deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Əcəlin könlündən keçirəm hər gün" Adalet.az | "Əcəlin könlündən keçirəm hər gün" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Əcəlin könlündən keçirəm hər gün"

Şair Balayar Sadiq belə hesab edir ki, təməlində əxlaq dayanmayan poeziya heç kimə lazım deyil

12508    |   2016-06-25 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Balayar Sadiq rayonda yaşadığı illərdə imzasını ədəbi ictimaiyyət arasında tanıda bilmişdi. Şeirləri qəzet və jurnallarda vaxtaşırı dərc olunurdu. Artıq 10 ildən çoxdur ki, şair dağın, çayın, meşənin yaratdığı təbiət gözəllikləri ilə vidalaşaraq Bakıya köçüb.
Doğma yerlər üçün olmasa da, rayondakı ədəbi mühit üçün darıxdığını gizlətmir. Deyir ki, oradakı şair və yazıçılar daha səmimi idilər, bir-birinin yaradıcılıq uğuruna sevinirdilər: "Həmin səmimiyyəti paytaxtdakı ədəbi mühitdə tapa bilmirəm, hamı səndən tərif gözləyir, hər hansı bir həmkarına tənqidi fikir söyləməyə peşman olursan, o dəqiqə az qala düşmənə çevrilirsən".

- Son vaxtlar "Azərbaycan" və "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə sonetlər çələngin çap olunur. Şair, öz aramızdı, deyəsən dahi Şekspirin yolu ilə getmək istəyirsən...
- Şekspirin andını içə bilmərəm, amma Azərbaycan ədəbiyyatında sonet yazan şairlərimizin yolunu davam etdirdiyimi əminliklə deyə bilərəm. Ümumiyyətlə, soneti şeirin şahmatı da adlandırırlar. Sonetlər çələngində 15 şeir olmalıdır və bu şeirlərin ayrı-ayrı misralarından sonda bir şeir alınmalıdır. Birinci şeirin axırıncı misrası, ikinci şeirin birinci misrası olmalıdır. Bizim ədəbiyyatımızda sonet janrında yazan şairlər olub, lakin sonetlər çələngi yazmaq məhz mənim boya-başa çatdığım Cənub bölgəsinin ədəbi mühiti ilə sıx bağlıdır. Hələ ötən əsrin 70-ci illərində Şəkər Aslanın qələmə aldığı sonetlər çələngi böyük maraqla qarşılanıb. Rəhmətlik Şəkər müəllimin sonet janrına marağı səbəbsiz deyildi, Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alarkən müəllimlərindən biri sonet yazırmış və məhz onun məsləhəti ilə Şəkər Aslan qələmini bu janrda sınayıb.
Bölgəmizin daha bir istedadlı yetirməsi - Vaqif Hüseynov da sonetlər çələngi qələm alıb. Yadımdadı, 1983-cü ildə Vaqif müəllimin "Dəniz çağırır" adlı şeirlər kitabı işıq üzü gördü. Bu kitabda müəllifin Şəkər Aslana həsr etdiyi çələngi də yer almışdı. Həmin şeirləri ilk oxuyan gündən sanki qəribə bir hiss daxilimi bürüdü və bu gün də məni tərk etməyib. Vaqif Hüseynov canlı gördüyüm ilk şair idi. Ümumiyyətlə, ədəbiyyata gəlməyimdə, şair kimi formalaşmağımda rəhmətlik Vaqif Hüseynovun böyük əməyi olub. Kitabı oxuyandan sonra Vaqif müəllimə sonetlər çələngi həsr elədim. İlk misraları indiyə kimi yadımdadı:

Gözlərimdən çırmaladım yuxunu
Al səhəri şəfəq-şəfəq oxudum...

Təpədən-dırnağa qədər istedadlı şair və nəcib insan olan Vaqif Hüseynov Lənkəran Pedaqoji Texnikumunun tələbəsi, ədəbiyyatın, poeziyanın dərin qatlarındakı mətləblərdən hələ o qədər də baş çıxara bilməyən Balayar Sadiqə çox səmimi sözlər yazdı. Yaşıl rəngli qələmlə yazdığı həmin xeyir-duasında mənə tanınmış yox, yaxşı şair olmağı məsləhət gördü. Aramızdan vaxtsız gedən Vaqif Hüseynovun yaşıl qələmlə yazdığı həmin xeyir-dua mənim ədəbi aləmə gəlməyim üçün sanki bir "yaşıl işıq" oldu.
Cənub bölgəsində yaşayıb-yaradan şairlərimizdən İltifat Saleh, Elşad Səfərli, Tərlan Əbilov bu gün də çox maraqlı sonetlər yazırlar. Klassik poeziyamızın gözəl bilicisi, qocaman alim Mirhaşım Talışlı isə əruz vəznində sonetlər yazmaqla ədəbiyyatımızda bir yeniliyə imza atıb.
- Yayın bu istisində "Payız məktubları" adlı sonetlər çələngini təqdim elədin...
- "Payız məktubları" ömrünün payız fəslini yaşayan bir insanın sevgi haqqında düşüncələridi:

