb. Həm alış-veriş etmək, həm bir tikə çörək kəsib, çay içmək, həm uşaqların oynaması, sevinməsi üçün hər şey nəzərdə tutulub. Bir anlıq yadıma İzmir şəhəri düşür. Orada ilk dəfə görmüşdüm bu mənzərəni. Əyləncə mərkəzində gəzib-dolaşarkən həmkarım, çox hörmətli Hüseyn müəllimlə qarşılaşırıq. Hal-xoşdan sonra o, bizi Əyləncə Mərkəzi ilə tanış edir. Necə də gözəldi hər şey. Uşaqların sevinci, valideynlərin bir kənarda əyləşib bu mənzərəni seyr etməsi, alış-veriş edənlərin ərzaqdan tutmuş tikinti materiallarına qədər hər şeyi bir yerdən almaq imkanı…

Bəli, bax bu xidmət mədəniyyətidi. Bunu yaradanlara ancaq "sağ ol demək olar. Biz Əyləncə Mərkəzindən çıxıb yaxınlıqdakı rəngarəng işıqlara qərq olmuş qalaya tərəf gedirik. Bu qala böyük bir ərazini elə qucağına alıb ki, sanki adamlar onun qolları arasında özlərinə xoş bir aura əldə etməyi haqq edirlər. Biz qalanın qapısından içəri girəndə ilk qarşılaşdığımız Hindistandan gəlmiş turistlər oldu. Yol yoldaşlarıma dedim ki, biz burdan-bura bu yerləri gəlib ziyarət edə bilməmişik, bu adamlar Hindistandan vurub gəliblər.

Sözlərim birmənalı qarşılanmasa da, həqiqət belədi. Çünki biz bəzən ya tənbəllikdən, ya da laqeydlikdən, bir az da iqtisadi sıxıntılardan abidələrimizi, görməli yerlərimizi ziyarət etməyi arxa plana keçiririk. Hətta bir zarafat edim, mən bizi Naxçıvanda müxtəlif ünvanlara aparan sürücüdən müəyyən yerlərin harada olduğunu soruşanda üzümə təəccüblə baxdı:

- Müəllim, bunları siz hardan bilirsiniz? – dedi – Mən naxçıvanlıyam, özüm heç oralarda olmamışam.

Mən də diqqəti əldən verməmək şərtilə tez ona zarafatlı bir mesaj göndərdim:

- Eybi yox, bizə qoşulub sən də Naxçıvanı gəzib-tanıyarsan - dedim.

Bəli, həmin axşam Nuhun dəfn olunduğu güman edilən məqbərəni də ziyarət etdik. Dostların sayəsində iş vaxtı bitmiş olsa da, bizim üçün qapıları açdılar. Bəli, içimdə olan bütün xoş hisslərin sırasına Nuh peyğəmbərin ruhuna etdiyimiz dualar da əlavə olundu. Və mənə elə gəldi ki, o müqəddəs insan burda dəfn olunmaqla bu torpağın nə qədər qiymətli, nə qədər möhtəşəm və doğma olduğunu insanlara mesaj edib, bildirib. Tarixə Naxçıvanın və bütövlükdə Azərbaycanın bir cənnət olduğunu möhürləyib. Elə bu təəssüratla da üzü Möminə Xatunun işığına doğru gedirik…

Burda hansı hisslər keçirdiyimi və bütövlükdə Möminə Xatunun bu, ifadə edilməsi mümkün olmayan möhtəşəm məqbərəsi önündə ancaq susmaq lazımdı. Etiraf edirəm ki, mən bu məqbərə barəsində deyilənlərdən daha gözəl heç nə deyə bilməyəcəyimə əminəm. Ona görə də susmaqla onun qarşısındakı sonsuz ehtiramımı ifadə edirəm…

Bax, bu isə gecənin qaranlığında işığa qərq olmuş Hüseyn Cavidin məqbərəsidi. Yəni Cavid Əfəndinin. Bu möhtəşəm sənət əsəri də elə Əfəndimizin adına layiqdi, elə layiqli səviyyədə də qorunur. Mən məqbərənin içini ziyarət edə bilməsəm də (zaman baxımından – Ə.M.) onun ətrafını dolaşıram. Ürəyimdə misralarını təkrarlayıram və elə bilirəm ki, onun əlini öpməyə gəldiyimi Cavid Əfəndi artıq duyub. Çünki həmin an göydəki uldazlar daha çox işıq saçırdılar, ay daha çox bədirlənmişdi. Deməli, Cavid Əfəndinin ruhu onu ziyarətə gələni qapıdan içəri buraxmışdı – əlini öpmək üçün…

Artıq saat 22-ni ötüb. Bu vaxt Naxçıvanda olduğumu bilən dəyərli şair-dostum, Naxçıvan Ali Məclisinin üzvü Asim Yadigar zəng vurur. Hal-əhval tuturuq, görüşmək barədə razılaşırıq və otelə dönürəm. Sabah günəş oyanmamış qalxıb Batabata gedəcəm. Və orada gözəl şairimiz İslam Səfərlinin ruhundan üzr istəyib deyəcəm:

- Batabata gəlmişəm!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK