ANA SƏHİFƏ / YAZARLAR

İŞIĞA GEDƏN YOL

Haqdan yanan işığa açılan qapı

34889    |   2016-07-04 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

II yazı



Azərbaycan mətbuat tarixinin özülü olan və həm də bu mətbuatı öz çiyinlərinə qaldıran Həsən bəy Zərdabinin bütün həyatını bir tarixi romanda əks etdirmək və bununla da həm ədəbiyyatçı, həm ictimai-siyasi xadim, həm vətəndaş, həm də bir ailə başçısı kimi xalqın sevimlisini yenidən ona təqdim etmək olduqca çətin və məsuliyyətli bir işdir. Mənim inancıma görə, elə şəxslər var ki, onlara gərək toxunmayasan, onlar haqqında xalqın bildiyini və xalqın onu müqəddəsləşdirdiyini qəbul edib, sadəcə bu ehtiramı, bu mərhələni qorumaq, gələcək nəslə ötürmək daha gözəldir.

Amma burda bir məqam var, o məqam da həmin o müqəddəsi durduğu mərtəbədən daha yüksəyə qaldırmaq, onun özünü, dünyasını bütün çalarlarıyla, özü də bəlli olmayan tərəflərini ifadə etmək, təbliğ və təlqin etmək bacaran üçün, yükün altına çiyin verən üçün alqışa layiq bir addımdı. Bunu qiymətləndirməmək ən azından insafsızlıq olar. Bax, bu mənada Sona Vəliyevanın "İşığa gedən yol" tarixi romanı mənim inancımı həqiqətən alt-üst etdi. Yəni mən gördüm, duydum, öyrəndim ki, şəxsən bir oxucu, bir vətəndaş olaraq Həsən bəy Zərdabi haqqında bilmədiyim kifayət qədər məqamlar varmış. Həmin məqamları bu tarixi romanın müəllifi sadə, amma dəqiq faktlarla zamanının ictimai-siyasi mühitini bütün ştrixləri ilə ifadə etməklə mənə və bütün oxuculara çatdırıbdı. Deməli, romanın ikinci hissəsi əslində Həsən bəy Zərdabinin bir fərd, bir vətəndaş kimi deyil, həm də bir ailə, millət fədaisi olmasını qabardıb. Əgər xatırlayırsınızsa, mən yazımın birinci hissəsində, yəni romanın birinci bölümü ilə bağlı fikirlərimi ifadə edəndə vurğulamışdım ki, həmin zaman kəsiyi Həsən bəyin uşaqlığı, yeniyetməliyi, gəncliyi və ictimai mühitə atılması ilə bağlıdır. Amma romanın ikinci hissəsində artıq söhbət kifayət qədər oturuşmuş, hadisələrə qiymət verməyi bacaran, siyasi proseslərə təsir etmək gücündə olan bir ictimai-siyasi xadimdən söhbət gedir. Bu hissədə artıq Həsən bəy Zərdabi məmurluqdan ictimai xadimliyə, siyasi fiqura, eləcə də tanınmış ədibə doğru yol gedir. Bu yolda o artıq əvvəlki təkliyindən öz ətrafına cəm etdiyi həmfikirləri ilə, tələbələriylə, onu qəbul edənlərlə birlikdə qədəm qoyur. Bunun da bir səbəbi var, o da Həsən bəy Zərdabinin həm şəxsiyyət kimi bütövlüyü, həm cəsarətli olması, həm də təhsili. Bax, bu üç arqument Həsən bəy Zərdabini hamıdan fərqləndirib göz önünə gətirib. Artıq maddiyyat yox, mənəviyyat təsir gücünə malik olub. Varı, dövləti, malı-mülkü olan bəylər indi onunla görüşmək, onunla söhbət etmək üçün məqam axtarırlar, bunu özləri üçün şərəf sayırlar. Ona görə ki, Həsən bəyin nəsil-nəcabəti, ətrafı və tutduğu yol onları buna məcbur edir.