Sənsiz ölməmişəm, can üstündəyəm,
Əcəlin könlündən keçirəm hər gün.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana minnətdaram ki, bu düşüncələrimi oxucularla bölüşməyimə imkan yaratdı.
- Lənkəranda yaşadığın illərdə Bakıda nəşr olunan qəzet və jurnallarda tez-tez imzan görünürdü. Amma sən deyəsən bununla qane olmadın, redaksiyalara, paytaxt ədəbi mühitinə daha yaxın olmaq üçün bura köçdün...
- İnsan kimi də, qələm adamı kimi də qarşıma həmişə xeyirxah insanlar çıxıb, Məmmədhüseyn Əliyev, Şəkər Aslan, Vaqif Hüseynov doğru yol göstəriblər, ədəbi zövqümü formalaşdırıblar, dəyərli məsləhətlərini heç vaxt əsirgəməyiblər. Belə xeyirxah yazıçı və şairlərimizin xatirəsini həmişə ehtiramla anıram. Doğru deyirsən, Bakıya göndərdiyim şeirlər buradakı redaksiyaların künc-bucağına atılmayıb. Çünki burada da xeyirxah insanların əlinə düşüb, Ələkbər Salahzadə, İntiqam Qasımzadə, Azər Turan, Qulu Ağsəs üzümü görməsələr belə mətbuat səhifələrində gen-bol çap olunmağıma təmənnasız kömək ediblər. Yəqin sənin də yadına gələr, bir vaxtlar "Yeni Azərbaycan" qəzetinin ədəbiyyat əlavəsi də çıxırdı. Həmin əlavəyə Azər Turan redaktorluq edirdi. Tək mən yox, Ağamir Cavad, Tərlan Əbilov adi şagird dəftərinin vərəqlərində yazdığımız şeirləri göndərirdik redaksiyaya, bir neçə gündən sonra görürdük ki, dərc olunub.
Bakıya köçüb gəlməyimə qalanda isə... İnsan, xüsusi ilə də yaradıcı adam həmişə daha geniş meydan axtarır. Mən də paytaxt ədəbi mühitinə yaxın olmaq üçün köçüb gəldim Bakıya. Amma...
- Deyəsən peşman olmusan?
- Peşman olmusan deyəndə ki, yetişdiyim ədəbi mühitdə olan səmimiyyəti burda görə bilmirəm. Rayondakı ədəbi məclislərdə bir-birimizin yazılarını müzakirə edir, tənqidi fikirlərimizi səmimi deyirdik, heç kimə güzəştə getmədən iradlarımızı bildirirdik. Sənin bir uğurlu misranın sevincindən sanki hamıya pay düşürdü. Hər bir sözün, misranın üstündə necə deyərlər saatlarla qırğına çıxırdıq. Müzakirə bitən kimi də heç nə olmamış kimi gedib bir yerdə çay içirdik.
- Bakıda çayxana yoxdu bəyəm?
- Çayxana var, amma ədəbi mühitdəki həmin səmimiyyəti, saflığı görə bilmirəm. Hamı səndən tərif gözləyir, hər hansı bir həmkarına tənqidi fikir söyləməyə peşman olursan. O dəqiqə az qala düşmənə çevrilirsən. Görünür bu həm də əxlaqla bağlı məsələdi. Ümumiyyətlə, belə hesab edirəm ki, ədəbiyyat, poeziya əxlaq üzərində qurulub, təməlində əxlaq dayanmayan poeziya heç kimə lazım deyil.
- Hazırda Fransada futbol üzrə Avropa Çempionatı keçirilir. Milyonlarla insan eyni vaxtda stadionda baş verənləri izləyir. Sən bilərsən, həmin vaxtı neçə min adam şeir oxuyur?
- Bəzən deyirlər ki, guya artıq Avropada şeir oxuyan yoxdu, mənim nədənsə buna heç inanmağım gəlmir. Təbii ki, futbola baxanlarla şeir oxuyanların, poeziya ilə maraqlananların sayı bərabər olmaz. Heç mağazadan qızıl almısan?
- Yox.
- Mağazada bir qıram qızıl üçün bir çanta pul verirsən. Yəni tərəzinin bir gözündəki qızılın həcmi kiçik olsa da, tərəzinin digər gözündəki bir çanta pulun dəyərindədi.
- Sabah Silahlı Qüvvələr Gününü qeyd edəcəyik. Sən müstəqilliyimizin ilk illərində bir müddət hərbçi kimi ordumuzda xidmət elədin. Ermənilərlə savaşda misilsiz igidlik göstərərək şəhid olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında poema yazmısan.
Deyəsən elə Qarabağ problemini əli avtomatlılarımızla əli qələmlilərimiz həll edəcək...
- Azərbaycanın qəhrəman övladı Mübariz İbrahimov haqqında yazdığım "Hünər Simfoniyası" poemasını qələmə alandan sonra Allah yenə qarşıma xeyirxah insanlar çıxardı. Qulu Ağsəs kitabın redaktəsini, Vasif Qurbanzadə isə naşirliyi təmənnasız öz üzərlərinə götürdülər. Məhz onların köməyi ilə poema ayrıca kitab kimi çap olundu, pulsuz paylandı. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu həmin kitaba yüksək səviyyəli təqdimatını keçirdi.
Sualın konkret cavabına gəlincə, sənin yanaşmanla tam razıyam. Avtomat əsgərin silahıdırsa, qələm də onun ruhu olmalıdır. Biz şair və yazıçılar əsgərlərimizin vətənpərvərlik ruhunu gücləndirməliyik. Yalnız yüksək ruhlu əsgər qələbə haqqında düşünə bilər. Düşməni gərək həm mənəvi, həm də fiziki məhv edəsən. Aqil Abbasın "Dolu" əsəri elə bizim düşmən üzərində mənəvi qələbəmizdi. Aprelin ilk günlərindəki döyüşlərdə isə Azərbaycan əsgəri erməni işğalçılarını fiziki cəhətdən məhv elədi. Deməli, düşmən üzərində tam qələbə o qədər də uzaqda deyil. ı



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK