Binəqədidə Xalq Cümhuriyyətinin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyətində (RİH) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib.
RİH-dən bildirilib ki, məlumat saatında RİH başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor Solmaz Tohidi - Rüstəmova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər. Vüsar İsmayılov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında böyük əhəmiyyətindən danışıb.
Solmaz Tohidi - Rüstəmova «Müstəqilliyin çətin yolu - Azərbaycan Xalq Cümhuriyyəti” adlı mövzu ətrafında mühazirə ilə çıxış edib. Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirilib.
Sonra tədbir iştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Digər Xəbərlər

"Mirzoyan yalan danışır" - Azərbaycan XİN

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub - FOTO

Azərbaycan XİN Ermənistanın iddialarına cavab verdi

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

İlham Əliyev misirli həmkarı ilə danışdı

Paşinyan: “Azərbaycanla sülh sazişi ən yüksək səviyyədə əldə olunan sənədlərə əsaslanacaq”