Təbii ki, romanın müəllifi əsərin ikinci hissəsində Həsən bəyin necə böyük fiziki gücə, dərin zəkaya malik olduğunu göstərmək üçün onun təkcə özünü yox, həm də onun yanında olanların dilindən, hərəkətindən, ifadə etdiyi fikirlərdən istifadə etmək üsulu ilə Həsən bəyi bir az da önə çəkir, bir az da qabardır. Məsələn, dövrün aydınları, ziyalıları, ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq Həsən bəylə münasibət qurmağa çalışır, onunla tanışlığı, dostluğu şərəf sayır, onunla məsləhətləşir. Bax, belə bir məqamda sıravi vətəndaşlar da Həsən bəyə ümid yeri kimi yanaşırlar, ondan məsləhət alırlar, ondan kömək umurlar. Yazıçının məharəti də burda ortaya çıxır. O, ictimai zümrənin bütün fiqurlarını diqqət mərkəzində saxlayır, amma bu diqqətin mərkəzində təbii ki, Həsən bəy dayanır. Və məhz bu mərkəz, yəni Həsən bəy Zərdabi bir ictimai-siyasi fəal, bir ədib kimi deyil, həm də bir ata kimi, bir müəllim kimi də hər kəs tərəfindən bir örnək kimi qəbul olunur. Çünki onun ailəsi vahiddir, bütövdür, onun ailəsi bir yumruqdur. Eyni cür düşünür, eyni cür münasibət bildirir, bu eyniliyin alt qatında isə, yəni ailənin, evin içində isə onlar müzakirə etmək, fikir bölüşmək, ortaq məxrəc tapmaq qabiliyyətlərini elə sərgiləyirlər ki, sonda nəticə etibarilə fikir yekdilliyi alınır.

Bəli, "İşığa gedən yol" romanının ikinci hissəsində artıq Həsən bəy Zərdabi bir qəzetçi kimi, "Əkinçi"nin yaradıcısı kimi təqdim olunur. Onun bu yolda nələrdən keçdiyi oxucuya təqdim edilir. Və o da göstərilir ki, məqsəd, məram naminə Həsən bəy dincliyindən imtina edir, dayanmır, durmur. Müxtəlif variantlar, müxtəlif vasitələr axtarır, əlaqələri, münasibətləri elə cilalayır ki, məqsəd çin olsun. Mən bu romanda xalqımızın çox böyük qayğıkeşlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin bir şəxsiyyət kimi, bir millət fədaisi kimi göstərdiyi fəaliyyətin bir neçə sahəsi ilə tanış olmaq imkanı qazandım. Xüsusilə də onun Həsən bəy Zərdabiyə, eləcə də dövrün ziyalılarına hamilik etməsi, dəstək verməsi, bunu da içdən, məqsədli şəkildə inancla etməsini çox böyük heyrət hissiylə izlədim. Və inanın ki, müəyyən məqamlarda bu cür insanların varlığına görə Tanrıma şükürlər etdim. "İşığa gedən yol" romanının ikinci hissəsində müəllif Həsən bəy Zərdabinin ailə həyatını, onun çiyindaşı, ömür-gün yoldaşı Hənifə xanımın düşüncələrini, duyğularını, bütövlükdə varlığını izləmək olduqca maraqlı idi. Azərbaycan qadınının ən mükəmməl simalarından biri olan Hənifə xanımın bir qadın, bir ev xanımı, bir ana, bir müəllimə, bir ziyalı, nəhayət, bir ömür-gün yoldaşı kimi tutduğu mövqe, özündə təlqin etdiyi hisslər o qədər səmimi və real detallarla oxucuya çatdırılır ki, o, bir növ həm rəssamlıq məharətini, həm insan psixologiyasını dərindən bilmək qabiliyyətini üzə çıxarır. Aydın olur ki, müəllif bu obrazın üzərində çox məsuliyyətlə, həm də sevə-sevə işləyib. Onu oxucuya təkrar sevdirmək üçün elə ştrixləri qabardıb ki, bundan yan keçmək, bunu görməmək mümkün deyil. Məsələn, kirayənişin yaşadığı evdə ailəni idarə etmək və yaxud ömür-gün yoldaşının təkcə qayğısına qalmaq yox, həm də onun daşıdığı yükə çiyin vermək və digər məqamlar söylədiklərimə nümunə ola bilər.

Böyük maraqla oxunan "İşığa gedən yol" romanında Həsən bəy Zərdabi qəzetçilikdən artıq siyasi xadimliyə doğru da addım atır və müəllif bunu ölkəni idarə edən məmurlarla, qubernatorla, canişinlə və digərlərilə olan görüşlərində ustalıqla qabardır. Təsəvvür edin ki, qubernator Bakıdan Zərdaba Həsən bəyin görüşünə durub gəlir və israr edir ki, o, Bakıya qayıtsın. Bu Həsən bəyin real həyadakı nüfuzu olsa da bu reallığı ustalıqla təqdim edən də yazıçıdır. Oxucu Həsən bəylə qubernatorun dialoqunda heç bir süniliyə rast gəlmir. Sanki bütün hadisələr hamımızın gözü qarşısında baş verir. Ona görə də bu təqdimat forması bizi inandırır. Üstəlik Həsən bəyin siyasi hadisələrə təsiri, Dumayla bağlı çıxışları, ən vacibi isə zamanında ermənilərin tutduğu mövqeyə kəskin münasibəti onun necə böyük uzaqgörənliyə malik olduğunu təcəssüm etdirir. Aydınca görünür ki, necə deyərlər, gəmidə oturub gəmiçiylə altdan-altdan düşmənçilik edən ermənilər xalqımızın aydınlarına qarşı zaman-zaman məkrli mövqe tutublar. Və öz məkrlərini daha da şaxələndirmək, daha da inandırıcı etmək üçün bəzən bizim savadsızlığımızdan, səmimiyyətimizdən gen-bol istifadə ediblər.

Bu romanda Həsən bəy Zərdabinin bölgə ziyalıları ilə əlaqələri, onları bir ideya ətrafında birləşdirmək yolunda apardığı fəaliyyət, həmçinin "Əkinçi"dən sonra "Kaspi", "Həyat" qəzetlərinin nəşri üçün göstərdiyi çabalar, bu işdə Zeynalabdin Tağıyevin böyük qətiyyəti, həmçinin Həsən bəylə yanaşı onun kürəkəni, həm də məsləkdaşı Əlimərdan bəy Topçubaşovun bütün fəaliyyəti ən kiçik detallarına qədər oxucu diqqətinə çatdırılır.

Romanı oxuduqca kürəkən-qayınata münasibətlərinin fonunda tələbə-müəllim, əqidədaş münasibətləri daha çox önə çıxır. Burada ailədən gələn və milli varlığa söykənən ailə münasibətləri, qayınana-gəlin, qayınana-kürəkən istiqamətləri də çox köklü və səmimi bir şəkildə qələmə alınıbdır. İstər Mənzər xanımla Hənifə xanımın, istər Hənifə xanımla Əlimərdan bəyin münasibətlərində hörmət, ehtiram, səmimiyyət əsas ştrixdir. Xüsusi ilə Həsən bəyin yuxuları formatı çox uğurludu. Və bir də bütün roman boyu ən çox qabardılan məsələ təhsildir, səhiyyədir. Böyüyən nəslin elm, savad sahibi olması, dünyaya inteqrasiya etməsidir. Buna görə də istər Zərdab, istərTiflis, istər Bakı mühitləri bir-birindən müəyyən qədər fərqlənsə də, əsərin qəhrəmanının və onun əqidədaşlarının məsələyə münasibətdə həmfikirlilikləri dəyişmir. Onlar həmin məqamda təhsilin, səhiyyənin, siyasi azadlığı, özünüdərki unutmurlar, əksinə, bunun daha geniş müstəvidə şaxələnməsinə çalışırlar.

Bəli, mən böyük maraqla oxuyub başa çatdığım "İşığa gedən yol" romanının ikinci hissəsində Həsən bəy Zərdabini millətin şəhidi, fədaisi obrazında gördüm. O, sağlamlığını, maddi imkanlarını məhz millətə fəda etdi. Onu görə də bu millətin ən böyük Şəhidi oldu!

Bu gün oxucu dünyasına daxil olan "İşığa gedən yol" romanı mənim düşüncəmə görə mətbuatın, mənəviyyatın milli kimliyi, böyük fədaisi, böyük şəhidi Həsən bəy Zərdabiyə çox dəyərli bir abidədir. Yəqin ki, ədəbiyyatşünaslar, eləcə də Həsən bəy Zərdabinin həyat-fəaliyyətini araşdıranlar bu tarixi romandan yararlanacaq, ona öz münasibətlərini bildirəcəklər. Mən isə bir oxucu olaraq sanballı, kifayət qədər tarixi materiallarla zəngin olan tarixi romanın müəllifinə yeni yaradıcılıq uğurları arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK